Prezident forum iştirakçılarına müraciət ünvanlayıb


Siyasət 24 Noy 2025 11:25:00 79 0

Prezident forum iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Son.az xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli forum iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunda ürəkdən salamlayıram.

Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. İlk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu istiqamətdə atılmış mühüm addımdır.

Regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, tərəqqi ideyalarına sadiq olan dost və qardaş xalqlarımızı ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlər möhkəm bir ailə kimi birləşdirir, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsini şərtləndirir.

Azərbaycan Türk Dövlətləri Təşkilatına hazırda sədrlik edən ölkə kimi üzv ölkələrin vətəndaş cəmiyyəti təsisatları arasında da ictimai kommunikasiyanın gücləndirilməsinə çalışır. Bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qızıl Aypara Cəmiyyətləri Prezidentlər Şurasının iclasının keçirilməsi, QHT-lərin indiki həmrəylik forumu və ardınca TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin növbəti toplantısı bu sahədə aparılan işlərin miqyasını və çoxşaxəli xarakterini nümayiş etdirir.

Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır. Beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir. İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır.

Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır.

2026-cı ildə 100 illiyi keçiriləcək Birinci Türkoloji Qurultayın türk xalqlarının mədəni inteqrasiyası məsələləri ilə bağlı yarımçıq qalmış işlərinin QHT-lərin yaxından iştirakı ilə müasir çağırışlara uyğun davam etdirilməsi də xüsusi aktuallıq kəsb edir.

Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti, vahid platformada birləşməsi ümumi işimizə və məqsədlərimizə böyük töhfə verə bilər.

Əminəm ki, forum zamanı quracağınız əməkdaşlıq əlaqələri Türk dünyasında həmrəyliyin, birliyin və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Sizi bir daha Azərbaycanda salamlayır, forumun işinə uğurlar arzulayıram".


Xəbərə aid fotolar

Məşhur aktyor vəfat etdi  FOTO like
  • 24 Noy 11:23  
Şou-biznes Məşhur aktyor vəfat etdi FOTO

Endi Uorhol və Madonna ilə birlikdə işləyən alman aktyor Udo Kier 81 yaş�

arrow Ətraflı
Azərbaycanda qadın sürücü tam boş yolda "protiv" sürdü  VİDEO like
  • 24 Noy 11:22  
Digərləri Azərbaycanda qadın sürücü tam boş yolda "protiv" sürdü VİDEO

Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.

arrow Ətraflı
“Yeni salınan yola görə binaya yeraltı qaz sızıb”  Plaza sahibi  FOTO like
  • 24 Noy 11:14  
Digərləri “Yeni salınan yola görə binaya yeraltı qaz sızıb” Plaza sahibi FOTO

"Hesab edirlər ki, hadisə qazsızmasından baş verib. Amma bu binada qaz

arrow Ətraflı
Partlayışda yaralananlar belə xilas olundu  VİDEO like
  • 24 Noy 10:54  
Digərləri Partlayışda yaralananlar belə xilas olundu VİDEO

Məlum olduğu kimi, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsin

arrow Ətraflı
8 il əvvəl noyabr ayında və indi  “AFEN PLAZA” niyə yanır? like
  • 24 Noy 10:49  
Digərləri 8 il əvvəl noyabr ayında və indi “AFEN PLAZA” niyə yanır?

Bakıda partlayış baş verən "AFEN PLAZA" biznes mərkəzində 8 il

arrow Ətraflı
Gitara ifaçısı Nofəl Süleymanovun ölümündən öncə oğluna yazdığı məktub səsləndirildi like
  • 24 Noy 10:45  
Şou-biznes Gitara ifaçısı Nofəl Süleymanovun ölümündən öncə oğluna yazdığı məktub səsləndirildi

Mərhum gitara ifaçısı Nofəl Süleymanovun ölümündən əvvəl oğlu Rəva

arrow Ətraflı
Gələn il işsizlərə 28 milyon manat ödəniləcək: Kimlər və necə əldə edə bilərlər? like
  • 24 Noy 10:30  
Digərləri Gələn il işsizlərə 28 milyon manat ödəniləcək: Kimlər və necə əldə edə bilərlər?

İşsizlikdən Sığorta Fondunun 2026-cı il üçün büdcə layihəsi Milli M�

arrow Ətraflı
Pakistanda polis qərargahına hücum: Ölənlər var  FOTO like
  • 24 Noy 10:30  
Dünya Pakistanda polis qərargahına hücum: Ölənlər var FOTO

Pakistanın Peşəvər şəhərində Federal Polis İdarəsinin qərargahı terr

arrow Ətraflı
Bakıda partlayış olan ofisdən FOTOlar like
  • 24 Noy 10:24  
Digərləri Bakıda partlayış olan ofisdən FOTOlar

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonu Ə.Rəcəbli küçəsində

arrow Ətraflı
Avro ucuzlaşdı, rubl bahalaşdı  Dollar isə bu qiymətə satılır  RƏSMİ like
  • 24 Noy 09:22  
Digərləri Avro ucuzlaşdı, rubl bahalaşdı Dollar isə bu qiymətə satılır RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Almaniya uçurumun kənarında: Gələcəkdən qorxan sənaye nəhəngi like
  • 24 Noy 09:22  
Siyasət Almaniya uçurumun kənarında: Gələcəkdən qorxan sənaye nəhəngi

Müasir inkişaf etmiş iqtisadiyyatların ən böyük paradoksu ondadır ki, on

arrow Ətraflı
Hoteldəki hadisədə həlak olan Eltac tələbə imiş like
  • 24 Noy 09:18  
Digərləri Hoteldəki hadisədə həlak olan Eltac tələbə imiş

Binəqədidəki "Lake Hotel"də 3 gün öncə baş verən bədbəxt ha

arrow Ətraflı
Çaydandakı ərpi təmizləmək üçün ən təsirli təbii üsul: Nə sirkə, nə də soda like
  • 24 Noy 08:41  
Digərləri Çaydandakı ərpi təmizləmək üçün ən təsirli təbii üsul: Nə sirkə, nə də soda

Ketl və çaydandakı ərpi təmizləmək üçün ən çox istifadə edilən üs

arrow Ətraflı
Dünyada ən şanslı bürclər həmişə onlar olub like
  • 24 Noy 08:08  
Digərləri Dünyada ən şanslı bürclər həmişə onlar olub

Astroloqların müşahidələrinə görə, bəzi bürclər digərlərinə nisbə

arrow Ətraflı