Azərbaycanın rəqəmsal strategiyasının əsas məqsədi açıqlandı
Digərləri 11 Fev 2026 12:03:00 234 0
"Azərbaycanın rəqəmsal inkişaf strategiyasında əsas hədəf ölkənin istehsalçı mövqeyə yüksəlməsi olmalıdır".
Bu xəbəri də oxu: Maaş və pensiyalar artırıla BİLƏR
Son.az xəbər verir ki, bunu Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Rəqəmsallıq və sosial informasiyanın inkişaf dinamikası" mövzusunda Respublika elmi konfransında deyib.
O qeyd edib ki, Azərbaycan həm coğrafi, həm də regional baxımdan Cənubi Qafqazda ən böyük potensiala malik ölkədir:
"İstər Ermənistan, istərsə də Gürcüstanla müqayisədə Azərbaycanın potensialı daha genişdir. Son dövrlərdə ABŞ rəsmilərinin regiona səfərləri zamanı çip texnologiyalarının xüsusi vurğulanması da təsadüfi deyil. Məlumdur ki, bəzi beynəlxalq texnologiya şirkətləri, o cümlədən "Nvidia" Ermənistana investisiya marağı göstərir. Çip istehsalı isə böyük enerji resursları tələb edir. Bu baxımdan regionda enerji təminatı baxımından ən güclü ölkə Azərbaycandır və bu üstünlük strateji şəkildə düzgün qiymətləndirilməlidir".
Onun sözlərinə görə, Azərbaycan qarşısına konkret hədəf qoymalıdır ki, ölkə yalnız istehlakçı olacaq, yoxsa texnologiya istehsalçısı:
"Rəqəmsal və süni intellekt konsepsiyası geniş və çoxşaxəli strategiyadır. Burada elm, biznes, dövlət və digər maraqlı tərəflər vahid platformada birləşdirilməlidir. Elm tətbiq olunmadıqca inkişaf edə bilməz. Eyni zamanda, güclü elmi baza olmadan formalaşan ekosistem xarici texnologiyalardan asılı vəziyyətə düşə bilər. Əgər vətəndaşlar yalnız istifadəçi qismində çıxış edərsə, ölkə istehlakçı modelində qalacaq. Ona görə balansın düzgün qurulması vacibdir".
Vurğulayıb ki, Azərbaycanın enerji ölkəsi olması rəqəmsal transformasiya prosesində ciddi üstünlükdür:
"Doğru strategiya seçilərsə, bu üstünlük yüksək texnologiyalı istehsalın inkişafına yönəldilə bilər. Lakin burada vətəndaş amili də çox önəmlidir. Yerli məhsullara dəstək, milli texnoloji brendlərə inam formalaşdırılmalıdır. Təəssüf ki, bir çox yerli təşəbbüslər qısa müddətdə bazardan çəkilir. Bunun səbəblərindən biri də daxili bazarda kifayət qədər dəstəyin olmamasıdır. Media və ictimai platformalar vasitəsilə yerli məhsullara maraq və milli texnoloji düşüncə təşviq edilməlidir".
Əlavə edib ki, elm və universitetlər biznes sektoru ilə sıx əməkdaşlıq etməli, elmi nailiyyətlər konkret məhsul və xidmətlərdə öz əksini tapmalıdır:
"Azərbaycan elmini birbaşa yerli bizneslərin fəaliyyətində görmək istəyirik. Universitetlərlə biznes arasında körpü qurulmalıdır. Texnologiyanın real gücünü biz artıq praktikada görmüşük. İkinci Qarabağ müharibəsi zamanı "Azərkosmos"un imkanlarından istifadə edərək qarşı tərəfin hərəkətlərini izləmək və koordinatları operativ şəkildə ötürmək mümkün oldu. Bu, elmin və texnologiyanın tətbiqinin real nəticəsidir".
Mina Mikayılova Son.az
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının cinayət işi üzr�
Türkiyəli məşhur aktyor Kanbolat Görkem Arslan gecə yarısı dünyasın�
14-15 fevral tarixlərində paytaxtın Suraxanı rayonu, Aeroport şosesində (&
Məşhurb türk aktyor Nejat İşlerin yeni layihəsi bəlli olub.
Bakı bulvarında gecə düşəndə şəhər sanki pıçıltıya keçir, dalğal
Vəfat edən vətəndaşların pensiya kapitalının bir hissəsinin vərəsəl�
"İlham Əliyev Zəfərin həndəsi dillə desək, "üçölçülü f�
Hamiləliyin 23-cü həftəsində yalnız 540 qram bədən çəkisi ilə dünyay
2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi 2025-ci ilin yanvar a
Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci
Aparıcı və prodüser Tarix Əliyev (Tolik) müğənni Canananın xəstəlikl�
Rusiya Hərbi Hava Qüvvələri Krım, Tatarıstan, Belqorod vilayətləri və X
Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məm
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeş
2026-cı il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalı�
