DİNdən növbəti vətəndaşlara xəbərdarlıq
Digərləri 22 Mar 2025 11:21:00 560 0
Kiberdələduzlar öz cinayətkar niyyətlərini həyata keçirmək üçün hər ötən gün istifadə etdikləri üsulları yeniləyirlər. Ssenarilər fərqli olsa da məqsəd eynidir. İnsanları aldatmaq, vəsaiti ələ keçirmək.
Bu xəbəri də oxu: “Smartkart” tipli qaz sayğacları niyə dəyişdirilir? AÇIQLAMA
Son.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) kibertalama cinayətləri ilə bağlı növbəti müraciətində bildirilib:
"Müxtəlif vasitələrlə sosial şəbəkələrdə insanların adına profillər yaradır, kiber üsullarla "Whatsapp" və "Telegram"da nömrə eyniləşməsi həyata keçirərək dələduzluq edirlər.
Sosial şəbəkə hesablarınıza və ya mobil nömrənizə dostunuz, yaxınınız və ya tanışınız hesab etdiyiniz şəxslərdən borca pul istəməsi ilə bağlı mesajlar gələ bilər. Profil şəkli, ad-soyad da eynidir. Siz də dostunuz olduğu üçün onun xahişinə yox demirsiniz, pulu göndərdiyi kart hesabına köçürürsünüz. Bir neçə dəqiqədən sonra isə zəng edib və ya yazıb "pul kartına köçdümü?" deyə soruşmaq istədikdə ya həmin səhifənin bloklandığını, ya da sizə yazan zahirən dostunuzun nömrəsinə bənzəyən nömrəyə zəng çatmadığını görürsünüz. Kontaktınızda dostunuzla həmişə əlaqə saxladığınız nömrəni tapıb danışanda isə məlum olur ki, o, sizdən borca pul istəməyib və onun heç bu məsələdən xəbəri yoxdur.
Son aylarda qeyd etdiyimiz üsulla - yəni oxşar hesablar və nömrə eyniləşdirmə yolu ilə maddi vəsaitlərinin talanması hallarının artdığı müşahidə olunmaqdadır.
Gəlin, hər zaman olduğundan daha diqqətli davranaq, zəng edibsə yazaraq, yazıbsa zəng edərək dəqiqləşdirmə aparaq, şəxsi, həmçinin kart məlumatlarımızı heç kimlə bölüşməyək".
Keçid dövründə Suriya Prezidenti Əhməd əş-Şəraa Rusiya Prezidenti Vlad
Martın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyin
Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff təf�
Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı, Əməkdar incəsən�
Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (İcelinee) Par
Azərbaycanın nələr edəcəyini, yaxud nələr etdiyini danışmağım indi d
ABŞ prezidenti Donald Tramp ABŞ-ın sabiq prezidenti Co Bayden və onun ailə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğu
Sosial mediada yayılan və qısa müddətdə geniş müzakirələrə səbəb ol
"Kızıl Qoncalar" serialında rol alan aktyor Özcan Denizin səhhət
Bakı şəhərinin Xətai rayonunda baş verən zəncirvarı qəza nəticəsind�
Astronomlar ən uzaq məlum qalaktikada oksigen və ağır metallar aşkar edibl
