Düşməni lərzəyə salan yeni silahımız “Predator Hawk” ilk dəfə təqdim olundu
Digərləri 09 Noy 2025 09:30:00 80 0
Bakıda 44 günlük İkinci Qarabağ müharibəsindəki qələbənin beşinci ildönümünə həsr olunmuş Zəfər Paradı zamanı Azərbaycan Ordusunun arsenalına yeni qəbul edilən "Predator Hawk" əməliyyat-taktiki raketləri ilk dəfə ictimaiyyətə təqdim olunub.
Bu xəbəri də oxu: Bədəniniz yuxuda nə deyir? Stressi bu pozalar göstərir
Son.az xəbər verir ki, raketin silahlanmaya qəbul edilməsi daha əvvəl açıqlanmayıb.
İsrailin "Elbit Systems" şirkəti tərəfindən istehsal olunan "Predator Hawk" raketləri 50-300 kilometr məsafədəki hədəfləri dəqiqliklə vurmaq üçün nəzərdə tutulub. Raketin hədəfdən yayınma ehtimalı 10 metrdən azdır, bu da onu yüksək dəqiqlikli zərbə vasitəsinə çevirir.
Sistem 140 kq-lıq döyüş başlığı ilə təchiz olunub və komanda mərkəzləri, rabitə qovşaqları, logistika obyektləri, körpülər, qərargahlar, radioelektron mübarizə və radiolokasiya stansiyaları kimi strateji hədəfləri məhv edə bilir.
Raket səssürətli (supersonik) texnologiya ilə işləyir və 300 km məsafəni təxminən 8 dəqiqəyə qət edə bilir. Bu göstərici onu hava hücum vasitələri səviyyəsində dəqiqlik və sürətlə təmin edir.
Qeyd edək ki, Azərbaycan artıq 10 ildən çoxdur ki, "Elbit Systems" şirkətinin müştərisidir. Təxminən 10 il əvvəl ölkəmiz şirkətdən EXTRA tipli 200 km məsafəli raketlər almışdı.
Sonradan LORA (400 km məsafəli) raketləri də ordunun arsenalına daxil edilmişdi.
Hər iki sistem 44 günlük Vətən müharibəsində uğurla tətbiq olunub./Modern.az
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi
Prezident İlham Əliyev 9 Noyabr - Dövlət Bayrağı Günü ilə bağlı sosia
Soyuq havalarda tez-tez geyinilən yun sviterlər sürtünmə nəticəsində qı
"Görürdüm ki, anamın yaşı getdikcə artır, xəstələnir. O qədər
Zəka təkcə məntiqli davranma və problem həll etmə deyil, həm də düşü
Baş və boyun nahiyəsində yaranan xərçənglər çox zaman gec mərhələdə
Mayamidən olan alimlərin apardığı yeni araşdırma müntəzəm spirtli içk
İşləyən insanların əksəriyyəti azı bir dəfə istirahət gününün ilk
Həqiqətən xoşbəxt insanlar çoxdan anlayıblar ki, sevinc pulla alınmır.
Uğurlu insanların ortaq xüsusiyyəti təkcə istedad deyil, onların zirvəy
Yuxu zamanı bədənin aldığı duruşlar sadəcə təsadüfi deyil, onlar sini
Mətbəxdə ən əsəbi vəziyyətlərdən biri diqqətlə hazırlanan yeməyin
Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında Vətən m�
Gürcüstan polisi Marneuli şəhərində iş adamından pul tələb edən iki �
