Qızdırma, öskürək, qarın ağrısı: Viruslar uşaqları hədəfləyir
Digərləri 11 Fev 2026 15:23:07 286 0
Virus infeksiyaları müxtəlifdir və böyük bir qrupundur.
Son.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Səbinə Cəfərova deyib.
Onun sözlərinə görə, virus infeksiyalarına qrip, rotavirus, rinovirus və digər viruslar aiddir. Uşaqlar adətən 6 aya qədər daha az xəstələnirlər. Bu da onlarda anadangəlmə immunitetin olması ilə bağlıdır.
Pediatr bildirib ki, virus infeksiyalarının simptomları bir-birinə oxşardır. Əsas əlamətlər qızdırma, öskürək və burun axmasıdır. Qrip zamanı yüksək hərarət, güclü baş və əzələ ağrıları müşahidə olunur. Rotavirus infeksiyasında qusma və qarın ağrısı ön planda olur. Rinovirus isə əsasən yuxarı tənəffüs yollarını zədələyir.
"Uşaqlar arasında yayılan Koksaki virusu da mövcuddur. Bu virus geniş yayılmasa da, simptomları arasında əl, ayaq və ağız nahiyəsində səpkilərin yaranması yer alır".
Vurğulayıb ki, viruslar uşaqlara əsasən hava-damcı yolu ilə yoluxur və bir insandan digərinə asanlıqla keçir:
"Yoluxma çirklənmiş əllər və su vasitəsilə də baş verə bilər. Xüsusilə sıx kollektivlərdə yoluxma riski artır. Gigiyenik qaydalara riayət edilmədikdə xəstələnmə halları daha tez-tez müşahidə olunur. Məktəb yaşlı uşaqlar isə nisbətən daha az xəstələnirlər".
Mina Mikayılova Son.az
Tovuz Rayon İcra Hakimiyyətinin Baş məsləhətçisi vəzifəsindən azad olu
"Türk Hava Yollar"ı (THY) aviaşirkəti Ermənistanın paytaxtı İ
Bakıda yaşayış binasında baş verən yanğın nəticəsində üç nəfərə
Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirəda
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
"Bakallarla araq-çaxır içir, mənə yaxanı bağla deyir"
Azərbaycanda fevralın 21-dən Boz Ay başlayır. Son.az xəbər verir ki,
Milliön ilk dəfə olaraq ödəniş terminallarında şəxsi kabinet təqdim ed
Hollivud ulduzu Orlando Blum şəxsi həyatı ilə yenidən gündəmə gəlib.
"Sabiq Ermənistan prezidenti Armen Sarkisyanı kiçiltmək doğru olmaz&qu
Ceffri Epşteyn işi ilə bağlı yeni fotoşəklin yayımlanması yenidən beyn
"İki ildir ki, İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovdan xəbər y
