Çətin həyat şəraitində olan uşaqlar üçün YENİ QANUN


Digərləri 10 Fev 2026 13:37:00 163 0

Çətin həyat şəraitində olan uşaqlar üçün YENİ QANUN

"Uşaq hüquqları haqqında" Qanun Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

Son.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Bildirilib ki, "Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 iyun tarixli 3914 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2023-cü il tarixli 524s nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının yeni qanun layihəsi hazırlanmışdır.

"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının 1998-ci il tarixli Qanununda uşaq hüquqları və onların təmin edilmə xüsusiyyətləri olduqca Ümumiləşdirilmiş formada əks olunmuş, normalarda əsasən xüsusi qanunvericilik aktlarına göndərişlər edilmişdir. Uşaq hüquqlarının təmin edilməsinə dair dəqiq tənzimlənmələr nəzərdə tutan ayrı-ayrı sahəvi normativ hüquqi aktlar bir çox hallarda beynəlxalq hüquq normalarında təsbit edilmiş vahid yanaşmaları tam və aydın əhatə etmir. Ölkəmizin BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyası üzrə öhdəliklər daşıdığını nəzərə alaraq ilk növbədə qanunvericilikdə uşaq hüquq və azadlıqlarının təmin edilməsində dövlət siyasətinin məqsədləri və vəzifələri daha konkret müəyyən edilməlidir ki, qüvvədə olan və yaxud gələcəkdə qəbul edilkəcək digər sahəvi sənədlərdə həmin yanaşma öz əksini tapsın.

Hazırlanmış qanun layihəsində uşaq hüquqları üzrə dövlət təminatları daha geniş formada əks olunmuş, çətin həyat şəraitində olan uşaqların hüquq və mənafelərinin qorunması üçün kompleks yanaşmanı özündə əks etdirən hüquqi tənzimləmə müəyyən edilmişdir. Həmçinin layihəyə uşaqlarla bağlı icraata dair beynəlxalq normalardan irəli gələrək prinsipial məsələlər, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizmi daxil edilmişdir.

BMT-nin Uşaq hüquqları üzrə Komitəsinin Azərbaycanla bağlı 22 fevral 2023-cü il rəyində (18-ci bənd) ölkədə uşağın üstün mənafeyinin təmini prinsipinin tətbiqi, sosial təhlükəli vəziyyətlərdə olan (ailədə zorakılıq, istismar, küçə həyatı və.s) uşaqların aşkar edilməsi və onlara yardımların göstərilməsi ilə bağlı aydın və işlək prosedurların yaradılması tövsiyə (24, 25, 30,33, 40, 42 ve s. bəndlər) edilmişdir.

Layihədə uşaqların üstün mənafelərinin təminatları açıqlanır. Bu prinsip "Uşaq hüquqları haqqında" BMT Konvensiyasının 4 rəhbər prinsiplərindən biri olmaqla, sənəddə təsbit edilmiş bütün hüquqların əsasında durur.

Uşaqların üstün mənafelərinin qorunması prinsipinin yerinə yetirilməsi ilə bağlı qanunvericilikdə bəzən dəqiq tənzimlənmənin olmaması və qeyri-müəyyən anlayışlardan istifadə təcrübədə fərdi hallara baxılarkən qərarvericilər və onların icrasını təmin edənlər üçün çətinliklər yarada bilir. Subyektiv, xüsusilə də mental dəyərlərlə əlaqələndirilən yanaşmalar heç də hər zaman uşağın normal tərbiyəsinə və inkişafına təminat vermək iqtidarında olmur.

Bu baxımdan layihə hazırlanarkən BMT-nin Uşaq hüquqları Komitəsinin Uşaq hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinin 1-ci bəndinin tətbiqi ilə bağlı üzv olan dövlətlərə yönəlmiş şərhinə nəzər yetirilmişdir. Belə ki, Komitə özünün 2013-cü ildə qəbul etdiyi 14 nömrəli şərhində uşaq mənafeyinin nəzərə alınması öhdəliyinə daha dərindən aydınlıq gətirərək onun tərkib elementlərini müəyyən etmişdir.

Hazırlanmış qanun layihəsinin qüvvədə olan "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunundan fərqli cəhətləri:

1. Həddindən artıq ümumiləşdirməyə yol verilməməsi, uşaq hüquqlarına sistemli və kompleks yanaşmanı ortaya qoymaq üçün layihənin mətni 8 fəsildə təqdim olunur. Ümumi müddəalar adlandırılan birinci fəsildə layihədə istifadə olunan 11 anlayışın tərifi verilmişdir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı dövlət siyasətinin əsasları və uşaqların malik olduqları əsas hüquq və azadlıqların həyata keçirilməsinə dair dövlət təminatları isə ayrı-ayrı fəsillərdə daha geniş əks olunmuşdur.

