Əsgərlik məsələsini “hamam suyu” ilə həll edibmiş...
Digərləri 25 Sen 2025 10:24:00 74 0
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürov və digər iki zabitin məhkəmə araşdırması davam edir.
Bu xəbəri də oxu: Azərbaycan və Maldiv arasında viza rejimi ləğv edildi
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hazırkı mərhələdə ittiham tərəfinin şahidləri ifadə verir.
Şahid Əhməd Əhmədov deyib ki, xaricdə magistratura təhsili aldığı üçün hərbi xidmətdən möhlət hüququ alması lazım imiş. Bu məsələdə tanışının vasitəsilə Ramin Şükürovla görüşüb: "Dostumun atası əvvəllər hərbi komissar olub. Bu işdə mənə o kömək etdi. Onunla birlikdə Xəzər Rayon Hərbi Komissarlığına getdik. Orada rəis Ramin Şükürovla görüşdük. Komissara dedim ki, belimdə və gözümdə problemlər var, həmçinin xaricdə təhsil alıram. Dedilər ki, bu məsələyə baxacağıq. Tibbi müayinələrdən sonra dostumla təkrar görüşdüm. Söylədi ki, bu iş 22 min manata həll edilə bilər. Həmin pul da hərbi komissara çatacaqmış. Pulu verəndən sonra da xidmətə yararsız olmağım barədə hərbi bileti verdilər".
Şahid Araz Məmmədov isə həmin Dövlət Xidmətində işləyən tanışı vasitəsilə başqa birinin əsgərlik məsələsini həll edib: "Mən özüm Yasamalda kafe işlədirəm. Müştərim Bəhrəm Cəlilov var idi, Səfərbərlik Xidmətində işləyirdi. Bir gün ofisiantlardan birinin qohumunun əsgərlik məsələsini həll etməyi xahiş etdim. Bunun üçün 6 min manat istədi. Həmin pulu ona verdim. Amma Ramin Şükürovu tanımıram. Bəhrəmin pulu ona verib-vermədiyini də bilmirəm".
Hakim Fikrət Əliyev şahidin əvvəlki ifadəsini elan edərkən məlub olub ki, Arazın özünün də bu işin həll edilməsində marağı olub. Belə ki, onu sadəcə yaxşı qonaqlıqla şirnikləşdiriblər. İş düzələndən sonra da hamam qonaqlığı təşkil edilib. Qonaqlıqda xidmətdən yayınan çağırışçı özü də iştirak edib.
Özbəkistanda toy və digər ailəvi mərasimlər üçün yeni qaydalar tətbiq

Türkiyənin məşhur aparıcısı Burcu Esmersoy gözlənilməz hadisə ilə g

"Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının tərkibi yenil�

Türkiyədə qadın işdən çıxarıldıqdan sonra müdiri ilə mübahisə edib

Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının ümumi müzakir

Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quru

Tamstore Marketlər şəbəkəsi 25-30 sentyabr tarixlərində "Biz susuruq

Moskva metrosunda qeyri-adi görünüşdə olan kassir sərnişinləri heyrətl�

Sentyabrın 24-də Şamaxıdakı Nəsimi Bağları Kompleksində davam edən 3-c

Sentyabrın sonuna qədər bəzi bürclər maliyyə uğurları yaşaya bilərlə

Dünyaca məşhur model, keçmiş Victoria's Secret mələyi Adriana Lima es

Təhsil və şəxsi həyat arasında maraqlı əlaqə üzə çıxıb.
