"Biz Trend BİAnın xəbərlərini çox yaxından izləyirik" Alptekin Cihangir İşbilir
Digərləri 27 Noy 2025 21:02:00 77 0
Türkiyə və Azərbaycan xəbər agentlikləri arasında əlaqələr hər ötən gün daha da inkişaf edir. Bu məsələlərdə Trend Beynəlxalq İnformasiya Agentliyinin çox önəmli bir payı var.
Bu xəbəri də oxu: Azərbaycan–İordaniya sənədləri imzalanıb
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində baş tutan "Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları" mövzusuna həsr olunan ikinci panel sessiyada çıxışı zamanı deyib.
Alptekin Cihangir İşbilir xatırladıb ki, Trend Beynəlxalq İnformasiya Agentliyi həm "Albayrak" Media Qrupu, həm "Demirören" İnformasiya Agentliyi ilə çox güclü əməkdaşlıq mexanizmi həyata keçirir və ortaq istehsal həyata keçirir:
"Biz Trend Beynəlxalq İnformasiya Agentliyinin xəbərlərini, "Azernews" qəzetini, "TurkicWorld" platformasını çox yaxından izləyirik. Bu əməkdaşlığın daha yüksək səviyyələrdə inkişaf etdirilməsi üçün Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat müşavirliyi olaraq üzərimizə düşəni etməyə çalışırıq".
Mətbuat müşaviri bildirib ki, Trend-in "TurkicWorld" layihəsi Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin bütün media orqanları üçün çox gözəl modeldir:
"Bu model ilk növbədə həm analoq, həm də rəqəmsal mediada tətbiq edilməli, örnək alınmalıdır. Trend-in ərsəyə gətirdiyi bu əməkdaşlıq modeli bütün türk ölkələrinin xəbər agentlikləri üçün də bu istiqamətdə müxtəlif layihələrin keçirilməsində baza rolunu oynaya bilər".
A.C.İşbilir vurğulayıb ki, Trend-lə "Albayrak", "Demirören" və digər agentliklərin əməkdaşlıq modeli sadəcə Azərbaycan və Türkiyə çərçivəsində əhatələnməməlidir:
"Bu, eyni zamanda digər türk dövlətlərində də tətbiq edilməlidir. Türk dövlətlərinin digər agentlikləri ilə də eyni səviyyədə bağlantılar qurulmalıdır.
Mən bu modeldən örnək götürüləcəyini düşünürəm. Bu, Türk Dövlətləri Təşkilatının vahid media agentliyi kimi dezinformasiya ilə mübarizə mexanizminin qurulmasında da örnək olmalıdır".
O, sonda Trend Beynəlxalq İnformasiya Agentliyini həm türk dünyasına göstərdiyi xidmətlər, həm də Azərbaycan-Türkiyə media əlaqələrinin inkişafına verdiyi faydalara görə təbrik edib. Son.az
"Son 10 ildir qadınlar aşırı gözəllik sindromuna tutulub. Sosial şə
Müğənni Vəfa Şərifova açıqlaması ilə diqqət çəkib.
Yunanıstanlı kardioloqlar bildirirlər ki, hər gün soyuq preslə hazırlanm�
Azərbaycana gələn Çin vətəndaşları Abşeron rayonunda villanı qarət ed
Rusiya Ali Məhkəməsi ABŞ hüquqi şəxsi olan Korrupsiyaya Qarşı Mübariz�
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
Müğənni Xuraman Şuşalı səsləndirdiyi səmimi etiraflarla diqqət çəkib
Beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycandan Rusiyaya ekstradisiya edi
Məlum olduğu kimi, noyabrın 21-də Binəqədi rayonu ərazisində yerləşən
Bank Respublikanın Marketinq Departamentinin direktoru vəzifəsindən azad olu
"Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin
Təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik
Abşeron rayonunda talama faktları qeydə alınıb. Xırdalan şəhər sakini o
Gəncənin Gülüstan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat h
