Ərdoğan 6 ildən sonra Ağ Evdə – Tramp şəxsən qarşıladı
Digərləri 25 Sen 2025 20:38:00 68 0
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp ilə 6 ildən sonra ilk dəfə görüşmək üçün Ağ Evə gəlib. Tramp, Ərdoğanı şəxsən qapıda qarşılayıb. Görüş öncəsi hər iki lider jurnalistlərə açıqlama verib.
Bu xəbəri də oxu: Müəllimlərin savadlanması üçün 3 milyon manat ayrıldı
Tramp açıqlamasında Türkiyə ilə F-16 və F-35 mövzularını müzakirə edəcəklərini deyib:
"Prezident Ərdoğana böyük hörmətim var. Onu burada qəbul etmək böyük şərəfdir. Əgər görüş məhsuldar keçsə, Türkiyəyə qarşı tətbiq edilən CAATSA sanksiyalarını aradan qaldıra bilərik."
Ərdoğan isə görüşün BMT Baş Assambleyası ilə eyni vaxta təsadüf etməsindən məmnun olduğunu bildirib:
"F-35, F-16 və Halkbank məsələləri də daxil olmaqla bütün mövzuları ətraflı müzakirə edəcəyik. Heybəliada Ruhban Məktəbi ilə bağlı da üzərimizə düşəni etməyə hazırıq."
Görüşdə əsas müzakirə ediləcək 6 başlıq belədir:
F-35 qırıcılarının satışı
Suriyada YPG-nin silah buraxması
Suriya-İsrail təhlükəsizlik razılaşması
Qəzzədə atəşkəs
Rusiya-Ukrayna müharibəsi
İki ölkə arasında ticarət həcminin 100 milyard dollara çatdırılması
Qəzza və Rusiya-Ukrayna müharibəsi əsas gündəmdə
Ərdoğan görüşdə İsrailin Qəzzədə törətdiyi hücumların dayandırılması və humanitar yardımın bölgəyə çatdırılması mövzusunu ön plana çıxaracaq. Bundan əlavə, Rusiya-Ukrayna müharibəsi ilə bağlı İstanbul danışıqları və barış səyləri də müzakirə ediləcək.
Hazırda 35 milyard dollar olan Türkiyə-ABŞ ticarət həcminin 100 milyard dollara çatdırılması, enerji və müdafiə sənayesində yeni əməkdaşlıqların qurulması da görüşün mühüm mövzuları arasındadır. Lalə Qüdrətova Son.az
Həzm sisteminin sağlamlığı immunitetin güclü işləməsi üçün mühüm

Məşhur azərbaycanlı dizayner Gülnarə Xəlilovanın "Şəbəkə"

Məşhur müğənni Elvis Preslinin keçmiş həyat yoldaşı Prissilla Presli y

HAMAS-ın Fələstini idarə etmək üçün gələcəyi yoxdur və o, silahı ye

Meyxanaçı Rüfət Nasosnudan sözləri ilə insanları düşündürüb.

Nazirlər Kabineti "Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti �

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda Suriya Prezidenti Əhməd əl-�

Sentyabrın 25-də BMT-nin mənzil-qərargahında Azərbaycan Respublikasının

Bu gün Rusiya hərbçilərinin Donetsk bölgəsinə həyata keçirdiyi genişmi

İstanbulun Eyüpsultan rayonunda iki azyaşlı uşaq yediyi yeməkdən sonra z�

Bakıda sevgilisini oğurlamaqda ittiham olunan gəncin məhkəməsi maraqlı m�

Aşıq Namiq Fərhadoğlu iddialı açıqlamalar verib.

Prezident İlham Əliyevin son Amerika Birləşmiş Ştatlarına səfəri Azərb
