Saxta xaricdə iş və təhsil elanlarına aldanma DİNdən XƏBƏRDARLIQ
Digərləri 09 Fev 2026 11:06:00 237 0
Yüksək maaş, sərfəli şərtlər, sürətli sənədləşmə prosesi... İlk baxışdan bu təkliflər cəlbedici görünsə də, araşdırmalar onu göstərir ki, son dövrlər sosial şəbəkələrdə xaricdə iş və təhsil adı altında saxta elanlara rast gəlinir.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, saxta elanlara inanaraq xarici ölkələrə səfər edən bəzi vətəndaşların sənədləri əllərindən alınır, onlar məcburi əməyə, cinsi istismara məruz qalır və sonda insan alverinin qurbanına çevrilirlər. Bəs bu kimi hallardan qorunmaq üçün nə etməliyik?
1. Xaricdə yüksək məvacibli iş və təhsillə bağlı onlayn təklif aldıqda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin "152" Qaynar Xəttinə müraciət edərək konfidensiallıq təmin edilməklə ödənişsiz məsləhət ala; 2. Getmək istədiyiniz ölkədə akkreditasiya olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya Konsulluğu ilə əlaqə saxlayıb elanın həqiqiliyini dəqiqləşdirə;
3. İş və təhsil təklif edən şirkətin, eləcə də fiziki şəxsin xüsusi icazəsini, yəni lisenziyasını tələb edə; 4. Bağlanacaq əmək müqaviləsinin surətini istəyə bilərsiniz. Ehtiyat tədbirləri bununla da bitmir. Ölkə hüdudlarını tərk etdikdən sonra da diqqətli olmalı, şəxsiyyətinizi təsdiq edən sənədləri heç kimə etibar etməməlisiniz. Əmək fəaliyyəti ilə məşğul olarkən əmək müqaviləsi bağlamalı, sizə qarşı edilən istənilən qanunazidd əməl barədə dərhal yerli polis orqanına, eləcə də həmin ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliyimizə və ya Konsulluğa müraciət etməlisiniz.
Nazirlər Kabineti "Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaları
"Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri �
04.02.2026-cı il tarixində saat 18:00 radələrində Ağcabədi Rayon Mərkəz
Bakıda 54 saylı məktəbin direktoru işdən çıxarılıb.
Dünya bazarında bitkoin kriptovalyutası yenidən bahalaşıb.
1997-ci il təvəllüdlü şəxsin (qadın) Kliniki Tibbi Mərkəzin Neyrocərra
Son günlər qızıl ucuzlaşandan sonra yenidən bahalaşıb. Bu vəziyyət hə
Quba rayonunda 8 nəfərin qidadan zəhərlənmə hadisəsi ilə bağlı araş
Xətai rayonunda sərnişin avtobusunda bir nəfərin içərisində qızıl-zin�
Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən "İdr
Britaniya Baş nazirinin aparat rəhbəri Morqan MakSvini Ceffri Epşteynlə ə
Azərbaycanın bütün bölgələrində Novruz qabağı keçirilən mərasimlər
