Bu gün ali rütbə verilən vergi əməkdaşları kimlərdir? DOSYE
Siyasət 12 Fev 2026 16:24:00 248 0
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.
Son.az ali xüsusi rütbəyə layiq görülən Vergi Xidmətinin əməkdaşlarının dosyelərini təqdim edir:
Orxan Faiq oğlu Nəzərliyə "2-ci dərəcəli dövlət vergi xidməti müşaviri" ali xüsusi rütbəsi verilib.
O, 1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olmuşdur. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlamış, 2005-2015-ci illərdə Azərbaycanda yerləşən audit firmasında çalışmışdır. 2014-cü ildə ABŞ-nin Alyaska ştatında sertifikasiyadan keçib mühasibatlıq üzrə lisenziya almışdır. 2015-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016-2017-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində calışmışdır. 2018-ci ildə Azərbaycan Respublikası Vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilmişdir. 2019-cu ildən etibarən, həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra etmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmiş və Dövlət Vergi Xidmətinin rəisi təyin olunana qədər həmin vəzifənin icrası ona həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 may 2021-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.2024-2025-ci illər üzrə IOTA-nın prezidenti vəzifəsinə seçilib. Ailəlidir, 3 övladı var.
Abbas Cəlil oğlu İsmayılova "3-cü dərəcəli dövlət vergi xidməti müşaviri" ali xüsusi rütbəsi verilib.
Abbas İsmayılov 14 aprel 1968-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1992-ci ildən bu günə qədər vergi orqanlarında çalışır. Son illərdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib. Baş vergi xidməti müşaviri, iqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Qeyd edək ki, eyni zamanda Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov və 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Səməd Vəliyev də "3-cü dərəcəli dövlət vergi xidməti müşaviri" ali xüsusi rütbəsinə layiq görülüblər.
Mina Mikayılova Son.az
Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi il
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xi
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzr�
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənərək ölüb.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xi
Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən &qu
Nərimanov rayonu ərazisində yerləşən zərgərlik mağazaların birindən 3
Bərdədə baş vermiş və bir ailənin dörd üzvünün həyatına son qoyan d
Türkiyənin Ordu vilayətinin şimal-şərqində Rusiya silahlı qüvvələrin�
Bu gün Abşeron yarımadasında Dövlət Reyestrinə alınmamış 500 mindən a
"Rəngarəng" verilişinin canlı yayımında qalmaqallı anlar yaşan
Bəzi dükanlarda istehlakçılar vitrində göstərilən qiymətlə kassada tə
"Bizimləsən" verilişinin son buraxılışında diqqətçəkən məq
