Region məktəblərində infrastrukturun zəif olması bəzi fənlərin tədrisinə əngəllər yaradır


Digərləri 03 Noy 2025 12:50:00 81 0

Region məktəblərində infrastrukturun zəif olması bəzi fənlərin tədrisinə əngəllər yaradır

Orta məktəblərdə laboratoriyaların yaradılması təhsilin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin praktiki biliklər qazanması baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə Azərbaycanda orta məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilsə də, laboratoriyaların bütün məktəblərdə müasir tələblərə cavab verəcək səviyyədə qurulmasına hələ də ehtiyac var. Bu prosesdə dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə təcrübə bir çox ölkələrdə uğurla tətbiq olunur və müsbət nəticələr verir. Azərbaycanda da bu yanaşmanın tətbiqi təhsilin inkişafına mühüm töhfə ola bilər. Çünki məktəblərdə laboratoriyaların yoxluğu və maddi-texniki təminatın zəifliyi bəzi fənlərin praktiki tədrisi zamanı bir çox problemlərə gətirib çıxarır. Xüsusən region məktəblərində müvafiq fənlər üzrə müasir laboratoriyaların, zəruri infrastrukturun - misal üçün kimya fənni üzrə kimya laboratoriyalarının, informatika fənni üzrə kompüter avadanlıqlarının, idman fənni üzrə qapalı idman zallarının və qurğularının olmaması bu fənlərin tədrisində ciddi problemlər yaradır.

Son.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov İqtisadiyyat.az-a açıqlamasında öz fikirlərini bölüşüb. Bu sahədə dövlət-özəl tərəfdaşlığına ciddi ehtiyac olduğunu söyləyən deputat bildirib ki, ölkəmizdə bununla bağlı yeni yanaşmalar tətbiq edilməlidir.

Onun sözlərinə görə, bu gün dünyada gedən prosesləri təhlil edəndə məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldığı müşahidə olunur. Bu gün Azərbaycanda da bu istiqamətdə bir çox işlərin görüldüyünü xatırladan deputat bununla yanaşı hələ də yaxşı vəziyyətdə olmayan məktəblərdən də söz açıb:

"Ümumi infrastruktur baxımından Azərbaycan məktəbləri çox yaxşıdır və deyə bilərik ki, bu gün bu infrastrukturla bağlı dövlət tərəfindən bütün addımlar atılır. Amma bütün bunlarla yanaşı, qeyd etməliyik ki, ölkəmizdə təxminən 400-ə yaxın məktəbin vəziyyəti yaxşı deyil. Ümumilikdə isə yeni məktəblərdə sistem kabinetlər, otaqlar, peşəyönlü digər işlər görülür. Bütövlükdə bütün məktəblərdə laboratoriya ilə bağlı işlərə daha çox önəm verməliyik. Çünki bu, olduqca vacib bir məsələdir. Yəni laboratoriyaların fəaliyyəti, onların işinin düzgün qurulması məsələsi var və bu gün qeyd etdiyim kimi, bu istiqamətdə işlər görülür".

C.Məmmədov bu mənada hesab edir ki, təhsil müəssisələrində maddi-texniki bazasının gücləndirilməsi naminə dövlət-özəl əməkdaşlığı məsələsi nəzərdən keçirilə bilər: "Yəni bu gün dünyada bu istiqamətdə çox böyük layihələr və böyük işlər həyata keçirilir və müsbət nəticəyə yönəlmiş uğurlu addımlar atılır. Biz də bu istiqamətdə müəyyən addımların atılmasını nəzərdən keçirə bilərik. Çünki bu, çox vacib və həllini gözləyən bir məsələdir. Ona görə hesab edirəm ki, bu istiqamətdə ciddi addımlar və ciddi tədbirlər görülərsə, bu, prosesə öz töhfəsini verə bilər".

Təhsil eksperti Şahmar Bayramov İqtisadiyyat.az-a açıqlamasında söyləyib ki, xüsusən region məktəblərində zəruri infrastrukturun mövcud olmaması bəzi fənlərin praktiki tədrisində müxtəlif əngəllər yaradır. 

O, misal olaraq əksər məktəblərdə kimya fənni üçün zəruri olan labaratoriyaların, idman fənni üçün zəruri olan zalların, informatika fənni üçün zəruri olan kompüter otaqlarının vacibliyini qeyd edib. 

Ekspert bildirib ki, kimya təhsili şagirdlərin analitik düşüncəsinin inkişafı, laboratoriya bacarıqlarının formalaşması və elmi təfəkkürün güclənməsi baxımından çox önəmlidir: "Lakin bir çox orta məktəblərdə müasir kimya laboratoriyalarının olmaması ciddi bir problemdir. Bu, şagirdlərin yalnız nəzəri biliklərlə kifayətlənməsinə, praktiki bacarıqların formalaşmamasına və elmi marağın azalmasına səbəb olur".

