Azərbaycanda pulla qulaq SINDIRMAQ niyə trend oldu?
Digərləri 28 Avq 2025 05:05:00 82 0
Son günlər Azərbaycanda maraqlı, eyni zamanda narahatedici bir meyl yayılıb.
Bu xəbəri də oxu: İş adamı müştərini küçədə
Son.az xəbər verir ki, bəzi gənclər arasında "idmançı görünüşü" əldə etmək üçün qulaqlarını bilərəkdən zədələtmək dəbə çevrilib. Hətta sosial şəbəkələrdə bu məqsədlə xüsusi səhifələr yaradılıb və "qulaq qırma xidməti" təklif olunur.
Xidmət göstərən şəxslər çəkdikləri videoları paylaşaraq həm "nəticəni nümayiş etdirir", həm də yeni müştərilər toplamağa çalışırlar. Qiymətlər isə gənclər üçün əlçatan hesab edilir.
Bu "xidmət"i göstərənlərlə əlaqə saxlanılıb. Bildiriblər ki, bir qulağın qırılması 70 manata başa gəlir.
Məsələylə bağlı danışan tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, insanın öz taleyiylə, səhhətiylə bağlı məsələlər onun öz qərarına bağlıdır:
"Lakin bir şeyi nəzərə almaq lazımdır ki, əgər bunlar ictimai təhlükə yaradırsa, buna dövlət də müdaxilə etməlidir. Bu işi görən adamların lisenziyası varmı? Onlar ciddi şəkildə araşdırılmalıdır. Ümumiyyətlə, lisenziyasız hər hansı bir tibbi fəaliyyət qadağan edilməli və bununla bağlı təqiblər olmalıdır. Heç bir travma orqanizmə təsirsiz ötüşmür. Qulaq qırılanda seyvanı zədələnir və bu da özəlliklə yaşlananda insanın eşitməsinə təsir edir".
Psixoloq Elnur Rüstəmov bildirib ki, "idmançı görünüşü" üçün qulaq sındırma tendensiyası, əslində, narahatedici sosial-psixoloji problemdir: "Gənclər arasında bu cür davranış əslində bir çox səbəblərdən qaynaqlnır. Səbəblərdən biri kimlik axtarışıdır. Xüsusən, gənclik dövründə insanlar "mən kiməm?" sualına cavab axtarır. İdmançıya bənzəmək, "qorxmaz və güclü" obrazı yaratmaq bir çox gəncin həm yaşıdları, həm də sosial mühit qarşısında qəbul olunmaq üçün seçdiyi yoldur. Belə ki, qulağın sındırılması xarici görünüşdə sərtlik və "döyüşçü" imici yaradır. Bu isə onlarda bir növ kimlik təsdiqi rolunu oynayır. Başqa bir səbəb kimi sosial şəbəkələri qeyd edə bilərik. Çünki, sosial media müasir gənclərin davranışlarında çox böyük rol oynayır. Bu gün artıq müəyyən davranış və ya görüntü sosial şəbəkədə "trend" olur və gənclər arasında sürətlə yayılır. Qulaq sındırmaq da bir növ "status simvolu" kimi təqdim olunduqda, insanlar onu izləyir və təqlid edirlər. Nəzərə alsaq ki, ödənişli xidmətlərin yaranması bu prosesi kommersiyalaşdıraraq daha geniş yayılmasına səbəb olur".
Psixoloqun sözlərinə görə, başqa bir səbəb özünüifadə və fərqlənmə istəyidir: "Psixoloji olaraq insan sosial mühitdə diqqət çəkmək, unikallığını göstərmək istəyir. Bəziləri üçün bu elm, incəsənət və ya idmanda özünü təsdiq etməklə olur, bəziləri isə daha kəskin yollar seçir. Qulaq sındırmaq ağrılı və riskli olsa da bir qrup gənc üçün "cəsarət" və "fərqlilik" göstəricisi kimi qəbul edilir".
Elnur Rüstəmov bildirib ki, güc və aqressiya da bu səbəblər sırasına daxildir: "Döyüş növləri ilə məşğul olan idmançılarda qulaqların deformasiyası təbii prosesdir. Bu, bir növ "mübarizə keçmiş insan" simvoluna çevrilib. İdmanla heç bir əlaqəsi olmayan gənclər belə həmin simvolu süni şəkildə özündə yaratmaqla "güclü və qorxmaz" obrazı qazanmağa çalışırlar. Ən böyük səbəblərdən biri də psixoloji boşluqlar və özünəinam problemidir. Dolayısı ilə gənclərin daxili psixoloji ehtiyaclarıdır. Özünə inamı zəif, sosial dəstəyi az olan gənclər daha çox belə davranışlara meyl edir. Onlar hesab edirlər ki, xarici görünüşdə sərtlik qazanmaqla daxili boşluqları ört-basdır edə bilərlər".
Psixoloq qeyd edib ki, bu tendensiya, əslində, gənclərin sağlam psixoloji dəstəyə, düzgün rol modellərinə və sosial dəstək mühitinə olan ehtiyacını göstərir:
"Bu gün gənclərin qəbul olunmaq, diqqət çəkmək, güclü görünmək, sosial mediada özünü təsdiqləmək ehtiyacı yüksəkdir. Burada əsas həll yolu cəmiyyət olaraq sağlam dəyərləri təşviq etmək, gənclərə özünüifadə üçün daha yaradıcı və sağlam imkanlar təqdim etməkdir. Əks halda bu cür təhlükəli tendensiyalar yayılmağa davam edəcək" - deyə, o bildirib. //Lent.az
Bir çox sürücülər yalnız indi paneldəki "A" işarəli düyməni

Ağcaqanad dişləmələri təkcə qaşınma yaratmır, müxtəlif xəstəliklə

Rəqqasə Rəna Ağamuradova (Renka) çimərlik geyimində görüntülərini yay

Cənubi Koreya Milli Assambleyası məktəblərdə dərs saatlarında mobil tele

İspartanın Senirkent rayonunda dəhşətli hadisə baş verib.

Türkiyəli məşhur müğənni və aktyor Özcan Deniz iki villasını qardaş�

"ChatGPT" neyroşəbəkəsinin sahibi "OpenAI" şirkəti ça

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas se�

Xalq artisti Aygün Kazımovanın sosial şəbəkədə yayılan videosu marağa

Prezident İlham Əliyev rəsmi sosial şəbəkə hesablarında "Qarabağ&q

Ölkə əhalisinin 2.3 milyon nəfərini və 22.5 faizini gənclər təşkil edi

Milli Gənc Tamaşaçılar Teatrının rejissoru, Əməkdar artist Nicat Kazımo
