Virus infeksiyası zamanı ev şəraitində hansı tədbirlər görülməlidir?
Digərləri 12 Fev 2026 00:12:00 232 0
Virus infeksiyası zamanı ilk növbədə uşağa rahat və sakit istirahət şəraiti yaradılmalıdır.
Bu xəbəri də oxu: Maaş və pensiyalar artırıla BİLƏR
Son.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Səbinə Cəfərova açıqlayıb.
Onun sözlərinə görə uşaq kifayət qədər yatmalı, fiziki və zehni yüklənmədən uzaq saxlanılmalıdır:
"Otağın havası təmiz olmalı, gündə bir neçə dəfə havalandırılmalıdır. Xəstəlik dövründə uşağın orqanizmi çox maye itirdiyi üçün bol maye qəbulu xüsusilə vacibdir. Uşağa tez-tez, az miqdarda su, kompot, ilıq çay və şorba verilməsi tövsiyə olunur. Ana südü alan körpələrdə ana südü mütləq davam etdirilməlidir".
Pediatr qeyd edib ki, yüngül və asan həzm olunan qidalar seçilməlidir.
"Uşağı zorla yedirtmək olmaz. Yağlı, qızardılmış və ağır yeməklərdən uzaq durmaq, ev şəraitində hazırlanmış sadə yeməklərə üstünlük vermək məsləhətdir. Bundan əlavə, gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Uşağın əlləri tez-tez yuyulmalı, onun şəxsi dəsmalı və qab-qacağı ayrılmalıdır. Bu, virusun ailənin digər üzvlərinə keçməsinin qarşısını alır. Dərmanlar yalnız həkim məsləhəti ilə verilməlidir. Özbaşına antibiotik və digər dərmanların istifadəsi uşağın sağlamlığı üçün təhlükəlidir və ağır fəsadlara səbəb ola bilər".
S.Cəfərova sonda bildirib ki, əgər uşağın qızdırması 3 gündən artıq davam edirsə, davamlı qusma, səpki və ya həddindən artıq halsızlıq müşahidə olunursa həkimə müraciət etmək lazımdır. Son.az
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
"Google" şirkətinin süni intellekt platforması "Gemini"
Meyvə şirələri vitamin və mineral anbarı olsa da, düzgün seçim etmək s
Xəbər verdiyimiz kimi, bu gün "Qarabağ"ın baş məşqçisi Qurban
Faciəli şəkildə ölən İzzət Cəfərov Qarabağ qazisinin övladı imiş.
Neftçala şəhəri, Xol Qarabucaq kəndində fəaliyyət göstərən, fiziki ş
Bakıda insan qanından və saçından aksessuarlar hazırlanır.
Mərkəzi Bank ödəniş terminallarının 10 manatlıq əskinasları qəbul etm
ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri dünya mediasın
Türkiyənin Ermənistanla sərhəddə yerləşən Amasya vilayətinin Suluova b
ABŞ-nin "Meta" şirkətinə məxsus "WhatsApp" messenceri R
Xalq artisti Brilliant Dadaşova Əməkdar artist Elza Seyidcahanla bağlı payl
Gəncədə ana 40 günlük körpəsindən imtina edib.
Tanınmış influenser Fidan Zeyn "Beautytime" salonlar şəbəkəsini
Dünyada bu vaxta qədərki zəka səviyyəsi ən yüksək olan şəxsin bir qad
