Tanınmış ekshakim: “Uşağı boğaraq öldürən şəxsə ömürlük cəza verdim”
Digərləri 27 Avq 2025 15:10:00 77 0
"Hakim işlədiyim dövrdə bir qərarı qəbul etmək mənim üçün çox çətin olub, əziyyət də çəkmişəm".
Bu xəbəri də oxu: Ciddi sınaqlarla üzləşəcək BÜRCLƏR açıqlandı
Bunu "Kazusmedia" "Youtube" kanalına müsahibəsində sabiq prokuror və məhkəmə hakimi, Vəkillər Kollegiyasının üzvü Mirzə Xankişiyev deyib.
O qeyd edib ki, hakim vəzifəsində çalışdığı dövrdə icraatında olan bir ölüm hadisəsinə görə təqsirləndirilən şəxsə ömürlük cəza verib:
"İşin mahiyyəti bu idi ki, bir nəfər bir ailənin beşinci sinifdə oxuyan uşağını məktəbdən oğurlayıb. Uşaq da həmin şəxsi tanıdığı üçün onunla birlikdə gedib. Onların uzaq qohumluq əlaqələri vardı. Məqsədi isə uşağın atasından pul almaq imiş. Sonra həmin şəxs ağzına parça tutub, uşağın atasına zəng edir ki, "30 min dollar göndər, övladını geri qaytaraq"".
Mirzə Xankişiyev bildirib ki, təqsirləndirilən şəxs qorxduğu üçün ikinci dəfə uşağın atasına zəng vurmayıb:
"Köhnə tikililərin birində o, uşağı məftillə boğaraq öldürüb. Bu, çox dəhşətli bir hadisə idi. Həmin uşaq ailənin yeganə övladı idi. Bu isə o demək idi ki, həmin şəxs bir ailəni məhv elədi".
Sabiq hakim deyib ki, bu, həmin şəxsin ilk cinayət hadisəsi olmasına baxmayaraq, ona ömürlük azadlıqdan məhrumetmə cəzası verib:
"O, cəmiyyətə yaramayan bir şəxs idi. Həmin şəxsin cəmiyyət içərisində yaşaması məqsədəuyğun deyildi".
Qeyd: Mirzə Xankişiyev 1991-1993-cü illərdə Sabirabad Rayon Prokurorluğunda baş müstəntiq, 1993-2004-cü illərdə Bakı Şəhəri Əzizbəyov rayon prokurorunun köməkçisi, prokuror-kriminalisti, 2004-2008-ci illərdə Bakı Şəhəri Sabunçu Rayon Prokurorluğunun prokuror-kriminalisti, 2008-2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi, 2011-2022-ci illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışıb. O, hazırda Vəkillər Kollegiyasının üzvüdür.
Məşhur aktrisa Pərvin Abıyeva son günlərin trendinə qoşularaq paylaşdı

Xəbər verdiyimiz kimi, Bakıda beyin cərrahı, doktor Pərvin Mirzəliyev 32

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39A ünvanında yerləş

Fransa tərəfindən çağırılan ABŞ səfiri əvəzinə öz müvəqqəti işl

Quba-Xınalıq yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Rayonun

"Kiralık aşk" serialındakı Koray obrazı ilə məşhurlaşan aktyo

Cənubi Qafqaz mürəkkəb geosiyasi dinamika və əsrlərlə davam edən münaq

Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin sabiq rəisi, polkovni

Texas ştatı üzrə Respublikaçılar Partiyasından Konqres namizədi Valentin

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Abşeron rayonunun Saray qəsəbəsində genişmiqyaslı yaşayış kompleksi in

Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrində qrupların kom
