Azərbaycan–Türkmənistan–Özbəkistan: Regional inteqrasiyada yeni başlanğıc


Siyasət 23 Avq 2025 13:31:00 73 0

Azərbaycan–Türkmənistan–Özbəkistan: Regional inteqrasiyada yeni başlanğıc

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən görüş region üçün mühüm strateji əhəmiyyət kəsb edir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

S. Mikayılova qeyd edib ki, bu üç qardaş ölkənin liderlərinin bir araya gəlməsi yalnız üçtərəfli münasibətlərin deyil, həm də bütövlükdə Orta Asiya və Cənubi Qafqaz regionlarının gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından vacib hadisədir:

"Bu görüşün önəmi bir neçə aspektdə özünü göstərir. İlk növbədə, Azərbaycan, Türkmənistan və Özbəkistan coğrafi baxımdan Şərq ilə Qərbi, həmçinin Şimal ilə Cənubu birləşdirən vacib körpü funksiyasını yerinə yetirən ölkələrdir. Bu isə onları regional nəqliyyat-logistika, enerji və ticarət əlaqələrinin inkişafında əsas aktorlara çevirir".

S. Mikayılova əlavə edib ki, Azərbaycan və Türkmənistan xalqları arasında əlaqələrə nəzər salsaq görərik ki, qədimdən bu günə qədər Orta Asiya və Qafqaz regionunda yerləşən türkdilli qardaş xalqlardır.

"Hər iki xalqın mədəniyyətində türklüyün ortaq elementləri, dini inanclar və adət-ənənələr dərin köklərə malikdir. Azərbaycan və Türkmənistan müstəqillik qazandıqdan sonra qarşılıqlı hörmət və dostluq ruhunda siyasi münasibətlər qurublar. İki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir və bu, xüsusilə Xəzər dənizi məsələlərində, enerji resurslarının bölüşdürülməsi və regional təhlükəsizlik sahəsində özünü göstərir. Son illərdə, xüsusilə Xəzər dənizində yerləşən enerji yataqları üzrə əldə edilən razılaşmalar iki ölkənin əməkdaşlığını daha da möhkəmləndirib. "Dostluq" yatağının birgə işlənməsi ilə bağlı qərarlar iki ölkə arasındakı qarşılıqlı etimadın göstəricisidir", - deputat vurğulayıb.

Onun sözlərinə görə, görüşdə ölkələr arasında bir neçə sənədin imzalanması dövlətlərarası əlaqələrin daha da genişlənməsinə səbəb olacaq:

"İmzalanan sənədlərdən biri ölkəmizlə Türkmənistan arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı barədə imzalanmış Anlaşma Memorandumudur. Bu sənəd iki ölkənin hava nəqliyyatı sahəsində əməkdaşlığının genişləndirilməsinə yönəlib. Bunun beynəlxalq hava marşrutlarının yaradılması, sərnişin və yük daşımalarının artırılması, həmçinin qarşılıqlı turizm və iqtisadi əlaqələrin inkişafına töhfə verməsi gözlənilir. Rəqəmlərə nəzər salsaq görərik ki, bu ilin altı ayında Türkmənistandan Azərbaycana səfər edən turistlərin sayı artıb. Bu anlaşmadan sonra Türkmənistandan ölkəmizə gələn turistlərin sayının daha da artacağı gözlənilir".

S. Mikayılova vurğulayıb ki, Füzuli şəhəri ilə Türkmənistanın Arxadağ şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokolun imzalanması da böyük əhəmiyyət daşıyır.

"Bu sənəd iki şəhər arasında qarşılıqlı dostluq, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın inkişafını nəzərdə tutur. Qardaşlaşma əlaqələri çərçivəsində tərəflər təcrübə mübadiləsi, birgə layihələrin təşkili, turizm və təhsil sahəsində əməkdaşlıq, həmçinin sosial və mədəni tədbirlərin keçirilməsi üzrə fəaliyyət göstərəcək. Bu addım Azərbaycan-Türkmənistan qardaşlığının daha da möhkəmlənməsinə və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına xidmət edir. Füzuli şəhərinin yenidən qurulması və inkişafı prosesində Arxadağ şəhəri ilə əməkdaşlıq əlaqələrinin qurulması, bölgədə sülh və sabitliyin bərqərar olması baxımından xüsusi önəm daşıyır. Türkmənistanın hədiyyə olaraq Füzulidə məscid tikməsi isə ölkəmizə olan dəstəyin bariz nümunəsidir", - o əlavə edib.

