Azərbaycan İordaniya ilə gömrük işi sahəsində əməkdaşlıq edəcək
Siyasət 10 Fev 2026 15:44:00 207 0
Azərbaycanla İordaniya arasında gömrük işi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib.
Son.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş"in təsdiq edilməsi barədə qanunu imzalayıb.
Sazişə əsasən, razılığa gələn tərəflərin gömrük orqanları, yardımın gömrük qanunvericiliyinin düzgün şəkildə tətbiqi üçün zəruri olduğunu hesab etdikləri təqdirdə, xüsusilə aşağıdakılarla bağlı məlumat eldə etdikdə, öz səlahiyyətləri çərçivəsində bir-birilərini yardımla təmin edirlər:
a) gömrük qanunvericiliyini pozmuş, pozan və ya poza biləcək və digər razılığa gələn tərəfin marağında ola biləcək fəaliyyətlər;
b) digər razılığa gələn tərəfin dövlətinin ərazisində gömrük qanunvericiliyinin əhəmiyyətli dərəcədə pozulmasının obyekti olması bilinən mallar;
c) narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı Konvensiyaları pozan mallar və ya beynəlxalq konvensiyalara və qətnamələrə qarşı hüquqpozma təşkil edən təhlükəli və ikili təyinatlı mallar.
Qeyd edək ki, saziş 2025-ci il noyabrın 27-də Bakı şəhərində imzalanıb.
Son.az
Rəşad Sahil oğlu İsmayılov Azərbaycan Respublikasının ekologiya və təb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin yen
Rəşad Sahil oğlu İsmayılov Azərbaycan Respublikasının ekologiya və təb
Tıxac problemi hələ də həllini tapmayan məsələlərdən biri olaraq qalı
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən "Şeyx Lo
Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirlə
Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərind
Aparıcı və aktyor Sərxan Kərəmoğlu müğənni Rəqsanə İsmayılova ilə
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Baza
Kiçik ədliyyə müşaviri Ülvi Etibar oğlu Ələkbərli Gəncə şəhər İc
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında 1992-ci il təvəllüdlü hamilə �
Nərimanov rayonunda yerləşən 5 nömrəli xəstəxananın Kardiologiya İnsti
Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyalar indeksləşdirilər
