Fəzail Ağamalının oğlu partiyadan çıxarıldı
Digərləri 07 Noy 2025 21:46:00 81 0
Milli Məclisin deputatı Fəzail Ağamalının oğlu Elçin Ağamalı "Ana Vətən" Partiyasından çıxarılıb.
Bu xəbəri də oxu: Türkiyədə yenə zəlzələ oldu
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı "Ana Vətən" Partiyasının İdarə Heyətinin iclasında qərar qəbul olunub.
"İclasda Partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının 25 oktyabr 2025-ci il tarixli növbədənkənar IX Qurultayda baş verən qanun və Partiyanın Nizamnaməsi tələblərinin pozuntuları ilə bağlı İdarə Heyətinə ünvanladığı müraciət və bundan irəli gələn məsələlər müzakirə olundu.
Müzakirələrdə ilk olaraq, "Ana Vətən" Partiyasının növbədənkənar IX Qurultayında prosedur qaydalarını kobud pozmaqla Partiya üzvünün müvafiq vəzifələrini (Partiya orqanlarının qanuni qərarlarını yerinə yetirmək; Partiyanın adına, məqsəd və vəzifələrinə xələl gətirən hərəkətlərə yol verməmək) müəyyən edən "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanununun 22.2.3-cü, 22.2.6-cı maddələrinin və Partiya Nizamnaməsinin 5.5.3-cü, 5.5.6-cı bəndlərinin tələblərini pozmuş Elçin Ağamalının Partiyadan xaric edilməsi məsələsinə baxıldı.
Partiya Nizamnaməsinin Partiyadan xaric olunmaq üçün əsaslardan biri olan 5.8.1-ci bəndi (Nizamnamənin müddəalarını kobud pozan və Partiyanın nüfuzuna mühüm zərər vurmuş hərəkət və ya hərəkətsizlik etmək) rəhbər tutularaq İdarə Heyətinin qərarı ilə Elçin Ağamalı "Ana Vətən" Partiyasından xaric edildi. Ətraflı
Bununla yanaşı, Partiyanın 12 rayon təşkilatının sədrləri partiya üzvü olmayan 25 şəxsin Qurultayın rəsmi nümayəndəsi kimi təqdim etməsi faktı da araşdırıldı. Aparılan araşdırmalar nəticəsində, bir sıra rayon partiya sədrlərinin saxtakarlığa yol verdikləri və onların göstərişi ilə partiya üzvü olmayan şəxslərin Qurultay nümayəndələri qismində Qurultayın gedişinə qanunsuz müdaxilələri müəyyən edildi.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
Meyxanaçı Namiq Qaraçuxurlu illər əvvələ aid olan videosunu yayımlayıb.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham �
"Bu gün Zəfər Günü ilə bağlı tədbirdə idim. Xəbər mənə çatan
Son.az AZƏRTAC-a istinadən bildirir ki, noyabrın 7-də Azərbaycan Respublik
Rusiyalı həkim ən zərərli səhər yeməyini açıqlayıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide
Müğənni Cəmilə mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı maraqlı
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər 8 Noyabr - Zəfər Günü mü
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Zəfər Günün münasibə
Yaşlı insanlarda qoxu hissinin zəifləməsi ürəyin işemik xəstəliyi risk
