Azərbaycanın yeni iqtisadi diplomatiyası və regional inkişaf
Digərləri 26 Sen 2025 22:17:00 72 0
Prezident İlham Əliyevin 2025-cü ilin avqustunda Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirdiyi görüşlər və bu ay Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı Azərbaycanın yeni geosiyasi mövqeyinin, suverenliyə əsaslanan diplomatiyasının və iqtisadi fəallığının paralel inkişafını əks etdirir.
Bu xəbəri də oxu: Güclü külək məktəbin darvazasını aşırdı
Nyu-York səfəri ABŞ rəsmiləri və beynəlxalq enerji sektorunun liderləri ilə keçirilən yüksək səviyyəli müzakirələr, Azərbaycanın Cənubi Qafqazda artan təsirini, Qlobal Cənub-Şimal və Şərq-Qərb nəqliyyat dəhlizlərindəki mühüm rolunu qabartdı. Bu səfər Azərbaycanın geosiyasi aktor kimi çıxış etdiyini və beynəlxalq gündəmi müəyyənləşdirə biləcək siyasi iradəyə malik olduğunu sübut etdi.
Nyu-York səfəri isə bu strategiyanın davamı və konkret nəticələrə yönəlmiş mərhələsidir. Burada Prezident İlham Əliyev yalnız siyasi tribuna olan BMT Baş Assambleyasında çıxış etmədi, həm də nüfuzlu biznes dairələrinin təmsilçiləri ilə görüşlər keçirərək Azərbaycanın iqtisadi diplomatiyasını ön plana çəkdi. Bu görüşlər, Azərbaycanın sərmayə cəlbediciliyini nümayiş etdirməklə yanaşı, ölkənin yeni iqtisadi modelə keçid etdiyini göstərdi. İqtisadi diplomatiya Azərbaycanın xarici siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib. Prezidentin Nyu-Yorkda dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlər - xüsusilə enerji, texnologiya və maliyyə sektorları üzrə - Azərbaycanın investorlar üçün açıq və etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirdi.
Azərbaycan post-münaqişə dövründə yalnız regional lider kimi çıxış etmir, həm də qlobal iqtisadi oyunçuya çevrilmək istiqamətində addımlar atır. Bu keçid prosesində Prezident İlham Əliyevin beynəlxalq platformalarda (Vaşinqton, Nyu-York, Davos, COP tədbirləri və s.) səsləndirdiyi fikirlər dövlətin strateji iqtisadi vizyonunun və bu vizyonun həyata keçirilməsində diplomatiyanın rolunu açıq şəkildə ifadə edir.
Yeni iqtisadi diplomatiya yalnız iqtisadi inkişaf vasitəsi deyil, həm də müstəqil xarici siyasətin təminat aləti, suverenliyin möhkəmləndirilməsi vasitəsi, və Azərbaycanın dünyada iqtisadi güc kimi tanınması üçün strateji bir yol xəritəsidir.
Ötən gün İmişli rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi vəzif�

"İndi elə gənc ifaçılar var ki, gözəl səsləri var. Amma onlar keyf

Yeni Günəşlidə evlər bahalaşır, Xırdalan və Masazırda isə ucuzlaşır

BMT Baş Assambleyasında çıxış edən İsrailin Baş naziri Benyamin Netanya

Tanınmış teleaparıcı Səidə Bəkirqızı efirdə göz yaşlarına boğulub

Xəzər dənizinin suyunun səviyyəsinin aşağı düşməsi son 30 ildə davam

Bakı şəhər Nəsimi rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RET

Hazırda paytaxtda hökm sürən güclü külək 20 nömrəli məktəb-liseyin h

SOCAR-ın İnvestisiya departamenti rəhbərinin sabiq müavini, hazırda həbsd

Aparıcı Vüsalə Əlizadə yenidən aktrisa kimi tamaşaçıların qarşısın

Qanunvericilikdəki "valideynlərini itirmiş uşaqlar" anlayışı &q

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Sentyabrın 27-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Xalq artisti Afaq Bəşirqızı uzun fasilədən sonra seriala çəkilib.

Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistan Baş naziri Nikol Paşinya
