22 yaşında yaratdığı məhsulla 1 ilə milyonçu oldu
Digərləri 25 Noy 2025 00:23:00 52 0
Finlandiyalı gənc sahibkar Emilia Karttunen hazırladığı məhsulla qısa müddətdə böyük uğur qazanıb. Hazırda 23 yaşında olan Karttunen keçən il qurduğu şirkətlə cəmi bir neçə həftə ərzində 1 milyon avrodan artıq dövriyyəyə çatıb. Onun sürətli yüksəlişi ölkədə ən çox diqqət çəkən uğur hekayələrindən birinə çevrilib.
Bu xəbəri də oxu: Həmin restoran nöqsanlara görə cərimələnibmiş
Son.az xəbər verir ki, Karttunen tərəfindən hazırlanmış pizza mafinləri bu ilin yanvar ayında Finlandiyanın böyük pərakəndə şəbəkələrindən biri olan S-Group-un dondurulmuş məhsullar şöbəsində satışa çıxarılıb. Gənc sahibkar öz biznesini qurmağın düşündüyündən daha rahat və sürətli inkişaf etdiyini bildirib.
Karttunen S-Group-un təşkil etdiyi resept müsabiqəsinin qalibi olaraq məhsulunu birbaşa mağaza rəflərinə çıxarma imkanı qazanıb. Müsabiqə çərçivəsində o, altı ay davam edən intensiv inkişaf proqramına qatılıb və bu müddətdə peşəkar məhsul idarəçiliyi mövzusunda mühüm təcrübə əldə edib.
İki məşhur qəlyanaltının birləşməsi kimi hazırlanan pizza mafinləri qısa müddətdə ölkə üzrə geniş maraq doğurub. S-Group-un Qida Pərakəndə Direktoru Antti Oksa, istehlakçıların məhsulu sürətlə mənimsədiyini deyib.
Karttunen məhsulun bu qədər tez populyarlaşacağını əvvəlcədən gözləmədiyini açıqlayıb. Hazırda o, yeni dad üzərində işləyir və məhsul çeşidini genişləndirməyə hazırlaşır.
Satışların ilk dövrdəki sıçrayışı bir qədər sabitləsə də, gənc sahibkar Finlandiyada dondurulmuş pizzaların ən çox alındığı dövr olan dekabr ayında pizza mafinlərinin yenidən satış zirvəsinə qalxacağını gözləyir. Lalə Qüdrətova Son.az
Türkiyənin əhalisi oktyabrın 1-nə olan məlumata görə 85 milyon 980 min 6
İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və
İranda sosial şəbəkələrdə yayılmış bir foto geniş müzakirələrə s�
"Yoldan keçirdim. Binada partlayış baş verdi, üç-dörd metr aralıya
Dünyaca məşhur müğənni Şakira "Zootopia 2" filminin dünya prem
"Mənə ürək-dirək lazım deyil, zatən həyatımın mənasını itirmi�
Ermənistan-Azərbaycan sərhədində yerləşən Ermənistanın Tavuş mərzini
Valideynlər getdikcə daha çox uşaqların tərbiyəsi və sağlamlığı ilə
Rəqqasə Rəna Ağamuradovanın (Renka) səhhətində problem yaranıb.
Xəzər dənizi aktiv tektonik bölgədə yerləşir. Çünki Qafqaz dağları c
Psixoloqlar avtomobili həmişə təmiz saxlamaq vərdişinin sadəcə "sə
Bir neçə gün öncə Xətai rayonunda itkin düşən 63 yaşlı NZS qəsəbə
Son zamanlar ardıcıl yanğınların baş verməsi insanların təhlükəsizlik
