Ukraynadan gətirilən ətlə bağlı iddialar artır AQTA məsələyə aydınlıq gətirdi YENİLƏNİB


Digərləri 27 Noy 2025 17:22:00 92 0

Ukraynadan gətirilən ətlə bağlı iddialar artır  AQTA məsələyə aydınlıq gətirdi  YENİLƏNİB

17:22

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istər ölkəyə idxal olunan, istərsə də yerli istehsal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsul idxal edilməmişdən əvvəl ixracatçı ölkədəki epizootik vəziyyət təhlil edilərək nəzərə alınır.

Bu barədə Son.az-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib:

"Ötən illərdə olduğu kimi cari ildə də xarici ölkələrdən Azərbaycana gətirilən diri heyvanlar, həmçinin ət və ət məhsulları yüksək riskli məhsul qrupuna aid olduğu üçün ciddi şəkildə təhlükəsizlik və keyfiyyət tələbləri üzrə nəzarətdən keçirilir. AQTA-nın regional bölmələrinin əməkdaşlarının nəzarəti ilə yükə baxış keçirilir, məhsullardan nümunələr götürülür və laborator sınağa cəlb edilir. Laborator analiz nəticələri qida təhlükəsizliyi tələblərinə cavab verdikdə məhsulun dövriyyəyə buraxılmasına icazə verilir.

Yüksək riskli məhsulların daşınması, satışı və dövriyyəsi zamanı etiketləmə, saxlama şəraiti, temperatur rejimi və digər tələblərə ciddi riayət olunmalıdır. İstehlakçılar satıcıdan məhsulun müşayiətedici sənədlərini və idxal sağlamlıq aktını tələb edə bilərlər.

Qida təhlükəsizliyi tələblərinin pozulması halları ilə üzləşdikdə vətəndaşlar Agentliyin "1003 - Çağrı Mərkəzi"nə zəng vuraraq və ya "E-Qidam" mobil tətbiqi vasitəsilə məlumat verə bilərlər".

17:07

Ukraynadan idxal olunan dana əti satılır.

Son.az-ın məlumatına görə, təklif olunan dana ətinin qiyməti 11-14 manat arasında dəyişir.

Bəzi vətəndaşlar bu ətlərin mənşəyinin qeyri-müəyyən olduğunu iddia edərək narahatlıqlarını ifadə ediblər. Onlar hesab edirlər ki, bu ətlərin halal olub-olmaması sual altındadır.

Ətin satışı ilə məşğul olanlar isə iddiaları təkzib edərək bildiriblər ki, bütün məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yoxlamasından keçib və qanuni şəkildə satışa çıxarılıb. Onların sözlərinə görə, öz ailələri də həmin ət məhsullarından istifadə edir və təhlükəsizliyinə tam əmindirlər.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu göndərilib.

Mina Mikayılova Son.az

Oğlunun toyunda geyindiyi açıqsaçıq libasdan DANIŞDI like
  • 27 Noy 17:15  
Şou-biznes Oğlunun toyunda geyindiyi açıqsaçıq libasdan DANIŞDI

Müğənni Sevda Kazımova oğlunun toyunda geyindiyi açıq-saçıq libasın so

arrow Ətraflı
Rusiya Vasyukovkanı nəzarətə götürdü like
  • 27 Noy 17:10  
Digərləri Rusiya Vasyukovkanı nəzarətə götürdü

Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətində Vasyukovka yaşayış mə

arrow Ətraflı
Elgiz həmin şəxsi polisə verdi like
  • 27 Noy 17:00  
Şou-biznes Elgiz həmin şəxsi polisə verdi

Aparıcı Elgiz Əkbər ondan yardım istəyən bir vətəndaşın proqramı haq

arrow Ətraflı
2026 3 bürcün həyatını tam dəyişə bilər like
  • 27 Noy 16:55  
Digərləri 2026 3 bürcün həyatını tam dəyişə bilər

2026 bəzi bürclər üçün həyatın tamamilə yenidən yazıldığı dövr ol

arrow Ətraflı
İrandan gələn portağallar rənglənir?  RƏSMİ like
  • 27 Noy 16:48  
Digərləri İrandan gələn portağallar rənglənir? RƏSMİ

İran regionda genişmiqyaslı sitrus istehsalı ilə tanınan ölkələrdən bi

arrow Ətraflı
Türk qoşunları Ukraynaya yerləşdiriləcək? like
  • 27 Noy 16:43  
Dünya Türk qoşunları Ukraynaya yerləşdiriləcək?

ABŞ prezidenti Donald Trampın Ukrayna üçün hazırladığı sülh planı ət

arrow Ətraflı
Məşhur aktrisaya ağır itki  FOTO like
  • 27 Noy 16:35  
Şou-biznes Məşhur aktrisaya ağır itki FOTO

"Yeşilçam"ın tanınmış aktrisası Aydan Şener atasını itirib.

arrow Ətraflı
Tələbələrə güzəştli kartlar nə vaxt veriləcək?  AÇIQLAMA like
  • 27 Noy 16:28  
Digərləri Tələbələrə güzəştli kartlar nə vaxt veriləcək? AÇIQLAMA

Bir çox ölkələrdə tələbələrə, təqaüdçülərə və şəhid-qazi ail�

arrow Ətraflı
Sabiq komitə sədri direktor vəzifəsindən çıxarıldı like
  • 27 Noy 16:22  
Digərləri Sabiq komitə sədri direktor vəzifəsindən çıxarıldı

"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şə

arrow Ətraflı
Tacir  Əminə qalmaqalı daha da "ALOVLANDI": "Gücün çatmaz" like
  • 27 Noy 16:21  
Şou-biznes Tacir Əminə qalmaqalı daha da "ALOVLANDI": "Gücün çatmaz"

Müğənni Tacir Şahmalıoğlu ilə Əminə Şirin arasında qalmaqal davam edi

arrow Ətraflı
Paşinyan gələn il də namizəd olacaq like
  • 27 Noy 16:15  
Dünya Paşinyan gələn il də namizəd olacaq

"2026-cı ildə keçiriləcək parlament seçkilərində "Vətəndaş

arrow Ətraflı
Azərbaycan xalqından üzr istədilər like
  • 27 Noy 16:10  
Digərləri Azərbaycan xalqından üzr istədilər

Bu ilin yayında Bakıdakı Şəhidlər xiyabanında nalayiq hərəkətlər edə

arrow Ətraflı
Masazırda göllər qurudularaq ev tikilir  Sakinlər narahatdır like
  • 27 Noy 15:54  
Digərləri Masazırda göllər qurudularaq ev tikilir Sakinlər narahatdır

Abşeron rayonu Masazır qəsəbəsində göllərin qurudularaq həmin ərazidə

arrow Ətraflı