14 fevral Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür


Digərləri 14 Fev 2026 08:55:00 246 0

14 fevral Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) yaranması günüdür.

Azərbaycan HHQ-si Silahlı Qüvvələrimizin xüsusi qoşun növüdür. Yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşdırılması ötən əsrin 90-cı illərinə təsadüf edir. 1992-ci il fevralın 14-də Milli Ordunun HHQ-si ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan bu tarix Hərbi Hava Qüvvələri Günü kimi qeyd edilir.

1994-cü ildə atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və Hava Hücumundan Müdafiə Qoşunları (HHMQ) təşkil edib. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.

Yeri gəlmişkən, Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  bu gün ən müasir təyyarə və helikopterlə arsenalını zənginləşdirən HHQ və HHMQ Azərbaycan səmasını tam gücü ilə qorumağa qadirdir.

Son illərdə ölkəmizdə müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edilib və onun aviaparkı müasirləşdirilib.

Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində H.Z.Tağıyev qəsəbəsindəki hərbi aerodrom modernləşdirilib. Eyni zamanda, hərbi aerodromlarda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib və təmir edilib.

Pilotlar uçuş və döyüş hazırlığını daim artırırlar

Azərbaycan müstəqillik qazandığı dövrdən etibarən HHQ-nin inkişafında növbəti mərhələ başlayıb. HHQ-nin pilotlarının beynəlxalq təlimlərdə iştirakı, uçuş və döyüş hazırlığının artırılması daim diqqət mərkəzində saxlanılır. Azərbaycan HHQ-nin pilotları Müstəqil Dövlətlər Birliyi məkanında ən çox uçuş keçiriblər.

Bu gün Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrinin flaqmanı olan Heydər Əliyev adına Hərbi İnstitutda müxtəlif ixtisaslar üzrə peşəkar zabitlər hazırlanır. Onlar hərbi xidmətin çətinliklərinin öhdəsindən layiqincə gələrək respublikamızın müstəqilliyinin və ərazi bütövlüyünün qorunması uğrunda hər bir əmrə hazırdırlar. HHQ, HHMQ, Hərbi Dəniz Qüvvələri fakültələrində aviasiyanın döyüş idarəetməsi, eləcə də dənizçi ixtisasları üzrə peşəkar zabitlər, təyyarəçilər, şturmanlar, mexaniklər, silahlanmanın müxtəlif sistemləri üzrə mütəxəssislər, aviasiya xidmətləri, radiotexniki vasitələr üzrə mühəndislər hazırlanır.

Hava şahinlərinin Qələbənin qazanılmasında rolu

Zəfərin başlanğıcı olan Aprel döyüşlərində HHQ qarşı tərəfə uğurlu zərbələr endirib. Döyüşdə "Mi-24" helikopterinin üç pilotu - Təbriz Musazadə, Əbu Bəkir İsmayılov və Urfan Vəlizadə qəhrəmancasına şəhid olublar.

Hava şahinlərimizin, pilotlarımızın İkinci Qarabağ müharibəsində Qələbənin qazanılmasında böyük rolu olub. HHQ-nin hərbi qulluqçuları qəhrəmanlıq və şücaət nümunələri göstəriblər. Vətən müharibəsində HHQ tərəfindən Ermənistan silahlı qüvvələrinin hava hücumundan müdafiə sistemini məhv etmək məqsədilə "Qarabağ mücrüsü" adlı xüsusi əməliyyat planı hazırlanıb. Bu, hərbçilərimizin qarşı tərəfin fikrini yayındırmaq üçün variantları idi. Düşməni bütün növ zenit-raket komplekslərini işə salmağa vadar etmək üçün mövcud aviasiya vasitələrini havaya qaldırıb, kütləvi aviasiya zərbəsi imitasiya edildi. Həmin imitasiya vasitələri düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına daxil olmadan müxtəlif manevrlər edib. İkinci tədbir kimi, düşmənin bu üsulu başa düşməməsi üçün Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus, göyərtəsində pilot olmayan, "kukuruznik" kimi tanınan AN-2 təyyarələri düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına yönləndirilib. Plan uğurla icra olunub və Vətən müharibəsinin ilk günlərində HHQ ilə HHMQ-nin birgə fəaliyyəti nəticəsində düşmənin hava hücumundan müdafiə sistemlərinin 70 faizi sıradan çıxarılıb. "Bayraktar", "Harop", "Sky Striker" zərbə dronları düşmən hədəflərini məhv edib.