Məsələnin həll yolları haqqında danışan ekspert hesab edir ki, bu istiqamətdə həyata keçirilən tədbirlərlə məktəblər dövlət-özəl sektorunun birgə layihələri çərçivəsində zəruri idman qurğuları, kompüter, laboratoriya və digər avadanlıqlarla təmin edilməlidir:

"Digər məsələ məktəblərdə kimya fənninin praktiki tədrisi üçün modulyar və kiçik laboratoriyaların yaradılmasıdır. Bütün məktəblərdə böyük laboratoriyalar qura bilməsək də, modul tipli kiçik laboratoriyalar və portativ laboratoriya dəstləri ilə praktiki təcrübələr aparmaq mümkündür. Həmçinin rəqəmsal və virtual laboratoriyalardan istifadənin vacibliyi məsələsi də aktualdır. VR və simulyasiya proqramları ilə şagirdlər kimyəvi reaksiyaları təhlükəsiz və interaktiv şəkildə öyrənə bilərlər".

Ş.Bayramov vurğulayıb ki, məktəblərdə laboratoriyaların təşkili və maddi-texniki təminatın artırılması gələcək nəsillərin elmi təfəkkürünün inkişafına və ölkənin elmi potensialının güclənməsinə birbaşa təsir göstərəcək.

Monqolustandan sonra indi də Brazilyadan mal əti gətirilir  Yerli fermerlər iflas edə bilər like
  • 03 Noy 12:44  
Digərləri Monqolustandan sonra indi də Brazilyadan mal əti gətirilir Yerli fermerlər iflas edə bilər

Son aylarda Azərbaycana idxal edilən ətlərin qiyməti yerli istehsal olunan

arrow Ətraflı
Eldar Əmirov 3 il əvvəl də həbs olunmuşdu  Mehdiyevin baldızı oğludur?  FOTO like
  • 03 Noy 12:36  
Digərləri Eldar Əmirov 3 il əvvəl də həbs olunmuşdu Mehdiyevin baldızı oğludur? FOTO

Xəbər verdiyimiz kimi, son zamanlara qədər Ramiz Mehdiyevin köməkçisi ola

arrow Ətraflı
“Bahar Store”da “100 manatlıq hədiyyə” qalmaqalı: bloqer belə ALDADILDI like
  • 03 Noy 12:35  
Digərləri “Bahar Store”da “100 manatlıq hədiyyə” qalmaqalı: bloqer belə ALDADILDI

Bakıda fəaliyyət göstərən "Bahar Store" mağazası sosial şəb�

arrow Ətraflı
Gələcəyin yolu Bakıda başlayacaq like
  • 03 Noy 12:33  
Siyasət Gələcəyin yolu Bakıda başlayacaq

Bu payız Vaşinqtonun Mərkəzi Asiyada yenidən liderlik iddiasını irəli s�

arrow Ətraflı
Azərbaycanda vəkil vəfat etdi like
  • 03 Noy 12:23  
Digərləri Azərbaycanda vəkil vəfat etdi

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlərindən biri

arrow Ətraflı
Aysun Rəqsanənin həbsindən sonra ilk dəfə EFİRDƏ: göz yaşları "sel oldu" like
  • 03 Noy 12:20  
Şou-biznes Aysun Rəqsanənin həbsindən sonra ilk dəfə EFİRDƏ: göz yaşları "sel oldu"

Müğənni Aysun İsmayılova anası, tanınmış ifaçı Rəqsanə İsmayılova

arrow Ətraflı
Bəzi yerlərə leysan yağacaq  XƏBƏRDARLIQ like
  • 03 Noy 12:18  
Digərləri Bəzi yerlərə leysan yağacaq XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 4-ü səhərdən 5-i gündüzəd�

arrow Ətraflı
Ərdoğan Azərbaycana gəlir like
  • 03 Noy 12:08  
Siyasət Ərdoğan Azərbaycana gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

arrow Ətraflı
Başı keçəl edilən qadının əri ilə heç yerdə olmayan like
  • 03 Noy 12:02  
Digərləri Başı keçəl edilən qadının əri ilə heç yerdə olmayan

Xəbər verdiyimiz kimi, həyat yoldaşının saçını qırxıb,ona əzab verm�

arrow Ətraflı
Bakıda avtobuslar toqquşdu  Yaralananlar var  VİDEO like
  • 03 Noy 11:59  
Digərləri Bakıda avtobuslar toqquşdu Yaralananlar var VİDEO

Bakıda iki avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi

arrow Ətraflı
Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirov da həbs edildi like
  • 03 Noy 11:51  
Digərləri Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirov da həbs edildi

Ramiz Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirov da həbs edilib.

arrow Ətraflı
Qaradağın icrasındakı əməliyyatın detalları açıqlandı  RƏSMİ like
  • 03 Noy 11:42  
Digərləri Qaradağın icrasındakı əməliyyatın detalları açıqlandı RƏSMİ

Qaradağ Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin

arrow Ətraflı
Müharibənin kodu: Türkiyə dünyaya algoritmlərlə qalib gəlməyi öyrədir like
  • 03 Noy 11:35  
Siyasət Müharibənin kodu: Türkiyə dünyaya algoritmlərlə qalib gəlməyi öyrədir

Dünya artıq tankların gurultusu və piyadaların qışqırığı ilə ölçü

arrow Ətraflı