“Qarabağ”“Çelsi” matçına qanunsuz bilet satanlar saxlanıldı
Digərləri 04 Noy 2025 21:43:00 96 0
DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi noyabrın 5-də Çempionlar Liqasının növbəti mərhələsində Tofiq Bəhramov adına stadionda keçiriləcək "Qarabağ"-"Çelsi" futbol oyununun biletlərini qeyri-qanuni yolla onlayn satışa çıxaran bir qrup şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-texniki tədbirlər həyata keçirib.
Bu xəbəri də oxu: Bu məktəbin bufetində qadağan olunmuş məhsullar satılır
Son.az xəbər verir ki, biletləri əvvəlcədən onlayn qaydada və rəsmi satış məntəqələrindən əldə edib, daha sonra sosial şəbəkə platformalarında müxtəlif səhifələrdə, eləcə də "qara bazar"da dəyərindən daha artıq qiymətə satmaq istəyən Emil Dadaşov, Cavid Dadaşov, Rəşad Həsənov, Murad Mirkişiyev və Vüsal Zalov kiberpolis tərəfindən saxlanılıblar.
Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxslər biletlərin məhdud sayda olması və oyuna vətəndaşların göstərdikləri böyük maraqdan sui-istifadə edərək bu hüquqazidd əməli törədiblər. Saxlanılan şəxslər barəsində qanunamüvafiq tədbir görülüb, əməliyyatlar davam etdirilir.
Ölkəmizdə bundan sonra da keçirilməsi nəzərdə tutulan beynəlxalq əhəmiyyətli idman turnirlərini canlı izləmək istəyən vətəndaşlara bir daha müraciət edərək biletləri yalnız rəsmi satış nöqtələrindən əldə etməyi tövsiyə edirik. Bildiririk ki, sosial şəbəkələrdə müxtəlif səhifələr və digər qeyri-qanuni mənbələrdən bilet alan şəxslər dələduzluq halları ilə üzləşə bilərlər.
Biləcəridə ağır yol qəzası baş verib. Son.az xəbər verir ki, 202 s
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley
Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Va
ABŞ-də yerləşən Con Hopkins Tibb Mərkəzinin alimləri beynin zədələnm
Göygöldə baş verən dəhşətli yol qəzası zamanı həlak olan 16 yaşl�
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar
Gələn ildən elektrik mühərrikli avtomobillər əlavə dəyər vergisinə (�
Meyxanaçı Namiq Məna həmkarı Namiq Qaraçuxurlu ilə bağlı açıqlamasıy
Avtomobil sahəsində tanınmış britaniyalı "WhatCar" jurnalı ən
Çinli alimlərin apardığı yeni araşdırma hazır qəhvənin ciddi sağlaml�
Goranboy Rayon Polis Şöbəsinə rayonunun Qarasüleymanlı kəndində 2008-ci
Sabah nasos stansiyasının kollektorunda aparılacaq yenidənqurma işləri il�
Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi plana əsasən,
Artıq bir neçə ildir ki, AzTV və Radio Verilişləri QSC qonorar sistemində
