“Loft Dent”in direktoru həbs olundu
Digərləri 24 Noy 2025 18:56:00 54 0
Yasamalda 3 nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı cinayət işi üzrə təqsirləndirilən vəzifəli şəxs həbs edilib.
Bu xəbəri də oxu: Partlayışda yaralananlar belə xilas olundu VİDEO
Son.az xəbər verir ki, noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
İstintaq zamanı aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, çoxsaylı istintaq hərəkətləri icra edilib.
Hazırkı vaxtadək keçirilmiş tədbirlərilə müəyyən edilib ki, binanın zirzəmisində başlamış yanğın nəticəsində 3 sakin - Arzu Qəmbərli, Samir Məmmədov və Könül Hümbətova vəfat edib, 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.
Həmçinin, istintaqla, hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş "TAXES GROUP" MMC-in (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları pozub ehtiyatsızlıqdan 3 şəxsin ölümünə, habelə digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Noyabrın 23-də Bəhruz Paşayev şübhəli şəxs qismində tutulub, noyabrın 24-də isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında B.Paşayevin barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və baş vermiş hadisədə təqsirli olan bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Son.az
Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən "Azə
Ötən həftə Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən 6
Dünyada tərkibində plastik olan bioloji parçalanmayan yaş salfetlərin sat�
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi
Noyabrın 24-də Paris şəhərində Ümumdünya Mədəni və Təbii İrsin Qoru
Yasamaldakı çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə n�
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında XX əsr düny
Son günlər ailə məsələləri ilə bağlı yayılan xəbərlərlə diqqət m
Qadın sevgilisini saxta hamiləlik bəhanəsi ilə aldadılıb.
Noyabrın 25-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Xarici ölkələrdən birində elektrikli avtomobilin şarj edərkən yanması i
Ermənistan Baş Naziri Nikol Paşinyan son günlər işə ictimai nəqliyyatla
25 noyabr 2025-ci il tarixində saat 16:00-da Azərbaycan Milli İncəsənət Mu
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Bloger Fatimə Əhmədova televiziya proqramında həyat yoldaşı Ülvi N
