Lombardda dava: Filial müdiri müştəri ilə əlbəyaxa oldu
Digərləri 07 Fev 2026 16:53:00 486 0
"Sizin Lombard"ın Sumqayıt şəhər filialının müdiri xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılıb.
Bu xəbəri də oxu: Maaş və pensiyalar artırıla BİLƏR
Son.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1989-cu ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuş Aslan Paşa barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, Kahin Bəkirov adlı şəxs "Sizin Lombard"a daxil olaraq şirkətin fəaliyyətindən narazı qaldığını bildirib və lombardın Sumqayıt şəhər filialının müdirinə etiraz edib. Filial müdiri isə ona faizi ödəsin deyə zəng edildiyini bildirib.
Bundan sonra tərəflər aralarında mübahisə yaranıb. "Sizin Lombard"ın Sumqayıt şəhər filialının kənarında mübahisə davaya çevirilib. Bu zaman Aslan Kahin Bəkirova qarşılıq verməyə başlayıb. Hadisə yerinə polis əməkdaşları gəlib.
Filialın müdiri saxlanılsa da, hadisənin digər iştirakçısı Kahin Bəkirov taksiyə minərək hadisə yerini tərk edib.
Məhkəmədə məlum olub ki, obyektlərin girişində mühafizə polisi tərəfindən ictimai qaydanın pozulması hallarına qarşı düymə qoyulub və filial müdiri həmin düymədən istifadə etməyib.
Aslan Paşa ifadəsində deyib ki, Kahin Bəkirovu nalayiq ifadə işlətdiyi və özünü qorumaq üçün itələyib. Hadisədən sonra saxlanıldığı polis bölməsində 5-6 saat qalıb. Məhkəmədən himayəsində 2 azyaşlı övladının olmasının nəzərə alınmasını xahiş edib.
Məhkəmənin qərarı ilə Aslan İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 50 manat cərimə olunub.
Göyçayda qohumları ilə dalaşan kişi ölüb.
Bakıda "İdrak" liseyində müəllimini gülləməkdə təqsirləndir
Mədəni sərvətləri qəsdən korlama və ya məhv etmə səkkiz ilədək müd
Ötən gün şagirdi tərəfindən güllələnən müəllimə reanimasiya şöb�
Azərbaycanda ev tikdirənlərin bəzisi bu işi şirkətlərə, bəzisi isə ta
Xəbər verildiyi kimi, ötən gün Binəqədi rayonundakı "İdrak" l
Ötən ilin dekabrın 23-də Şəmkir rayon sakini 1957-ci il təvəllüdlü Mah
Bakıda yerləşən İdrak liseyinin riyaziyyat müəllimi Şəhla Kamilovaya si
Dövlətin qoruduğu mədəni sərvətlərin istifadə qaydalarının pozulması
Həyatın sürətli tempi, stres və tələskənliyin hökm sürdüyü bu dövrd
Diş itkisi bir çox hallarda estetik problem kimi qəbul edilsə də, bunun ü
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytax
2026-cı ilin ilk Günəş tutulması 17 fevralda baş verəcək. Halqavari form
