İpoteka sistemində yenilik “kim birinci olacaq” məsələsi dəqiqləşir
Digərləri 31 Okt 2025 12:26:00 143 0
İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi mexanizmi təkmilləşdirilir.
Bu xəbəri də oxu: Alimlər beyni qocalmaqdan qorumağın yolunu tapdı
Son.az xəbər verir ki, Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilən "İpoteka haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, mövcud qanunda bu hüququn ipoteka saxlayanlar arasında müqavilə əsasında dəyişdirilə bilməsi nəzərdə tutulub. Qanun layihəsinə əsasən, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi və üstünlük hüququnun dövlət reyestrində qeydiyyata alınması təklif olunur.
Qanun layihəsinə əsasən, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında dəyişdirildikdə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində qeydə alınacaq. Həmçinin ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ dəyişdirildikdə dövlət rüsumu üstünlük hüququnun keçdiyi ipoteka saxlayan tərəfindən ödəniləcək.
Vurğulanıb ki, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsinin dövlət qeydiyyatı bu mexanizmin daha işlək olmasına və üstünlük hüququ olan ipoteka saxlayanın hüquqlarının daha səmərəli həyata keçirilməsinə xidmət edəcək.
Qeyd edilib ki, qanun layihəsinin qəbul edilməsi nəticəsində ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması yolu ilə bu hüquqların dövlət reyestrində tanınması və təsdiq edilməsi təmin ediləcək.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Xəbər verdiyimiz kimi, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlük
Podqoritsada saxlanılan həmyerlimiz sərbəst buraxılıb.
Yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısı
Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə cərimə c�
Bu gün İqtisadiyyat.az xəbər portalının 7 yaşı tamam olur.
31 oktyabr tarixi dünyanın bir çox ölkəsində qeyd olunan "Halloween&q
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin tapşırığın
Türkiyənin tanınmış aktyoru Caner Cindoruk son görünüşü ilə izləyici
Dünən DTX tərəfindən saxlanılan Balakən rayon icra hakimiyyətinin sabiq
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstə
"Hürriyət" qəzetinin və "Hüriyyət TV"nin ofisində apa
Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan
Türkiyəli məşhur müğənni Əmrahın 1997-ci ildə Bakıda verdiyi konsertd
Suraxanı rayonu, Hövsan Qaz Tənzimləyici Məntəqəsində də aşkar olunmu�
