Masallıda antik dövrə aid küp məzarı üzə çıxdı


Digərləri 23 Sen 2025 14:50:00 70 0

Masallıda antik dövrə aid küp məzarı üzə çıxdı

Masallı rayonunun Eminli kəndi ərazisində xilasetmə tədbirləri nəticəsində antik dövrə aid küp məzarı tapılıb və tədqiq edilib.

Bu barədə Son.az-a AMEA Arxeologiya və Antroplogiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, institutun aparıcı elmi işçiləri, dosent Anar Ağalarzadə və Dmitriy Kiriçenkonun apardığı qazıntılar zamanı üzə çıxmış və şərti olaraq "3 №li küp məzarı" kimi qeyd edilmiş bu maraqlı dəfn abidəsi düzən sahədə 40 sm dərinlikdən tapılıb.

Maraqlı xüsusiyyət ondan ibarətdir ki, məzar bütünlüklə dəniz balıqqulağı ilə örtülmüş və hətta dəfn küpünün içərisi də balıqqulağının təsirindən ciddi zədələnib. Bunun da başlıca səbəbi dəfndən çox sonralar arealı Xəzər dənizinin qabarması nəticəsində su basmış və qəbirlər uzun müddət su altında qalıb.

Tədqiq olunan küp qəbir yanüstə, ağız hissəsi qərb istiqamətində basdırılıb. Dəfn qabının ağzının bir tərəfində keyfiyyətsiz gildən zəif hazırlanmış bir qulplu küpə qoyulub, lakin kəskin rütubətin təsirindən qeyd olunan qab dağılıb. Küpün kənarında bir kiçikhəcmli ağzı novçalı qab da qoyulub. Bu qab oynoxoya (və ya enoxoya) tipli, ağzı yuvarlaq şəkildə üç yerə şaxələnən təkqulplu dolçadır. Adının mənasından bilindiyi kimi, şərab saxlamaq üçün istifadə olunub. Dəfn prosesi zamanı küpün ağız tərəfində ocaq yandırılmışdır ki, bu da elmi ədəbiyyatda pis və şər ruhlardan təmizlənmək anlamına gəlməkdədir.

Küpün içərisində sıx bükülü şəkildə, sağ yanı üstə, üzü cənub-qərb istiqamətində insan dəfn edilib.

Antropoloq D.Kiriçenkonun fikrincə, küp qəbirdəki insan Qafqaz görünüşünə malik yetkin kişi skeletinin qalıqlarıdır. İnsanın dişlərində ciddi aşınma, həmçinin kariyes və diş daşları olub. Skeletin bud sümükləri yüksək fiziki fəaliyyətin göstəricisidir ki, bu da "atlı döyüşçü" kimi qiymətləndirilə bilər. Qəbirdən aşkar edilən dəmir cida ucluğu dolayısı ilə qeyd olunan fikirləri təsdiqləyir. Belə ki, dəfn olunan insan at sürən və nizə atan döyüşçü kimi, çox güman ki, süvarilərə mənsub olub.

Skeletin ətrafında üç balaca miniatür qab (yağ və ya ətriyyat qabı) və bir kasa tipli qab qoyulub. Qəbirdən aşkar edilmiş saxsı qablar həm yerli saxsı məmulatları, həm də Aralıq dənizi regionundan gətirildiyini güman etməyə imkan verir.

Küpün içərisindən çoxlu sayda müxtəlif tipli və ölçülü muncuqlar və skeletin qulağında bir cüt, üzərində qaynaqlama üsulunda üzüm təsviri formasında hazırlanmış qızıl sırğalar tapılıb.

Qeyd edilib ki, Eminli küp qəbrini Azərbaycanın cənub-şərqində qədim dövrə aid həm yerli istehsal, həm də xaricdən gətirilən dəyərli əşyaları özündə ehtiva edən hələlik yeganə zəngin dəfn abidəsi hesab etmək olar.