İkinci Qarabağ müharibəsində bir neçə pilotumuz Vətən Müharibəsi Qəhrəmanı medalı ilə təltif olunub. Onlardan iki nəfəri bu mükafata ölümlərindən sonra layiq görülüb. Həmin müharibədə DSX-nin pilotlarından iki nəfər ilk günlərdə şəhidlik zirvəsinə ucalıb.

Stüardessa  etiraf etdi: Təyyarədə bu 2 içkini əsla içməyin! like
  • 14 Fev 08:31  
Digərləri Stüardessa etiraf etdi: Təyyarədə bu 2 içkini əsla içməyin!

Təyyarə səfərləri zamanı bizə təklif olunan hər içki düşündüyümü

arrow Ətraflı
Müğənnilərimizin illər ərzində dəyişimi MÜZAKİRƏ YARATDI like
  • 14 Fev 06:06  
Şou-biznes Müğənnilərimizin illər ərzində dəyişimi MÜZAKİRƏ YARATDI

Azərbaycanlı məşhur müğənnilərin illər ərzindəki dəyişimi sosial ş

arrow Ətraflı
Hansı rəngləri geyinmək xoşbəxtliyi, pulu və sevgini UZAQLAŞDIRIR? like
  • 14 Fev 05:05  
Digərləri Hansı rəngləri geyinmək xoşbəxtliyi, pulu və sevgini UZAQLAŞDIRIR?

Astroloqlar və xalq inanclarına görə, bəzi rənglər insanın həyatına m�

arrow Ətraflı
Saxta düyülərə diqqət  Gerçəyindən ayırmaq olmur like
  • 14 Fev 04:04  
Digərləri Saxta düyülərə diqqət Gerçəyindən ayırmaq olmur

Bazarda saxta düyülərin satışa çıxarıldığı ilə bağlı xəbərdarlı

arrow Ətraflı
Korifey sənətkarların arxiv VİDEOsu KÖVRƏLTDİ  Nəsibə Zeynalova, Xanım Qafarova... like
  • 14 Fev 02:02  
Şou-biznes Korifey sənətkarların arxiv VİDEOsu KÖVRƏLTDİ Nəsibə Zeynalova, Xanım Qafarova...

Sosial şəbəkələrdə yayılan maraqlı arxiv videosu izləyicilərin böyük

arrow Ətraflı
Prezident: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil like
  • 14 Fev 01:32  
Siyasət Prezident: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil

Ötən ilin sonunda Prezident Makron ilə görüşüm oldu. Görüş çox müsb�

arrow Ətraflı
İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı like
  • 14 Fev 01:31  
Siyasət İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı

Onlar bizim ərazimizdə, Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictim

arrow Ətraflı
Prezident: Normallaşma prosesi uğurla irəliləyir like
  • 14 Fev 01:30  
Siyasət Prezident: Normallaşma prosesi uğurla irəliləyir

Mən bildiyimə görə, Ermənistan referendum keçirməyi planlaşdırır. Bu o

arrow Ətraflı
İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq like
  • 14 Fev 01:28  
Siyasət İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq

Tarixi sənədin Ağ Evdə Amerika Birləşmiş Ştatları Prezidentinin iştira

arrow Ətraflı
İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib like
  • 14 Fev 01:25  
Siyasət İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxen

arrow Ətraflı
Azərbaycanlı bloqerlərin 10 ildə görünüşündəki dəyişikliklər DİQQƏT ÇƏKDİ like
  • 14 Fev 01:01  
Şou-biznes Azərbaycanlı bloqerlərin 10 ildə görünüşündəki dəyişikliklər DİQQƏT ÇƏKDİ

Azərbaycanlı məşhur bloqerlərin son 10 il ərzindəki dəyişimini əks etd

arrow Ətraflı
Mütəxəssislərdən xəbərdarlıq: Bu bananları qətiyyən almayın like
  • 14 Fev 00:48  
Digərləri Mütəxəssislərdən xəbərdarlıq: Bu bananları qətiyyən almayın

Banan alarkən sadəcə rənginə baxmaq kifayət deyil. Mütəxəssislər bildi

arrow Ətraflı
Geyindiyiniz paltarların rəngi şəxsiyyətinizi üzə çıxarır like
  • 14 Fev 00:37  
Digərləri Geyindiyiniz paltarların rəngi şəxsiyyətinizi üzə çıxarır

Psixoloqlar və stil mütəxəssislərinə görə, qarderobunuzda üstünlük t�

arrow Ətraflı
Sağ qulağınız cingildəyirsə, bunun tək bir mənası var like
  • 14 Fev 00:29  
Digərləri Sağ qulağınız cingildəyirsə, bunun tək bir mənası var

Xalq arasında "sağ qulaq cingildəyəndə yaxşı sözlər danışılır&

arrow Ətraflı