2. Uşaqlar barəsində dövlət siyasəti adlı ikinci fəsildə dövlət siyasətinin məqsədləri, dövlətin əsas vəzifələri, uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi üzrə dəstək proqramları, uşaq hüquqlarını müdafiə edən orqanlar (qurumlar) və qeyri-hökumət təşkilatlar, əlaqələndirmə, nəzarət və monitoring, məlumatların toplanması və təhlili barədə olan müddəalar dövlətin uşaq siyasətinin "Uşaq hüquqları haqqında" Konvensiyanın tələblərinə uyğun formalaşdırılmasında xüsusi əhəmiyyət kəsb edə bilər.

3. Uşağın əsas hüquq və azadlıqları, onların həyata keçirlməsinin dövlət təminatlarına dair 3-cü fəsildə əsas hüquq və azadlıqların təsbit edilməsindən öncə onların həyata keçirilməsində baza prinsiplər, xüsusilə də uşaqların mənafelərinin üstünlüyü prinsipinin əsas təminatları, bu hüquqların reallaşdırılması üçün uşağa köməyin göstərilməsi daha geniş məzmunda verilir. Təcrübədə rast gəlinən problemlər bir sıra hüquqların təminatlarının daha geniş şəkildə verilməsini zəruri etmişdir.

4. 4-5-ci fəsillər müvafiq olaraq uşağın ailədə hüquqları və onların müdafiəsi, uşağın cəmiyyətdə mənfi, zərərli təsirlərdən qorunması kimi məsələlərə həsr edilərək, qüvvədə olan Qanundan məzmun ve forma baxımından fərqli şəkildə təqdim edilir.

5. Çətin həyat şəraitində olan uşaqların müdafiəsi və hüquqları adlı 6-cı fəsildə hazırda mövcud olmayan yeni mexanizm təklif olunur. Uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyalar üçün dəqiq prosedurların olmaması səbəbindən çətin həyat şəraitində olan uşaqlar ayrı-ayrı hüquqi sənədlərdə təsbit edilmiş təminatlardan tam yararlana bilmirlər və kənarda qalırlar. Məsələn: çətin həyat şəraitində olan, xüsusilə də sosial təhlükəli vəziyyətdə olan, məişət zorakılığına məruz qalan uşaqlar barəsində "Sosial xidmət haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Məişət zorakılığı haqqında" qanunlarda nəzərdə tutulmuş tədbirlər lazımi qaydada tətbiq edilmir. Layihədə müəyyən edilmiş mexanizm qüvvədə olan qanunvericiliklə ziddiyyət təşkil etmir və maliyyə yüklü yeni təminatlar nəzərdə tutmur. Əsas məqsəd prosedurların daha təkmil olmasından və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsindən ibarətdir.

Belə ki, layihəyə əsasən uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyalar çətin həyat şəraitində olan uşaqları aşkar etdikdə dərhal onun yaşayış yerinə və ya olduğu yerə gedilməsini, uşağın vəziyyətinin (sağlamlıq vəziyyəti, psixoloji vəziyyəti, əlilliyi müəyyən edilmiş uşağa xüsusi qayğının mövcud olub-olmaması, uşağa qarşı zorakılıq hallarının mövcud olub-olmaması və yaşayış şəraiti) ilkin müayinəsinin keçirilməsini və təcili və təxirəsalınmaz tədbirlərin görülməsini təşkil edir.

Uşağın sosial müdafiəsi məsələsinə vahid və kompleks yanaşma önəmlidir.

Əksər hallarda uşağın müdafiəsi üzrə tədbirlər tamamlanmamış qalır. Bu baxımdan dövlət orqanlarının dəqiq vəzifə bölgüsü, əlaqələndirilmiş fəaliyyəti, hər bir uşağa fərdi yanaşmasının olması və onun şəxsi məlumatlarının konfidensiallığının qorunması çox önəmlidir. Çətin həyat şəraitində olan uşaqlar vaxtında aşkar edildikdə onların zərər çəkmə riski azalır və reabilitasiyası asanlaşır.

6. 7-ci fəsil uşaqlar barəsində icraatın əsaslarına dair məsələləri əhatə edir. Uşaqlar barəsində icraata dair normalar ayrı-ayrı məcəllələrdə və qanunlarda təsbit edilsə də, onların əsasında duran və yuvenal ədliyyəyə dair beynəlxalq hüquq normalarından qaynaqlanan vahid yanaşma (prinsiplər, prosessual təminatlar, mütəxəssislərin ixtisaslaşması, hüquqi yardım, nümayəndə vasitəsi ilə təmsil olunma, qəbul edilən qərarların uşağın üstün mənafeyi nəzərə alınmaqla əsaslandırılması) bu fəsilə daxil edilmişdir. Layihənini 1.1.11-ci maddəsində uşaqlar barəsində icraat dedikdə uşaqlar barəsində mülki, cinayət və inzibati xətalara dair işlər üzrə icraat, inzibati məhkəmə icraatı, inzibati icraat nəzərdə tutulur.

Uşaq hüquqları ilə bağlı qərarlar qəbul edilərkən nəzərə alınmalı olan səkkiz tələbin müəyyən edilməsi gələcəkdə təcrübədə vahid yanaşmanın formalaşdırılmasına imkan verəcəkdir.

