Sahibkarlara vergi ilə bağlı sevindirici xəbər Yeni qaydalar açıqlandı


Digərləri 08 Dek 2025 14:35:00 79 0

Sahibkarlara vergi ilə bağlı sevindirici xəbər  Yeni qaydalar açıqlandı

2026-cı il yanvarın 1-dən ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV hesablanarkən onların POS-terminal vasitəsilə nağdsız qaydada ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin 3 il müddətinə ƏDV tutulan ümumi dövriyyəsindən çıxılması nəzərdə tutulur.

Son.az xəbər verir ki, 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olaraq iaşə xidməti göstərən şəxslər tərəfindən POS-terminal vasitəsilə nağdsız dövriyyə üzrə sadələşdirilmiş verginin dərəcəsinin 6 faizə endirilməsi təklif edilir.

İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxsin ay ərzində göstərdiyi xidmətlərin dəyəri 50 min manat məbləğində olub və bu məbləğin 10 min manatı nağd şəkildə, 40 min manatı isə POS-terminal vasitəsilə nağdsız qaydada ödənilib. Digər şəxslərə ödədiyi və əvəzləşdirdiyi ƏDV-nin məbləği isə 3 min manat olub. Bu halda büdcəyə ödənilməli ƏDV-nin məbləği 6 min manat hesablanacaqdısa, dəyişiklikdən sonra həmin məbləğ 2.400 manat təşkil edəcək.

İctimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyicisinin ay ərzində göstərdiyi xidmətlərin dəyəri 50 min manat məbləğində olub və bu məbləğin 10 min manatı nağd şəkildə, 40 min manatı isə POS-terminal vasitəsilə nağdsız qaydada ödənilib. Bu halda büdcəyə ödənilməli sadələşdirilmiş verginin məbləği 4 min manat hesablanacaqdısa, dəyişiklikdən sonra həmin məbləğ 3.200 manat təşkil edəcək.

Göründüyü kimi, nağdsız ödənişlərin xüsusi çəkisi  artdıqca, dəyişiklik sahibkarlar üçün vergi yükünün azalmasına, daha çox qazanc əldə etməsinə imkan yaradacaq.

Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bu, fəaliyyətini şəffaf quran sahibkarlar üçün vergi yükünün azaldılmasına, eyni zamanda istehlakçı hüquqlarının qorunmasına səbəb olacaq:

"Həmçinin, müştərilərin də hüquqları qorunur. Müştərilər ödəniş formasını seçməkdə sərbəstdilər. Onlar həm kart, həm də nəğd ödəniş edə bilərlər. Praktikaya əsasən isə sahibkarlar həm vergidən yayınmaq, həm də pulu nəğdləşdirmək üçün müştərini nəğd ödəniş etməyə vadar edirlər. Bu da vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarır". 

Xatırladaq ki, oxşar güzəştlər 1 yanvar 2024-cü ildən tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 3 il müddətinə onların ƏDV tutulan ümumi dövriyyəsindən çıxılır.

Aysel Əkbər Son.az

Bugünkü qəzada həyatını itirən Zaurun FOTOsu like
  • 08 Dek 14:28  
Digərləri Bugünkü qəzada həyatını itirən Zaurun FOTOsu

Bu gün saat 08:35 radələrində Abşeron rayonunun Qobu qəsəbəsində ağı

arrow Ətraflı
İcra başçısı iki nəfəri işdən çıxardı  Yeni təyinat like
  • 08 Dek 14:21  
Digərləri İcra başçısı iki nəfəri işdən çıxardı Yeni təyinat

Göygöl Rayon İcra Hakimiyyətinin iki əməkdaşı vəzifəsindən azad edili

arrow Ətraflı
İran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir like
  • 08 Dek 14:20  
Siyasət İran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir

Regional ölkələr arasında məsləhətləşmələrin davam etdirilməsini də

arrow Ətraflı
24 yaşlı azərbaycanlı Albaniyada faciəvi şəkildə öldü like
  • 08 Dek 14:18  
Digərləri 24 yaşlı azərbaycanlı Albaniyada faciəvi şəkildə öldü

Azərbaycanlı gəmiçi Albaniyanın Durres limanında gəmidə işləyərkən

arrow Ətraflı
Bu da 56 yaşlı Cennifer Lopezin anası  FOTO like
  • 08 Dek 14:03  
Şou-biznes Bu da 56 yaşlı Cennifer Lopezin anası FOTO

Dünya şöhrətli müğənni Cennifer Lopez sosial şəbəkə hesabında 79 ya�

arrow Ətraflı
35 il sonra yaşadığı evə gəldi, göz yaşı tökdü like
  • 08 Dek 13:35  
Şou-biznes 35 il sonra yaşadığı evə gəldi, göz yaşı tökdü

Aşıq Mübariz Camaloğlu 35 il sonra yaşadığı, uşaqlıq illərini keçird

arrow Ətraflı
Qobuda iki nəfərin öldüyü qəzanın like
  • 08 Dek 13:28  
Digərləri Qobuda iki nəfərin öldüyü qəzanın

Bu gün saat 08:35 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisind

arrow Ətraflı
25 yaşlı oğlan və 23 yaşlı qızın meyitləri tapıldı like
  • 08 Dek 13:25  
Digərləri 25 yaşlı oğlan və 23 yaşlı qızın meyitləri tapıldı

Abşeron rayonu Masazır qəsəbəsində meyit tapılıb.

arrow Ətraflı
Röyalı Bakıya ilk gətirən Zaur olubmuş... like
  • 08 Dek 13:21  
Şou-biznes Röyalı Bakıya ilk gətirən Zaur olubmuş...

Aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə maraqla qarşılanan yeni payla

arrow Ətraflı
Bakının "məşhur" parkinqi bağlandı  Metroya görə  FOTO like
  • 08 Dek 13:15  
Digərləri Bakının "məşhur" parkinqi bağlandı Metroya görə FOTO

Səbail rayonunda geniş parkinq ərazisi hasarlanıb.

arrow Ətraflı
İranla sərhəddən narkotik keçirilməsinin qarşısı alındı, 2 nəfər saxlanıldı  FOTO like
  • 08 Dek 13:03  
Kriminal İranla sərhəddən narkotik keçirilməsinin qarşısı alındı, 2 nəfər saxlanıldı FOTO

Narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər

arrow Ətraflı
Ağdamda insan skeletinin qalıqları tapıldı like
  • 08 Dek 12:56  
Digərləri Ağdamda insan skeletinin qalıqları tapıldı

Ağdam şəhərində insan skeletinin qalıqları aşkar edilib.

arrow Ətraflı
Sürücü təzminat ödəməmək üçün vurduğu piyadanı öldürdü like
  • 08 Dek 12:51  
Dünya Sürücü təzminat ödəməmək üçün vurduğu piyadanı öldürdü

Çində sürücü xəsarət yetirdiyi piyadanı yenidən vuraraq öldürüb.

arrow Ətraflı
Sabah Bakıda yağış yağacaq like
  • 08 Dek 12:48  
Digərləri Sabah Bakıda yağış yağacaq

Dekabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı