Kamaləddin Qafarov: "Azərbaycanın beynəlxalq sistemdə strateji rolu artır"


Digərləri 12 Fev 2026 12:00:00 236 0

Kamaləddin Qafarov: "Azərbaycanın beynəlxalq sistemdə strateji rolu artır"

"2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilmiş yüksək səviyyəli görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması məqsədilə birgə işçi qrupunun yaradılması Azərbaycan-ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu". Bu fikirləri mətbuta verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

Onun fikrincə, bu proses göstərdi ki, tərəflər münasibətləri situativ maraqlar deyil, uzunmüddətli strateji hədəflər üzərində qurmağa üstünlük verirlər. "2026-cı il fevralın 10-da ABŞ-ın vitse-prezidenti Vensin Bakıya rəsmi səfəri isə həmin strateji kursun davamlılığının və siyasi iradənin real təsdiqidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın vitse-prezidenti Cey. Di. Venslə birgə mətbuata bəyanatı son aylarda regionda formalaşan yeni siyasi reallıqların mahiyyətini aydın şəkildə ortaya qoyur. Bu bəyanat təkcə ikitərəfli münasibətlərin inkişafını deyil, həm də Cənubi Qafqazda sülh, əməkdaşlıq və qlobal inteqrasiya perspektivlərini əks etdirən strateji baxışı nümayiş etdirir." 

K.Qafarov  bildirib ki, cənab Prezident İlham Əliyevin sülh mövzusunda təqdim etdiyi açıqlamalar xüsusilə diqqətçəkicidir: "Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması və Sülh haqqında Birgə Bəyannamənin imzalanması region üçün dönüş nöqtəsi hesab edilə bilər. Artıq altı aydır davam edən sabitlik mərhələsi postmünaqişə dövrünün yalnız hüquqi sənədlərlə deyil, praktik davranış və siyasi mədəniyyətlə möhkəmləndirildiyini göstərir. Azərbaycanın sülh şəraitində yaşamağı və əməkdaşlıq mühitini formalaşdırmağı öyrənməsi regional münasibətlərdə yeni modelin əsasını yaradır.

Tramp-Vens administrasiyasının təşəbbüsü ilə irəli sürülən TRIPP layihəsi isə bu sülh mühitinin iqtisadi və geosiyasi ölçüsünü tamamlayır. Bu marşrut Azərbaycanın daxili bağlantısını gücləndirməklə yanaşı, Cənubi Qafqazı Asiya ilə Avropa arasında mühüm nəqliyyat və logistika qovşağına çevirir. Layihənin təhlükəsiz, etibarlı və genişmiqyaslı xarakter daşıması regionun beynəlxalq ticarət sisteminə inteqrasiyasını sürətləndirir və sülhün iqtisadi dayaqlarını möhkəmləndirir. Əlbəttə ki, enerji təhlükəsizliyi sahəsində Azərbaycanın artan rolu da Strateji Tərəfdaşlıq Xartiyasının mühüm sütunlarından biridir. Bu gün Azərbaycanın təbii qazla təmin etdiyi ölkələrin əksəriyyətinin NATO üzvü və ABŞ-ın müttəfiqi olması Bakının Avroatlantik təhlükəsizlik məkanında etibarlı tərəfdaş statusunu təsdiqləyir.

Enerji sahəsində formalaşmış qarşılıqlı asılılıq siyasi dialoqun dərinləşməsinə və uzunmüddətli strateji əməkdaşlığa əlavə zəmin yaradır. Beləliklə, cənab Prezident İlham Əliyevin bəyanatı Azərbaycan-ABŞ münasibətlərinin yalnız ikitərəfli deyil, regional və qlobal miqyasda əhəmiyyət daşıdığını göstərir. Sülh, nəqliyyat, enerji və təhlükəsizlik kimi əsas istiqamətləri əhatə edən bu tərəfdaşlıq Azərbaycanın dəyişən beynəlxalq sistemdə artan strateji rolunu aydın şəkildə ortaya qoyur".


