Yermak: Ukrayna NATOya üzvlükdən imtina etməyəcək
Digərləri 25 Noy 2025 23:14:00 63 0
Ukrayna NATO-ya üzvlüklə bağlı konstitusiyadan irəli gələn öhdəliyindən imtina etməyəcək.
Bu xəbəri də oxu: Sabah Bakıda 18 dərəcə isti olacaq
Son.az report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak ABŞ-nin "Axios" portalına müsahibəsində bildirib.
"Ukrayna gələcəkdə NATO-ya doğru irəliləməklə bağlı konstitusion öhdəliyindən imtina etməyəcək, lakin hazırda biz reallıqda yaşayırıq. Biz NATO-da deyilik", - deyə o vurğulayıb.
Bundan əlavə, Yermak Donald Trampın Ukraynada müharibəni bitirmək üçün hazırladığı 28 bəndlik sülh planının qəbuledilməz olduğunu, lakin artıq keçmişdə qaldığını qeyd edib.
ABŞ-nin ilkin planı Kiyevin alyansa üzvlüyü və NATO qoşunlarının ərazidə mövcudluğunu istisna edir, bunun müqabilində təhlükəsizlik zəmanətləri almasını nəzərdə tuturdu.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli üçün Vaşinqton tərəfindən təklif olunan ilkin sülh planı 28 bənddən ibarət idi. Layihəyə əsasən, Ukrayna Krımı, Donbası və digər işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımalı, NATO-ya üzvlük kursundan imtina etməli, Moskva isə sanksiyaların qismən götürülməsi və "Böyük səkkizlik" (G8) formatına qayıtmaq imkanı əldə etməli idi.
Sonradan Ukrayna tərəfi ilə aparılan danışıqlar zamanı sülh planı əhəmiyyətli dərəcədə dəyişdirilib və Kiyevin maraqları nəzərə alınaraq 19 bəndə qədər azaldılıb. Son.az
Beynəlxalq Muğam Mərkəzində I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi
Aktrisa Ülviyyə Xəlilbəyli görünüşü ilə bağlı onu tənqid edənlər�
Müğənni Emil Bədəlov qızlarından danışıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri,
Şəmkir rayonunun Çinarlı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Bakıda taksi sürücüsü ictimai asayişi nümayişkaranə şəkildə pozaraq
İstanbulda Böcek ailəsinin faciəli ölümü ilə bağlı Məhkəmə-Tibbi Ek
Həkimlərin fikrincə, tam təhlükəsiz kolbasa növü yoxdur. Lakin bəzi nö
Azər Allahverənov Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasını
2025-ci il noyabrın 25-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin
Müğənni Serdar Ortaç ilə irlandiyalı keçmiş həyat yoldaşı Xloye Luqna
Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə müəssisələrinə, o cümləd�
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) tərəfin
