AİB Azərbaycanda KOB inkişafının icmalını təqdim edib
Digərləri 12 Noy 2025 10:35:00 69 0
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda mikro, kiçik və orta biznesin (KOB) və onun məşğulluq səviyyəsinə təsirini, eləcə də özəl sektorun inkişafını stimullaşdıran sektorların hərtərəfli icmalını ehtiva edən "Asiyada kiçik və orta biznesin monitorinqi 2025" (ASM2025) adlı hesabatını təqdim edib.
Son.az hesabata istinadən xəbər verir ki, 2023-cü ilin sonuna olan məlumata görə, Azərbaycandakı bütün müəssisələrin 99,7 faizini KOB təşkil edib. Bu da 2022-ci illə müqayisədə 6,2 faiz çoxdur. Ölkədə ümumilikdə 401 149 KOB fəaliyyət göstərib, onların 97,0 faizi mikrosahibkarlıq, 2,1 faizi kiçik sahibkarlıq, 0,8 faizi isə orta sahibkarlıq subyektləri olub.
Xidmət sektoru KOB arasında üstünlüyünü qoruyur, xüsusilə də topdan və pərakəndə ticarət (32,2%), yerləşdirmə və ictimai iaşə (35,7%), nəqliyyat və anbar təsərrüfatı (19,5%) sahələri üzrə. Sahibkarlıq subyektlərinin regional bölgüsü sabit qalıb: KOB-ların 49,1 faizi Bakıda, 50,9 faizi isə ölkənin regionlarında fəaliyyət göstərir.
2020-ci ildən bəri müşahidə olunan yavaşlamadan sonra, 2023-cü ildə KOB sektorunda məşğulluq 5,6 faiz artaraq 390, 845 nəfərə çatıb ki, bu da ümumi məşğulluğun 44,0 faizini təşkil edir (2022-ci ildə bu göstərici 41,8 faiz idi). Sayca az olsa da, orta sahibkarlıq subyektləri KOB sektorunda məşğulluğun ən böyük payına - 59,0 faizinə malikdir. Kiçik sahibkarlıq subyektləri 28,2 faiz, mikro sahibkarlıq subyektləri isə məşğulluğun 12,8 faizini təmin edir.
KOB sektorunda çalışanların əksəriyyəti xidmət sahəsindədir - 30,1 faizi digər xidmətlərdə, 17,0 faizi topdan və pərakəndə ticarətdə işləyir. Onlardan sonra sənaye və tikinti sahələri gəlir - hər biri ümumi məşğulluğun 14,2 faizini təşkil edir. 2023-cü ildə Bakıda KOB məşğulluğunun payı bir qədər artaraq 64,2 faizə yüksəlib, regionlarda isə bu göstərici 35,8 faiz olub.
KOB sektorunda qadınların payı da artaraq 2023-cü ildə 28,1 faizə çatıb (2022-ci ildə 27,6 faiz idi).c
Abşeronda kişinin üzərinə mərmər daşı düşərək ölüb.
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin, milli iradə
"1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhur
Gürcüstan sərhədində qəzaya uğrayan Türkiyə hərbi yük təyyarəsində
Gürcüstanın Siqnaxi rayonunda Türkiyəyə məxsus təyyarə qəzasının ba�
Günəşin səthində baş verən X sinif alışmalar səbəbindən aktivlik yü
Bu gün Bakının Yasamal, Xəzər və Nərimanov rayonlarının bəzi ərazilə
Azərbaycandan Türkiyəyə qayıdarkən Gürcüstan ərazisində qəzaya uğray
Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə maaşlarının
Xətai rayonu Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş verib.
Gürcüstanda qəzaya düşən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus &qu
İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan nef
Türkiyədə qadın müştəri taksi sürücüsünə xəsarət yetirib.
Monqolustan mənşəli qoyun ətindən narazılıq dalğası yaranıb. Monqolust
Anar Bağırov "Gürcüstan Vəkillər Kollegiyasının 20 illiyi" yub
