Moskva sizi Yeni il möcüzələri dünyasına səyahətə dəvət edir


Kriminal 11 Dek 2025 18:10:00 77 0

Moskva sizi Yeni il möcüzələri dünyasına səyahətə dəvət edir

2025-cü il dekabrın 12-dən 2026-cü il yanvarın 11-dək Moskva şəhərində "Milad bayramına səyahət" adlı ənənəvi festival keçiriləcək. Bu günlərdə Rusiya paytaxtı yenidən ənənələrin, sevimli nağılların və bayram sürprizlərinin canlandığı böyük qış səhnəsinə çevriləcək. "Moskvada qış" layihəsinin bir hissəsi olacaq festival bir ay ərzində Moskvanı qışın əsas bayramının sehrli atmosferinə qərq edəcək. Hazırlanan un məmulatlarının ətri, küçələri bəzəyəcək işıqların parıltısı paytaxtın hər rayonunu müxtəlif ölkələrdən gələn qonaqlar üçün özəl bayram hekayəsinə çevirəcək. 

Manej meydanı bu il hər kəsi "Yeni il ağacı oyuncaqlarının şəhəri" ilə heyrətləndirəcək. Burada XX əsrin əvvəllərinin pambıq oyuncaqlarının estetikasından ilhamlanaraq hazırlanmış qeyri-adi yarmarka təşkil ediləcək. Yarmarkada təkcə Yeni ilin əsas qəhrəmanları - Şaxta Baba və Qar qızı deyil, həm də onlarla digər vintaj nağıl personajlarını görə bilcəksiniz. Hər kəs sanki köhnə Yeni il sandığından yenicə çıxarılmış dekorasiyalarla şəkillər çəkdirə, nağıl süjetli qısa tamaşalarda iştirak edə, sovet dövründə keçirilən Yeni il bayramlarının ənənəvi yeməklərini dada biləcək. Tver meydanında qonaqları Moskvaya həsr olunmuş dekorasiyalar gözləyir. Burada yerli sənətkarlar tərəfindən düzəldilmiş səkkiz metrlik Yeni il ağacı ucalır. Ağac əl ilə çəkilmiş naxışları olan 90 və 70 sm ölçüsündə kürələr, həmçinin 70 sm uzunluğunda nəhəng qızılı sırsıralarla bəzədilib. Böyük Teatrın, Xalq təsərrüfatı nailiyyətləri sərgisinin pavilyonlarının və Kreml qüllələrinin siluetləri isə sadəcə bayram instalyasiyaları kimi görünmür, şəhərin canlı tarixini əks etdirir. Zərif qızılı işıqlanması olan bu miniatür memarlıq simvolları əsl Yeni il sehrinin atmosferini yaradacaq və Moskvaya təkcə turist kimi ilə baxmağa deyil, həm də özünüzü böyük və bayram əhvali-ruhiyyəli meqapolisin bir hissəsi kimi hiss etməyə imkan verəcək.  Bayram günlərində paytaxtın əsas görməli yerlərindən biri olacaq Manej meydanında hündürlüyü 22 metr olan təbii küknar ağacı (hündürlüyünə görə yalnız Kreml küknarından geri qalır) quraşdırılıb. Bu il ağac qədim rus oyuncaqlarının üslubunda bəzədilib. Bunun üçün on mindən çox oyuncaqdan və beş kilometr uzunluğunda işıqlardan istifadə olunub. Sənətkarlar Moskva rəssamlarının eksklüziv eskizləri əsasında yüzlərlə rəngli kürələr hazırlayıblar. Kürələrin üzərində Milad süjetləri, nağıl personajları və bayram şənliklərinin səhnələri canlanır. Kompozisiyanı ipək bayraqlar, qızılı və gümüşü sırsıralar, pambıqdan hazırlanmış insan fiqurları, gözəl kostyumlu qırmızıyanaq gəlinciklər tamamlayır. Bütün bunlar küknarı sehrli bayramın əsl canlı illüstrasiyasına çevirir. Festivalın gənc ziyarətçiləri metal bəzəklərin döyülməsindən şüşə stəkanların naxışlarla bəzədilməsi, şamların və sovet Yeni il ağacı oyuncaqlarının hazırlanmasına qədər çoxsaylı master-klaslarda iştirak edə biləcəklər. Kiçik qonaqlar üçün Yeni il kulinariya studiyaları fəaliyyət göstərəcək. Məşhur Rusiya nağıllarının motivləri əsasında səhnələşdirilmiş çoxsaylı teatr tamaşaları qonaqları heyrətləndirəcək. Aktiv istirahət həvəskarlarını idman meydançaları, körlinq məktəbi və "Qu gölü", "Ağbəniz", "12 ay" və digər qış nağılları əsasında 170-dən çox bayram buz şousu gözləyir. "Arzulanan hədiyyənin arxasınca səyahət" kvesti isə qonaqları Rusiyanın müxtəlif bölgələrinin ənənələri ilə tanış edəcək. Kvestin iştirakçıları səyahətçi pasportunda möhürlər toplayacaq və onları hədiyyələrə dəyişə biləcəklər.  Buradan heç kim xoş təəssüratsız, suvenirsiz və yeni qastronomik təcrübə yaşamadan getməyəcək. Festival Moskvanın bayram məkanlarını birləşdirəcək: Tver bulvarında və Mərkəzi Moskva Univermağının yaxınlığında özəl Yeni il ağacı sərgiləri, həmçinin keramik məmulatlar, müəllif suvenirlər, ətirli çaylar və rus mətbəxinin yeməklərini tapa biləcəyiniz yarmarkalar. Festivalın qastronomik müxtəlifliyi ənənəvi rus yeməkləri və təzə hazırlanmış un məmulatları ilə yanaşı, müəllif delikatesləri, ətirli içkiləri və xüsusi qril menyusu ilə heyranlıq doğuracaq. "Xeyirxah Yeni il ağacı" adlı xeyriyyə aksiyası dəstəyə xüsusilə ehtiyacı olanların Yeni il arzularını gerçəkləşdirməyə kömək edəcək. Bunun üçün bayram Yeni il ağaclarından birində istəyi seçmək və QR-kodu skan etmək kifayətdir. "Milad bayramına səyahət" festivalı paytaxtın hər yaşdan olan sakinləri və qonaqları üçün ənənələri, müasir mədəniyyəti və Yeni il möcüzəsinin atmosferini özündə birləşdirən "Moskvada qış" layihəsinin əsas hadisəsi olacaq. Ecazkar festival, ailəvi səfərlər və ya tək səyahət üçün əla istiqamət olacaq və Azərbaycandan gələn bütün qonaqlara unudulmaz təəssüratlar bəxş edəcək.


