Ceyhun Bayramov Fransa səfirini qəbul edib
Siyasət 27 Avq 2025 18:23:00 80 0
27 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının ölkəmizdəki səfiri Ann Buayonu Azərbaycandakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Bu xəbəri də oxu: Prezident: Azərbaycanla Moldova arasında əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
XİN-dən Son.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Fransa münasibətləri, habelə regional və beynəlxalq məsələlər əsas müzakirə mövzuları olub.
Nazir Ceyhun Bayramov səfir Ann Buayonun ölkəmiz üçün tarixi və əlamətdar bir dönəmdə Fransanın Azərbaycanda səfiri qismində fəaliyyət göstərdiyini bildirib. Ölkəmizdə öz diplomatik fəaliyyətini yekunlaşdıran səfir Ann Buayona bundan sonrakı fəaliyyətində uğurlar arzu olunub.
Azərbaycan-Fransa münasibətlərində mövcud çətinliklər və çağırışlara baxmayaraq, dialoq kanallarının açıq saxlanılmasının vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi regional sülh gündəliyinin irəlilədilməsi istiqamətində atılan addımlar, o cümlədən tarixi Vaşinqton görüşünün nəticələri və təfərrüatları barədə məlumatlandırıb.
Ölkəmizin hər zaman sülh tərəfdarı olduğu və Vaşinqton görüşünün də bunu sübut etdiyi diqqətə çatdırılıb.
Vaşinqton görüşü çərçivəsində "Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in mətninin paraflanması, habelə keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların bağlanması ilə əlaqədar birgə müraciətin ünvanlanmasının əhəmiyyəti qeyd olunub.
Səfir Ann Buayon, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə göstərilən dəstək və əməkdaşlığa görə təşəkkürünü ifadə edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ukrayna hökuməti dövlət sərhədini keçmə qaydasını yeniləyib.

Sentyabrın 13-14-də Şamaxıda Üzüm və Şərab Festivalı keçiriləcək.

Kazanda "Yeni dalğa 2025" beynəlxalq musiqi müsabiqəsi başa çat�

Hazırda Bakı metropoliteninin xətlərində 347 vaqon (66 qatar tərkibi) sər

Xalq artisti Nazpəri Dostəliyeva sosial şəbəkədə nəvəsi ilə maraqlı g

Bir müddətdir narkotik aludəçiliyindən əziyyət çəkən aparıcı Nəsimi

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda qətldə şübhəli bilinən şəxslə

Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su a

Ukraynada müharibədən qaçan qadın ABŞ-da qətlə yetirilib.

Bu il ali təhsil müəssisələrinə 57 min 236 nəfər qəbul olunub. Tələb�

Abşeron rayon Xırdalan şəhərində DOST Mərkəzində yanğın başlayıb.

Müğənni Dilarə Kazımova klip çəkilişi zamanı maraqlı anlarla gündəm�

Suriya prezidenti Əhməd Əl-Şaraa "Müsəlman Qardaşlar" hərəkat

Xarici təhlükələrdən qorunmanın çoxpilləli sistemi ilə tanış oluruq.

Astroloqların proqnozlarına görə, yaxın günlərdə bəzi bürclərin maliy
