BQXKnin Azərbaycandakı nümayəndəliyi sabah bağlanır
Digərləri 02 Sen 2025 14:07:00 99 0
Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Hökumətinin qərarı ilə 3 sentyabr 2025-ci il tarixində ölkədəki nümayəndəliyini bağlayacaq.
Bu xəbəri də oxu: “ARB 24” TV Trend İnformasiya Agentliyinin yaranmasının 30 illiyi münasibətilə reportaj hazırlayıb
Bu barədə Son.az-a BQXK-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, BQXK öz mandatına və ölkənin Cenevrə Konvensiyaları üzrə öhdəliklərinə uyğun olaraq beynəlxalq humanitar hüququn (BHH) himayə etdiyi şəxslərə dəstək göstərmək üçün Azərbaycanın hakimiyyət orqanları ilə qarşılıqlı əlaqədə olmağa davam edəcək.
"Biz humanitar diplomatiya, BHH və ortaq maraq mövzusu olan digər humanitar məsələlərə dair dialoqumuzu davam etdirmək niyyətindəyik.
1992-ci ildən başlayaraq BQXK münaqişədən zərər çəkmiş insanların təcili və zəruri ehtiyaclarını qarşılamağa kömək etmiş, zərər çəkmiş insanlara psixososial dəstək göstərib, kritik əhəmiyyəti olan infrastrukturu təkmilləşdirmiş və mina və digər partlayıcı sursatlarla çirklənmiş ərazilərdə mina risklərinə dair maarifləndirmə və təhlükəsiz davranış layihələri həyata keçirib.
BQXK beynəlxalq humanitar hüququn icrasının təbliğində və münaqişə ilə əlaqədar itkin düşmüş insanların taleyinə aydınlıq gətirilməsində hakimiyyət orqanlarına dəstək göstərib.
Biz münaqişə ilə əlaqədar saxlanılan şəxslərə baş çəkərək onların saxlanma şəraitinin və onlarla rəftarın monitorinqini aparmış, ailələri ilə əlaqələrinin qorunmasına kömək etmişik. Biz gördüyümüz bütün işlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti, nazirliklər və dövlət qurumları, eləcə də Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Beynəlxalq Federasiyası kimi tərəfdaşlarımızla sıx əməkdaşlıq etmişik", - deyə məlumatda qeyd edilib.
Bu ilin I yarısında Bakı yaşayış xərclərinə görə şəhərlər reytinq

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş v

Sentyabrın 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Q

Çinin Tyançjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatın�

"Nestle" şirkətinin CEO-su Laurent Freixe iş yerindəki birbaşa

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissi

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bi

Astrologiyaya görə bəzi bürclər çətinliklər qarşısında geri çəkilmi

Ümumi təhsil müəssisələrində tətbiq edilən vahid məktəbli geyimlərin

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Bu gün sübh vaxtı Abşeron rayonu Masazır qəsəbəsində fərdi yaşayış

Psixoloq və Yel Universitetinin müəllimi Emma Seppala uğurlu insanların he�

Xalq artisti Miri Yusifin yeni görüntüsü marağa səbəb olub.

Meyxanaçı Namiq Qaraçuxurlu evindən yeni görüntülər paylaşıb.
