Kamaləddin Qafarov: “Azərbaycan bu gün Cənubi Qafqazın əsas güc mərkəzinə çevrilib”


Digərləri 08 Noy 2025 11:00:00 77 0

Kamaləddin Qafarov: “Azərbaycan bu gün Cənubi Qafqazın əsas güc mərkəzinə çevrilib”

"44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə ilə Azərbaycan təkcə  torpaqlarını azad etmədi, eyni zamanda, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı". Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, bu Zəfər cənab Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasətinin, ordumuzun gücünün və xalqımızın iradəsinin nəticəsi idi. "İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Otuz ilə yaxın davam edən işğal dövründə Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq, sülh yolu ilə ədalətin bərpasına çalışdı. Lakin Ermənistanın təxribatları və qeyri-konstruktiv mövqeyi sülhə imkan vermədi. 2020-ci ildə başlayan əks-hücum əməliyyatı ilə Azərbaycan öz torpaqlarında beynəlxalq hüququn təminatçısı qismində çıxış etdi. Vətən müharibəsində əldə olunan Qələbə təkcə hərbi uğur deyil, həm də tarixi-siyasi ədalətin bərpası idi."         Deputatın fikrincə, Ölkə Prezidenti cənab İlham Əliyev müharibə günlərində olduğu kimi, ondan sonra da regionda sabitliyin və əməkdaşlığın qurulması üçün ardıcıl diplomatik siyasət yürüdür: " Qələbədən sonra baş verən proseslər - sərhədlərin müəyyənləşdirilməsi, nəqliyyat-kommunikasiya layihələrinin inkişafı, sülh müqaviləsinin gündəmə gətirilməsi - dövlətimizin siyasi iradəsini və regional məsuliyyətini nümayiş etdirir. Zəfərin yaratdığı yeni reallıqlar beynəlxalq səviyyədə də qəbul olunur. Azərbaycan Ordusunun müasir döyüş strategiyası və dövlətin informasiya sahəsində qazandığı üstünlük bir çox ölkələr tərəfindən nümunə kimi öyrənilir. II Qarabağ savaşında əldə edilmiş tarixi Qələbə həm də türk dünyasının birliyini möhkəmləndirdi, Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Cənab Prezident İlham Əliyevin dediyi kimi, biz təkcə torpaqlarımızı azad etmədik, özümüzü yeni dövrə daşıdıq və bu, milli gücün və siyasi liderliyin qabarıq ifadəsidir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri artıq Qələbənin davamı kimi qiymətləndirilir. Yeni şəhərlər, müasir infrastrukturlar, "ağıllı kənd" layihələri Azərbaycanın gələcəyə yönəlik vizionunu göstərir. Azad edilmiş torpaqlar təkcə dirçəldilmir, həm də regionun əməkdaşlıq mərkəzinə çevrilir. Zəfər Günü isə, bizə daim həm gücümüzü, əzəmətimizi, həm də məsuliyyətimizi xatırladır".

Biləsuvarda iki maşın toqquşdu  Xəsarət alanlar var like
  • 08 Noy 10:53  
Digərləri Biləsuvarda iki maşın toqquşdu Xəsarət alanlar var

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Azərbaycanın Zəfəri – Tarixi ədalətin bərpası like
  • 08 Noy 10:52  
Siyasət Azərbaycanın Zəfəri – Tarixi ədalətin bərpası

8 Noyabr tarixi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılm�

arrow Ətraflı
15 yaşdan kiçik uşaqlara sosial media qadağan edilir  Bu ölkədə... like
  • 08 Noy 10:47  
Dünya 15 yaşdan kiçik uşaqlara sosial media qadağan edilir Bu ölkədə...

Danimarka hökuməti 15 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsi

arrow Ətraflı
Həmin kriminal avtoritet yenidən həbs edildi like
  • 08 Noy 10:36  
Digərləri Həmin kriminal avtoritet yenidən həbs edildi

İzmirdə həbsdə olan "Cəhənnəm mələkləri" kimi tanınan müt�

arrow Ətraflı
BakıQuba yolunda yük avtomobili piyadanı vurub öldürdü like
  • 08 Noy 10:22  
Digərləri BakıQuba yolunda yük avtomobili piyadanı vurub öldürdü

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəq

arrow Ətraflı
Onlara çoxgirişli vizaların verilməsi qadağan edildi like
  • 08 Noy 10:15  
Digərləri Onlara çoxgirişli vizaların verilməsi qadağan edildi

Avropa Komissiyası Rusiya vətəndaşlarına çoxgirişli Şengen vizalarının

arrow Ətraflı
Qazaxıstan buğdasının ilk partiyası Ermənistana çatdı like
  • 08 Noy 10:10  
Siyasət Qazaxıstan buğdasının ilk partiyası Ermənistana çatdı

Ermənistana 1000 ton Qazaxıstan buğdasının ilk partiyası gəlib.

arrow Ətraflı
Rusiya helikopterinin vurulmasına Prezident necə reaksiya vermişdi?  Nazir açıqladı like
  • 08 Noy 10:08  
Digərləri Rusiya helikopterinin vurulmasına Prezident necə reaksiya vermişdi? Nazir açıqladı

"Müqavilə üzrə qızğın iş gedirdi. Artıq axşam saatları idi. Yeku

arrow Ətraflı
Dilimizin özü, önəmi və mənası: son səngər kimi like
  • 08 Noy 09:57  
Siyasət Dilimizin özü, önəmi və mənası: son səngər kimi

Əlaqələrin, təsəvvürlərin, mənaların dağılmağa meyilli olduğu çağ

arrow Ətraflı
"WhatsApp"da nömrəsiz əlaqə dövrü başlayır like
  • 08 Noy 09:40  
Digərləri "WhatsApp"da nömrəsiz əlaqə dövrü başlayır

Dünyanın ən populyar mesajlaşma tətbiqlərindən biri olan Vatsap yeni funk

arrow Ətraflı
ABŞda yük təyyarəsi faciəsi  14 nəfər həyatını itirdi like
  • 08 Noy 09:24  
Dünya ABŞda yük təyyarəsi faciəsi 14 nəfər həyatını itirdi

ABŞ-nin Kentukki ştatında baş verən yük təyyarəsi qəzası nəticəsind�

arrow Ətraflı
Bayden Trampı ölkəni biabır etməkdə günahlandırdı like
  • 08 Noy 09:13  
Dünya Bayden Trampı ölkəni biabır etməkdə günahlandırdı

ABŞ-nin keçmiş prezidenti Co Bayden hazırkı dövlət başçısı Donald Tra

arrow Ətraflı
Aygün Kazımova Faiq Ağayevi niyə bloka atıb? like
  • 08 Noy 08:43  
Şou-biznes Aygün Kazımova Faiq Ağayevi niyə bloka atıb?

Xalq artisti Faiq Ağayev Xalq artisti Aygün Kazımova ilə bağlı maraqlı a�

arrow Ətraflı
Elmdə inqilab  Möcüzəvi başlıq ixtira olundu like
  • 08 Noy 08:24  
Digərləri Elmdə inqilab Möcüzəvi başlıq ixtira olundu

Elm adamları yeni doğulan körpələrdə beyin zədəsini erkən müəyyənlə

arrow Ətraflı