14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə hökm oxundu
Digərləri 25 Noy 2025 11:33:00 70 0
Ötən il avqustun 13-də Bərdə rayon sakini, 2010-cu il təvəllüdlü Nərminə Kazımova Yevlax Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişməsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu xəbəri də oxu: Mövcud olmayan uşağa görə sevgilisini illərlə "ata" kimi soydu
Son.az qafqazinfoya istinadla xəbər verir ki, Yevlax Rayon Məhkəməsində keçirilən prosesdə həkim-travmatoloq-ortoped vəzifəsində işləyən Bəxtiyar Mustafayev və həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışan Könül Sadıqovaya hökm oxunub.
Onlar Cinayət Məcəlləsinin 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli biliniblər.
Məlumata görə, 14 yaşlı Nərminənin əldarağı sümüyündə sınıq olub və B.Mustafayev onun Yevlax xəstəxanasına müraciət etməsinə nail olaraq maddi qazanc əldə etmək məqsədilə cərrahi əməliyyat etməyi öhdəsinə götürüb. Lakin əməliyyat zamanı yeniyetməyə narkoz verildikdə N. Kazımovada allergik reaksiya baş verib və o, şoka düşərək ölüb.
Mərhumun anası S. Kazımova ifadəsində bildirib:
"Uşağı 2 dəfə Bərdədə sınıqçının yanına aparmışdım, barmağı yerinə salmışdı. Evdə şişin çəkilməsi üçün müəyyən müalicəvi üsullardan da istifadə etmişdim, lakin düzəlmirdi. Sonra uşağı Bərdə RMX-yə apardım, mənə paytaxtda yerləşən Travmatologiya və Ortopediya İnstitutuna göndəriş yazdılar. Bakıda uşağın barmağına baxıb sınıq-qırıq olmadığını bildirdilər... Sonra müxtəlif xəstəxanalara göndəriş verildi. Biz də bezərək Bərdə rayonuna geri qayıtdıq. Yevlax RMX-də işləyən qohumuma zəng edib mənə kömək ola biləcək həkim olub-olmadığı barədə maraqlandım... Yevlaxda işləyən Bəxtiyar həkimin istəyi ilə onlara uşağın sənədlərinin və barmağının şəkillərini göndərdik, bizi oraya çağırdılar".
O, həmçinin qeyd edib:
"Bəxtiyar adlı cərrah qızımın barmağına baxdı və uşağı müalicə edib sağaldacağını dedi. Bildirdi ki, qızımın əlində vətər dağılıb və revmatizması var, ona görə barmağının şişi çəkilmir. O, qızımın əlini gipsə qoydu, dedi revmatizması aşağı endikdən sonra əməliyyat edəcək. 40 gün sonra gips açılanda barmağın şişi çəkilib getmişdi. Uşağın barmağında böyük cərrahiyə əməliyyat olunacağı bildirilərək növbəti gün gəlməyimiz tələb olundu".
S. Kazımova əlavə edib:
"Üzərində başqa əməliyyatlar aparılıb, amma mənim bütün bunlardan xəbərim olmayıb. Uşaq xəstəxanaya sağlam getmişdi. Hazırda təqsirləndirilən şəxsləri bağışlamışam. Onlar maddi ziyanı ödəyiblər. Təqsirləndirilən şəxslərdən şikayət və tələbim yoxdur".
Yevlax Rayon Məhkəməsinin hökmünə görə 1983-cü il təvəllüdlü Bəxtiyar Mustafayev 1 il 6 ay müddətinə səhiyyə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrum olunub. Lakin onun cəzası sınaq müddəti təyin edilməklə şərti hesab edilib.
1997-ci il təvəllüdlü Könül Sadıqova da eyni müddətə rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrum olunub, lakin cəzası himayəsindəki övladı 13 yaşına çatanadək təxirə salınıb.
Bakının Xəzər rayonunda dəhşətli hadisə baş verib.
Vergi Məcəlləsinə növbəti dəyişikliklər paketi artıq Milli Məclisin m
Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Hey�
MİDA bu ərazidə yeni güzəştli mənzillərin tikintisinə başlayır
Suriya Dera vilayətinin Əh-Hərra qəsəbəsində aparılan qazıntı işləri
Rəqqasə Fatimə Fətəliyeva açıqlaması ilə diqqət çəkib.
Nəsimi Rayon İcra Hakimiyyətində kadr islahatı aparılıb.
Qazaxıstan hakimiyyəti 2025-ci ilin sonuna qədər Aktau hava limanı yaxınl�
Astroloji ekspertlər bəzi bürclərin münasibət bitdikdən sonra da keçmiş
Rusiya ordusu noyabrın 25-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə geni�
"Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindən və ey
Vergi Məcəlləsinə ediləcək növbəti dəyişikliklər paketi Milli Məclis
Vergi Məcəlləsinə növbəti dəyişikliklər paketi artıq Milli Məclisin m
Naxçıvan Perinatal Mərkəzinin direktoru işdən azad olunub.
