ABŞdə hərbi bazada şübhəli bağlama: Zəhərlənənlər var
Digərləri 07 Noy 2025 10:24:00 77 0
ABŞ-da hərbi bazaya göndərilən şübhəli zərf xəstəlik hallarına səbəb olub.
Bu xəbəri də oxu: Sabah ilin ən güclü maqnit qasırğası olacaq XƏBƏRDARLIQ
Son.az xəbər verir ki, ABŞ-nin Merilend ştatında yerləşən "Joint Base Andrews" hərbi bazasına göndərilən şübhəli zərf bir neçə şəxsin zəhərlənməsi və xəstəxanaya yerləşdirilməsi ilə nəticələnib.
Bu barədə CNN məlumat yayıb.
Məlumata görə, zərfdə ağ toz olub. Zərf açıldıqdan sonra binada olan bir neçə nəfər özünü pis hiss edib. Hadisədən sonra bina və ona bitişik tikili təxliyə edilib, əraziyə təhlükəsizlik lenti çəkilib.
Xəstələnən şəxslər Malcolm Grove tibb mərkəzinə aparılıb. Onların vəziyyəti barədə dəqiq məlumat verilməyib.
İlkin məlumatlara əsasən, HAZMAT (zəhərli maddələrə qarşı müdafiə) qrupunun apardığı ilkin testlərdə təhlükəli maddə aşkarlanmayıb, lakin araşdırma davam edir.
Qeyd edək ki, Joint Base Andrews ABŞ prezidenti tərəfindən istifadə olunan Air Force One təyyarəsinin yerləşdiyi baza kimi tanınır. Hadisə ilə bağlı araşdırma Xüsusi İstintaq İdarəsinə həvalə olunub.
İsmayıl Son.az
Bakıda yaşayış binasında yanğın olub, iki nəfər tüstüdən zəhərlən
Rusiyalı hüquqşünas Valeriya Minakovanın sözlərinə görə süni intellek
Bu ilin sonunadək 36 qatar tərkibli 180 vaqon fəaliyyətdə olacaq.
Biləsuvarda qadın sobanın üzərinə yıxılaraq ölüb.
Astroloqlar xəbərdarlıq edirlər ki, bu payız ayı dörd bürc üçün emosi
Hökumət ölkəyə avtomobil idxalı ilə bağlı yeni vergi dəyişiklikləri
Son iki həftə ərzində aparılan əməliyyatlar nəticəsində 45 əyalətdə
Meyxanaçı Ələkbər Yasamallı ilk dəfə övladlarından danışıb.
Evdə paltar yumaq sadə iş kimi görünsə də, enerji sərfiyyatı baxımınd
Dünyada sağlam həyat tərzi sürətlə yayılır və bir çoxları hansı ça
"Hələ əməliyyat düşünmürəm. Kosmetoloji prosedurlara gedirəm. Apa
