Bu yemək kişiləri vaxtından tez öldürür
Digərləri 23 Sen 2025 18:00:00 52 0
Populyar yapon yeməyi kişilərdə erkən ölüm riskini artırır.
Bu xəbəri də oxu: "Qızılın qiyməti 2028cu ilin sonuna qədər kəskin bahalaşacaq" Ekspert
Son.az xarici mətbuata istinadla xəbər verir ki, Yaponiyanın Enedzava Qida Elmləri Universitetinin alimləri bu qənaətə gəliblər.
Araşdırma Journal of Nutrition, Health and Aging (JNHA) jurnalında dərc olunub.
Müəyyənləşdirilib ki, tez-tez ramen yemək kişilər arasında erkən ölüm riskini artırır.
Tədqiqatda 40 yaşdan yuxarı 6700-dən çox iştirakçı iştirak edib. Onlar yeməyin istehlak tezliyinə görə qruplara bölünüb: ayda bir dəfə və ya daha az, həftədə üç dəfə və ya daha çox.
Nəticələr göstərib ki, ramen sevən şəxslərdə artıq çəki, siqaret çəkmə, spirtli içki qəbulu, eləcə də şəkərli diabet və hipertoniya kimi yanaşı xəstəliklər daha çox müşahidə olunub. Həftədə üç dəfə ramen yeyənlərin erkən ölüm ehtimalı artıb.
Xüsusilə 70 yaşdan yuxarı kişilər və şorbanı sona qədər içənlərdə risk yüksək olub. Alimlər bildiriblər ki, şorbanın tərkibində yüksək miqdarda duz və yağ olur. Bu isə qan təzyiqini artırır, çəki yığılmasına səbəb olur və ürək-damar sisteminə yük yaradır.
Tədqiqat müşahidə xarakterlidir və birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Lakin nəticələr göstərir ki, ramenin müntəzəm istehlakı, xüsusilə orta yaşlı kişilər üçün sağlamlıq riski amili ola bilər.
İsmayıl Son.az
Fələstin Prezidenti Mahmud Abbas bəyan edib ki, HƏMAS artıq Qəzza zolağı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) sülh və insanlıq

Bir vaxtlar həftəsonları izdihamla dolub-daşan "maşın bazarı" i

Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirmək ist�

Cari ilin noyabrında Ağdam şəhərinə ilk köç planlaşdırılır.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçiri

"Bakubus" avtobusunda sərnişinlər arasında dava olub.

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və B

Gürcüstanda 500 mindən artıq azərbaycanlı yaşayır. Qonşu ölkədə Azə

"Vəkilin publik hüquqi şəxsdə fəaliyyət göstərməsi onun dövlət

Meyxanaçı Balaəli Maştağalı efirlərin birində qonaq olub.

Sosial şəbəkədə yayılan video görənləri duyğulandırıb.

Bakı Konqres Mərkəzində Silk Way West Airlines şirkətinin ev sahibliyi il�

Xarici toyuqları alanların sayı az deyil. Yerli məhsuldan fərqlənməyən b

Bakıda ödənişli hərəkət zonalarının yaradılması planlaşdırılır. B