7. Yekun müddəalarda (8-ci fəsil) qanunun tələblərini pozan şəxslərin qanunda nəzərədə tutulmuş hallarda məsuliyyət daşıdığı qeyd edilir.

Yekun olaraq qeyd edilməlidir ki, hazırda qüvvədə olan "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun qəbulundan 28 ilə yaxın müddət keçir və bu müddət ərzində insan hüquq və azadlıqlarının inkişafı ilə paralel olaraq uşaq hüquqları sahəsində baş verən inkişaf, ortaya çıxan yeni yanaşmalar ölkəmizin müvafiq sahədə qanunvericilik bazasının təkmilləşdirilməsini zəruri edir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib./Trend

Şakira səhnədə BİABIR OLDU like
  • 10 Fev 13:35  
Şou-biznes Şakira səhnədə BİABIR OLDU

Dünya şöhrətli müğənni Şakiranın səhnədə başına iş gəlib.

arrow Ətraflı
Paytaxtda duru yağ bahalaşdı, keyfiyyət azaldı  SƏBƏB like
  • 10 Fev 13:28  
Digərləri Paytaxtda duru yağ bahalaşdı, keyfiyyət azaldı SƏBƏB

Paytaxtda duru yağın qiymətində kəskin bahalaşma olub. Vətəndaşları na

arrow Ətraflı
Epşteynin yanından ayırmadığı "sirli" qadın kimdir? like
  • 10 Fev 13:15  
Dünya Epşteynin yanından ayırmadığı "sirli" qadın kimdir?

Ceffri Epşteynin demək olar ki, hər fotoşəklində görünən sirli qadın G

arrow Ətraflı
Azərbaycanda kinostudiyada 15 nəfər işdən ÇIXARILDI like
  • 10 Fev 13:09  
Digərləri Azərbaycanda kinostudiyada 15 nəfər işdən ÇIXARILDI

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 15 nəfə

arrow Ətraflı
Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən ərəblərin sonu necə OLDU? like
  • 10 Fev 13:04  
Digərləri Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən ərəblərin sonu necə OLDU?

Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər etməkdə təqsirləndiril�

arrow Ətraflı
"Kurtlar Vadisi"nin aktrisası vəfat etdi like
  • 10 Fev 13:01  
Şou-biznes "Kurtlar Vadisi"nin aktrisası vəfat etdi

"Kurtlar Vadisi" serialının unudulmaz aktrisası Şıvqa Gerez vəfa

arrow Ətraflı
20 manata görə tanışının boğazını kəsərək öldürən şəxslə bağlı QƏRAR like
  • 10 Fev 11:49  
Digərləri 20 manata görə tanışının boğazını kəsərək öldürən şəxslə bağlı QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən�

arrow Ətraflı
Bakının bu küçəsində abadlıq işləri tamamlanır like
  • 10 Fev 11:43  
Digərləri Bakının bu küçəsində abadlıq işləri tamamlanır

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakı şə

arrow Ətraflı
Gələn il rekord dərəcədə isti olacaq like
  • 10 Fev 11:26  
Dünya Gələn il rekord dərəcədə isti olacaq

Sakit okeanda "El-Ninyo" tendensiyasının formalaşması 2027-ci ild�

arrow Ətraflı
Bakının mərkəzində yaşıl dəhliz salınacaq  Maşınlar buraxılmayacaq like
  • 10 Fev 11:20  
Digərləri Bakının mərkəzində yaşıl dəhliz salınacaq Maşınlar buraxılmayacaq

Bakının mərkəzində yaşıl dəhliz salınacaq. Paytaxtın təsdiqlənmiş b

arrow Ətraflı
Güllələnən müəllimdən XƏBƏR VAR like
  • 10 Fev 11:16  
Digərləri Güllələnən müəllimdən XƏBƏR VAR

Bakıda "İdrak" liseyində şagird tərəfindən güllələnən mü�

arrow Ətraflı
ABŞ Dövlət Departamentindən Nərgiz Məhəmmədi ilə bağlı ÇAĞIRIŞ like
  • 10 Fev 11:10  
Dünya ABŞ Dövlət Departamentindən Nərgiz Məhəmmədi ilə bağlı ÇAĞIRIŞ

ABŞ Dövlət Departamenti İranın insan haqları müdafiəçisi və Nobel sül

arrow Ətraflı
ABŞ ordusu daha bir gəmi vurdu  İki nəfər öldürüldü like
  • 10 Fev 11:05  
Dünya ABŞ ordusu daha bir gəmi vurdu İki nəfər öldürüldü

ABŞ ordusunun Sakit okeanın şərqində narkotik qaçaqmalçılarına məxsus

arrow Ətraflı
Milli Məclisin iclası başladı  Bu məsələlər müzakirə ediləcək like
  • 10 Fev 11:02  
Siyasət Milli Məclisin iclası başladı Bu məsələlər müzakirə ediləcək

Milli Məclisin 2026-cı il yaz sessiyası çərçivəsində növbəti plenar ic

arrow Ətraflı
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə görüşdü like
  • 10 Fev 11:01  
Siyasət Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə görüşdü

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məs�

arrow Ətraflı