Xəbərə aid video


Xəbərə aid fotolar

Yubileyi olan xanəndə: "Elə bilirəm, toztorpaq içində oynayıram" like
  • 11 Dek 17:57  
Kriminal Yubileyi olan xanəndə: "Elə bilirəm, toztorpaq içində oynayıram"

Əməkdar artist Cabir Abdullayev 60 illik yubileyinə hazırlaşır.

arrow Ətraflı
Gələn ilin qeyriiş günləri məlum oldu  AÇIQLAMA like
  • 11 Dek 17:54  
Digərləri Gələn ilin qeyriiş günləri məlum oldu AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı i

arrow Ətraflı
"Tarqovu"da maraqlı evlilik TƏKLİFİ like
  • 11 Dek 17:22  
Digərləri "Tarqovu"da maraqlı evlilik TƏKLİFİ

Bakının məşhur "Tarqovu"sunda qeyri-adi və romantik evlilik tək

arrow Ətraflı
“Pulu alandan sonra dedi ki, böyrəyimi vermirəm”  Bakıda maraqlı hadisə like
  • 11 Dek 17:11  
Digərləri “Pulu alandan sonra dedi ki, böyrəyimi vermirəm” Bakıda maraqlı hadisə

Bakıda tanışının dializ xəstəsi olan arvadına öz böyrəyini verəcəyi

arrow Ətraflı
Bacısının yasından qayıdan kişi qəzaya düşdü, digər bacısı da öldü like
  • 11 Dek 17:06  
Digərləri Bacısının yasından qayıdan kişi qəzaya düşdü, digər bacısı da öldü

İdarə etdiyi "VAZ 2121" markalı avtomobillə paytaxtdan, bacısın

arrow Ətraflı
"Ukrayna ordusunun itkiləri 1 milyonu keçib" like
  • 11 Dek 16:58  
Dünya "Ukrayna ordusunun itkiləri 1 milyonu keçib"

Ukrayna Silahlı Qüvvələrinin itkiləri 1 milyonu keçib.

arrow Ətraflı
Putin sabah Ərdoğanla görüşəcək like
  • 11 Dek 16:44  
Dünya Putin sabah Ərdoğanla görüşəcək

Rusiya lideri Vladimir Putin Türkmənistana səfəri zamanı  türkiyəli hə

arrow Ətraflı
İki aydan çoxdur dənizdə batdığı ehtimal edilən Turalın axtarışları davam edir like
  • 11 Dek 16:32  
Digərləri İki aydan çoxdur dənizdə batdığı ehtimal edilən Turalın axtarışları davam edir

İki aydan çoxdur dənizdə batdığı ehtimal edilən Tural Sultanovun axtarı

arrow Ətraflı
Rusiyada universitetdə güclü partlayış  Direktor öldü like
  • 11 Dek 16:27  
Dünya Rusiyada universitetdə güclü partlayış Direktor öldü

Permdə universitet laboratoriyasında partlayış baş verib.

arrow Ətraflı
Türkiyəli tanınmış jurnalist saxlanıldı  FOTO like
  • 11 Dek 16:27  
Digərləri Türkiyəli tanınmış jurnalist saxlanıldı FOTO

Türkiyəli jurnalist Ənvər Aysevər polis tərəfindən saxlanılıb.

arrow Ətraflı
Videonun səsli forması ilk dəfə yayıldı  Qızı edibmiş like
  • 11 Dek 16:20  
Digərləri Videonun səsli forması ilk dəfə yayıldı Qızı edibmiş

İstanbul və Yalova polisi tanınmış müğənni Güllü (əsl adı Gül Tut)

arrow Ətraflı
Mingəçevir və Yevlaxda dörd ixtisas üzrə ustad dərsləri təşkil olunacaq like
  • 11 Dek 15:59  
Kriminal Mingəçevir və Yevlaxda dörd ixtisas üzrə ustad dərsləri təşkil olunacaq

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır

arrow Ətraflı
Dekabr ayının sonları üç bürc vacib qərar verəcək like
  • 11 Dek 15:28  
Digərləri Dekabr ayının sonları üç bürc vacib qərar verəcək

Dekabr ayında üç bürcün nümayəndələri həyatlarındakı əsas dönüş

arrow Ətraflı