“FantazEU” Mədəni İrs Festivalı çərçivəsində “Avropanın meydanları” adlı fotosərginin açılış mərasimi olub FOTO
Digərləri 11 Fev 2026 17:55:00 208 0
Altıncı "FantazEU" Mədəni İrs Festivalı çərçivəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və "Arts Council Azerbaijan" tərəfindən birgə təşkil edilən, habelə Aİ üzv dövlətlərinin səfirliklərinin dəstəyi ilə keçirilən "Avropanın meydanları" adlı fotosərginin rəsmi açılış mərasimi olub.
Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç çıxışında sərginin Avropa şəhərlərinin tanınmış və az tanınan meydanlarını bir araya gətirdiyini, onların tarixini, memarlıq nümunələrini və sosial əhəmiyyətini əks etdirdiyini vurğulayıb. Səfir layihənin Avropanın şəhər irsinin zənginliyini və müxtəlifliyini nümayiş etdirdiyini və rəmzi olaraq Azərbaycanda elan olunan "Şəhərsalma və Memarlıq İli"ndə baş tutduğunu qeyd edib.
"Arts Council Azerbaijan"ın rəhbəri və festivalın kuratoru Dadaş Məmmədov açılış mərasimində çıxış edərək bildirib ki, "FantazEU" tədbiri artıq altıncı ildir keçirilir və Azərbaycan ilə Avropa İttifaqı arasında mədəni dialoq üçün mühüm platformaya çevrilib. O, festivalın beynəlxalq tərəfdaşları bir araya gətirən davamlı mədəni təşəbbüs kimi əhəmiyyətini vurğulayıb, həmçinin Avropa İttifaqına, Aİ-yə üzv dövlətlərin səfirliklərinə əməkdaşlığa və dəstəyə görə minnətdarlığını bildirib.
Sərgidə Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya, İsveç və Azərbaycan səfirlikləri tərəfindən təqdim edilən fotoşəkillər nümayiş olunur. Fotosərgi meydanların ictimai həyat, tarixi yaddaş və sosial qarşılıqlı əlaqə mərkəzləri kimi rolunu əks etdirir.
"Avropanın meydanları" fotosərgisi "Crescent Mall"da nümayiş olunur və fevralın 13-nə qədər davam edəcək.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Müğənni Sabina Selcan şəxsi həyatı ilə bağlı təsirli açıqlamalar ve
Amerika Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış Strateji T
Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu
Dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməlidir -
İstifadəçilər bu dəfə də iPhone 17-də çat problemindən şikayətlənir
Əməkdar artist Ruhəngiz Musəvi "Öz aramızda" verilişində müas
Xəbər verdiyimiz kimi, məşhur aktyor Kanbolat Görkem Arslan ötən gecə ev
Həm məktəblərdə, həm də universitetlərdə istifadə olunan "köç�
İmişli rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol
Bakıda vətəndaşlara qarşı milyonlarla manatlıq dələduzluq etməkdə tə
Ötən gecə Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb.
Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadə reabilita
Beynəlxalq Muğam Mərkəzində özbək xalqının dahi mütəfəkkiri, filosof
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsindən azad ed
Bakı şəhəri Yasamal rayonunda C.Cabbarlı və A.Bakıxanov küçələrinin k
