ADA Universitetində 1ci AzərbaycanBritaniya Siyasi Dialoqunun ikinci günü keçirilib FOTO
Digərləri 26 Sen 2025 13:28:00 61 0
Sentyabrın 26-da ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun (Institute for Development and Diplomacy - IDD) təşkilatçılığı ilə keçirilən I Azərbaycan-Britaniya siyasi dialoqunun ikinci günü keçirilib.
Bu xəbəri də oxu: Dörd bürc üçün ikinci şans Sentyabrın son günlərində...
Son.az Trend-ə istinadən xəbər verir ki, Britaniya-Azərbaycan Ticarət Palatası və bp şirkətinin tərəfdaşlığı ilə keçirilən tədbir dəyişən qlobal nizamda Azərbaycan və Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlərə və strateji tərəfdaşlığa, Cənubi Qafqazda regional təhlükəsizliyə, əməkdaşlığa, xarici siyasət prioritetlərinə, enerji sahəsində əməkdaşlığa, təhsil, elm və innovasiya vasitəsilə ictimai diplomatiyaya həsr olunub.
Dialoq regional və qlobal çağırışlarla bağlı qarşılıqlı anlaşmaya və praktiki əməkdaşlığa töhfə verəcək.
İlk çıxış edən ADA Universitetində keçirilən Birinci Azərbaycan-Britaniya siyasi dialoqu çərçivəsində çıxış edən Azərbaycanın Energetika nazirinin müavini Orxan Zeynalov bildirib ki, Azərbaycan Avropanın 14 ölkəsinə və onun hüdudlarından kənara təbii qaz tədarükünü etibarlı şəkildə davam etdirir.
"Avqust ayında ukraynalı tərəfdaşlarımızın xahişi ilə biz Ukraynaya mühüm qaz tədarükünü həyata keçirdik və bu, Trans-Balkan marşrutu vasitəsilə uğurla çatdırıldı. Ardınca Suriyaya tədarük başladı. Bu həcmlər ölkənin təhsil sahəsi də daxil olmaqla, əsas infrastrukturunu dəstəkləmək üçün nəzərdə tutulub və bu, Azərbaycan qazına tələbatın artdığını aydın şəkildə göstərir", - deyə Zeynalov vurğulayıb.
Onun sözlərinə görə, hazırkı dinamika Azərbaycanın yüksək ixrac potensialını yalnız Avropada deyil, həm də onun hüdudlarından kənarda nümayiş etdirir.
"Xüsusi əhəmiyyət daşıyan istiqamətlərdən biri Yaxın Şərq və strateji enerji mərkəzi rolunda çıxış edə biləcək Türkiyədir. Burada söhbət yalnız təbii qazın tədarükündən getmir, həm də təmiz enerjinin Avropaya və Yaxın Şərqə çatdırılması marşrutlarının inkişafından gedir. Bununla yanaşı, xüsusilə Səudiyyə Ərəbistanında tətbiq edilə biləcək vakuum enerji həlləri kimi qabaqcıl texnologiyaların imkanlarını da nəzərə almaq vacibdir. Bu texnologiyalar "yaşıl" enerji layihələrinin hərəkətverici qüvvəsinə çevrilə bilər",- deyə nazir müavini əlavə edib.
Öz növbəsində bp-nin dövlət orqanları ilə əlaqələr üzrə baş direktoru Endryu Menner qeyd edib ki, son 15 il ərzində 250-dən çox Britaniya şirkəti Azərbaycanda bp ilə müqavilələr bağlayıb və bu 8,5 milyard funt sterlinqdən artıq gəlir gətirib.
"Neft və qaza olan tələbat yüksək olaraq qalır və ölkələr getdikcə müxtəlif enerji mənbələri axtarır. Bu isə Azərbaycanın Avropaya və onun hüdudlarından kənara qaz tədarükünü genişləndirmək imkanlarını açır", -deyə o qeyd edib.
Eyni zamanda, Menner bildirib ki, ekoloji komponent enerji gündəliyinin ən vacib hissəsinə çevrilir: "Tərəfdaşlarımızla birlikdə və Azərbaycanın hökumətinin dəstəyi ilə bütün layihələrimizdə emissiyaların azaldılmasına sadiq qalırıq. Ekoloji məsuliyyət hər bir təşəbbüsün həyata keçirilməsinin hər mərhələsində prioritet kimi qəbul olunur", - deyə bp nümayəndəsi vurğulayıb.
Qanunvericilikdəki "valideynlərini itirmiş uşaqlar" anlayışı &q

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beynəlxalq tədbirlərdə ingi

Rusiyanın Vladivostok şəhərində orta məktəbdə yanğın baş verib.

"Atamın pulunu başqa qadınlara yedizdirən olmusan"

Şərqi Çinin Tszyansu əyalətində həkimlər ürək çatışmazlığının s

"Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanova yeni müşavir t�

"Kolorit" restoranında heyvanların qanunsuz saxlanıldığı aşkar

Rusiyada saxta spirtli içkidən zəhərlənmə nəticəsində 7 nəfər ölüb.

Space Tv-də yayımlan verilişlərin birində gərgin anlar yaşanıb.

Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadə ötən il Cenevrədə fanta

Zəhərlənmə hallarının ən çox qeydə alındığı məkanlardan biri də �

Sentyabrın 20-də saat 23:00-da Hacıqabul-Horadiz yolunun Sabirabad rayonu ər

Astroloqların proqnozuna görə sentyabrın son günləri bəzi bürclər üç

Sentyabrın 23-ü Astara rayonunda toy karvanının qarşısını kəsərək mag

ABŞ Prezidenti Donald Tramp ağır yük maşınları, eləcə də mətbəx şka