Xəbərə aid foto

Bakıda avtomobil svetofora çırpıldı like
  • 12 Fev 11:58  
Digərləri Bakıda avtomobil svetofora çırpıldı

Gecə saatlarında paytaxtın Nəsimi rayonu, 28 May və Rəşid Behbudov küç�

arrow Ətraflı
Ailələr niyə teztez dağılır?  Boşanmaların əsas SƏBƏBLƏRİ like
  • 12 Fev 11:54  
Digərləri Ailələr niyə teztez dağılır? Boşanmaların əsas SƏBƏBLƏRİ

"Boşanmaların arxasında dayanan səbəbləri bir və ya iki amillə məh

arrow Ətraflı
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır  FAKTİKİ HAVA like
  • 12 Fev 11:43  
Digərləri Görünüş məsafəsi 500 metrədək məhdudlaşır FAKTİKİ HAVA

Fevralın 12-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

arrow Ətraflı
İnterpol bu azərbaycanlıları axtarır  39 nəfər like
  • 12 Fev 11:36  
Digərləri İnterpol bu azərbaycanlıları axtarır 39 nəfər

İnterpol (Beynəlxalq Cinayət Polisi Təşkilatı) xətti ilə ümumilikdə 39

arrow Ətraflı
Uğursuz əməliyyatı gördüyü həkim deyil, başqa bir həkim edib? – Pasiyentdən İDDİA like
  • 12 Fev 11:29  
Digərləri Uğursuz əməliyyatı gördüyü həkim deyil, başqa bir həkim edib? – Pasiyentdən İDDİA

Bakıda keçirilən estetik əməliyyatdan sonra qadının üzündə deformasiy

arrow Ətraflı
Ananın imtina etdiyi 40 günlük körpənin vəziyyəti açıqlandı like
  • 12 Fev 11:15  
Digərləri Ananın imtina etdiyi 40 günlük körpənin vəziyyəti açıqlandı

Gəncədə anası tərəfindən imtina olunan 40 günlük körpənin vəziyyəti

arrow Ətraflı
Bakıda pubda əxlaqsız video çəkən şəxs həbs edildi like
  • 12 Fev 11:09  
Digərləri Bakıda pubda əxlaqsız video çəkən şəxs həbs edildi

Bakıda ictimai yerdə əxlaqsız videolar çəkərək sosial şəbəkələrdə

arrow Ətraflı
"Telegram" tamamilə dəyişdi like
  • 12 Fev 11:03  
Digərləri "Telegram" tamamilə dəyişdi

"Telegram"ın "Android" versiyası son 10 ildə ən genişmi

arrow Ətraflı
Azərbaycanda qızını həbsdən çıxarmaq istəyən ana aldadıldı like
  • 12 Fev 11:00  
Digərləri Azərbaycanda qızını həbsdən çıxarmaq istəyən ana aldadıldı

Lənkəranda övladını həbsdən qurtarmaq istəyən M.Məmmədova dələduzlu

arrow Ətraflı
Balıq bahalaşdı  Levrək 20, çupra 18 manat... like
  • 12 Fev 10:56  
Digərləri Balıq bahalaşdı Levrək 20, çupra 18 manat...

Son günlər balıq bazarında qiymətlərdə kəskin artım müşahidə olunur.

arrow Ətraflı
3 gün ardıcıl iş OLMAYACAQ  TARİXLƏR like
  • 12 Fev 10:55  
Digərləri 3 gün ardıcıl iş OLMAYACAQ TARİXLƏR

Azərbaycanda 3 gün ardıcıl qeyri-iş günü olacaq.

arrow Ətraflı
Məşhur aktyor vəfat etdi like
  • 12 Fev 10:46  
Şou-biznes Məşhur aktyor vəfat etdi

"Dawson's Creek" serialında Doson Liri rolu ilə tanınan amerika

arrow Ətraflı
Samirənin anasını insult vurdu  Təcili efirdən GETDİ like
  • 12 Fev 10:42  
Şou-biznes Samirənin anasını insult vurdu Təcili efirdən GETDİ

Meyxanaçı-müğənni Samirə Yusifqızının anası Nailə xanımın səhhəti

arrow Ətraflı