Qubada ayılar daha bir kəndə hücum etdilər  Təhlükə böyüyür like
  • 23 Sen 14:49  
Digərləri Qubada ayılar daha bir kəndə hücum etdilər Təhlükə böyüyür

Quba rayonunda ayılar daha bir kəndə hücum ediblər.

arrow Ətraflı
Uşaq Avroviziya müsabiqəsində Azərbaycanı o təmsil edəcək like
  • 23 Sen 14:41  
Şou-biznes Uşaq Avroviziya müsabiqəsində Azərbaycanı o təmsil edəcək

Azərbaycanın Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində təmsilçisinin ad�

arrow Ətraflı
Tanınmış vəkil nazirlikdəki vəzifəsindən nə vaxt çıxarılıb? like
  • 23 Sen 14:30  
Digərləri Tanınmış vəkil nazirlikdəki vəzifəsindən nə vaxt çıxarılıb?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı

arrow Ətraflı
Əməkdar artist: "Televiziyalarda məni təhqir edirlər" like
  • 23 Sen 14:22  
Şou-biznes Əməkdar artist: "Televiziyalarda məni təhqir edirlər"

Əməkdar artist Könül Kərimova açıqlamaları ilə diqqət çəkib . 

arrow Ətraflı
Rusiyanın sərhəd gəmisi Bakı limanında  FOTO like
  • 23 Sen 14:15  
Digərləri Rusiyanın sərhəd gəmisi Bakı limanında FOTO

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Rusiya Federasiyasın�

arrow Ətraflı
Robert De Niro biznesə başladı like
  • 23 Sen 13:43  
Şou-biznes Robert De Niro biznesə başladı

Amerikalı məşhur aktyor Robert De Niro Karib dənizində yerləşən Barbuda

arrow Ətraflı
Yenə hədələdi: Yeni gizli silahlar əldə etdik like
  • 23 Sen 13:30  
Dünya Yenə hədələdi: Yeni gizli silahlar əldə etdik

Şimali Koreya lideri Kim Çen In yenidən siıah arsenalı ilə göz dağı ver

arrow Ətraflı
Okeanın dibində milyonluq "avtomobil qəbiristanlığı" like
  • 23 Sen 13:18  
Digərləri Okeanın dibində milyonluq "avtomobil qəbiristanlığı"

2022-ci ilin martında Atlantik okeanında böyük bir faciə baş verdi.

arrow Ətraflı
Nizami Səfərov "PeşəFest" adlı layihə çərçivəsində baş tutan tədbirdə iştirak edib  FOTO like
  • 23 Sen 13:17  
Digərləri Nizami Səfərov "PeşəFest" adlı layihə çərçivəsində baş tutan tədbirdə iştirak edib FOTO

Millət vəkili Nizami Səfərov Tovuz şəhərində Əmək və Əhalinin Sosial

arrow Ətraflı
Mərhum meyxanaçının anası vəfat etdi like
  • 23 Sen 12:53  
Şou-biznes Mərhum meyxanaçının anası vəfat etdi

Mərhum meyxanaçı Xəyyam Əhmədlinin anası Zöhrə Quliyeva dünyasını d�

arrow Ətraflı
"Qızılın qiyməti 2028cu ilin sonuna qədər kəskin bahalaşacaq"  Ekspert like
  • 23 Sen 12:50  
Digərləri "Qızılın qiyməti 2028cu ilin sonuna qədər kəskin bahalaşacaq" Ekspert

"2025-ci ilin yanvarından sentyabrına qədər qızılın 1 unsiyası 2,72

arrow Ətraflı
Bu ayın pensiyaları tam ödəndi like
  • 23 Sen 12:44  
Digərləri Bu ayın pensiyaları tam ödəndi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

arrow Ətraflı
Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi like
  • 23 Sen 12:24  
Dünya Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi

Gürcüstanda Rusiya və Azərbaycan vətəndaşları narkotik vasitələrin qan

arrow Ətraflı