Deputat bildirib ki, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə də Anlaşma Memorandumu imzalanıb:

"Bu sənəd üç ölkə arasında nəqliyyat infrastrukturlarının əlaqələndirilməsi, yük və sərnişin daşımalarının asanlaşdırılması, logistika xidmətlərinin təkmilləşdirilməsi və regional nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığı nəzərdə tutur. Memorandum, həmçinin Orta Asiya və Qafqaz regionlarında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və ticarət əlaqələrinin genişləndirilməsi üçün mühüm platforma yaradır. Tərəflər sənəd çərçivəsində qarşılıqlı təcrübə mübadiləsi, texniki dəstək və investisiya imkanlarının artırılması istiqamətində də fəaliyyət göstərəcəklər. Bu əməkdaşlıq "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizləri kimi strateji layihələrin inkişafına da təkan verəcək".

Deputat qeyd edib ki, görüş zamanı imzalanan bir neçə sənəd ölkələr arasında əməkdaşlığın müxtəlif sahələrdə, xüsusilə nəqliyyat, enerji, ticarət və iqtisadiyyat sahələrində daha da genişlənməsinə zəmin yaradır.

"Bu sənədlər regional inteqrasiyanın dərinləşdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, birgə investisiya layihələrinin təşviqi və enerji resurslarının səmərəli idarə olunması kimi mühüm istiqamətləri əhatə edir.

Türkmənbaşı görüşü Azərbaycan, Türkmənistan və Özbəkistan arasında qarşılıqlı anlaşma və strateji əməkdaşlığın möhkəmlənməsi üçün yeni imkanlar açdı. İmzalanan sənədlər və razılaşmalar üç ölkənin regional inteqrasiya, iqtisadi inkişaf və enerji təhlükəsizliyi istiqamətində mühüm addımlar atmasına şərait yaradır. Bu da öz növbəsində bölgədə sülh, sabitlik və rifahın təmin olunmasına öz töhfəsini verəcək," - deyə S. Mikayılova fikirini tamamlayıb.

Milli Qəhrəman Şükür Həmidovun oğlu bu universitetə qəbul oldu like
  • 23 Avq 13:30  
Digərləri Milli Qəhrəman Şükür Həmidovun oğlu bu universitetə qəbul oldu

Milli Qəhrəman Şükür Həmidovun oğlu Nurlan Həmidli Türkiyənin Eskişeh

arrow Ətraflı
Sunami zamanı sualtı qayıqlar təhlükəsiz olur? like
  • 23 Avq 13:10  
Digərləri Sunami zamanı sualtı qayıqlar təhlükəsiz olur?

Bir çox insanlar sunami zamanı sualtı qayıqların ən etibarlı sığınacaq

arrow Ətraflı
İstirahət günü Bakıda 34 dərəcə isti olacaq like
  • 23 Avq 13:04  
Digərləri İstirahət günü Bakıda 34 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.

arrow Ətraflı
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi like
  • 23 Avq 12:45  
Kriminal Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Bu gün səhər saat 09 radələrində paytaxtın Yasamal rayonu ərazisində 45

arrow Ətraflı
Məşhur serialın aktrisası "Eşref Rüya"ya keçdi like
  • 23 Avq 12:39  
Şou-biznes Məşhur serialın aktrisası "Eşref Rüya"ya keçdi

"Teşkilat" serialında sonuncu dəfə ekranlara çıxan Ebru Nil Ayd�

arrow Ətraflı
Brüssel təzyiq edir, Tbilisi boyun əymir like
  • 23 Avq 12:32  
Siyasət Brüssel təzyiq edir, Tbilisi boyun əymir

Gürcüstan minilliklər boyu sadəcə bir ərazi yox, sivilizasiyalar dəhlizi

arrow Ətraflı
Füzulidə yanğın o törədibmiş  saxlanıldı like
  • 23 Avq 12:24  
Digərləri Füzulidə yanğın o törədibmiş saxlanıldı

Avqust ayının 22-də Füzuli rayonunun Qayıdış qəsəbəsinin ərazisində

arrow Ətraflı
Niderland hökumətində sanksiya böhran  9 nazir vəzifəsindən getdi like
  • 23 Avq 12:04  
Dünya Niderland hökumətində sanksiya böhran 9 nazir vəzifəsindən getdi

Niderland hökumətində İsrailə qarşı əlavə sanksiyaların tətbiqi ilə

arrow Ətraflı
Həkimlərin rəqs etdiyi görüntülərdə əməliyyat olunan pasiyent danışdı like
  • 23 Avq 11:48  
Digərləri Həkimlərin rəqs etdiyi görüntülərdə əməliyyat olunan pasiyent danışdı

Əməliyyat olunan pasiyent çılpaq halda çəkilmiş görüntülərinin sosial

arrow Ətraflı
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq like
  • 23 Avq 11:34  
Digərləri Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq

Nəsimi rayonu Alı Mustafayev küçəsində (Ceyhun Səlimov küçəsi ilə kə

arrow Ətraflı
Səbail rayonunda narkokuryer saxlanıldı: 10 kq marixuana aşkarlandı like
  • 23 Avq 11:27  
Digərləri Səbail rayonunda narkokuryer saxlanıldı: 10 kq marixuana aşkarlandı

Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin sa

arrow Ətraflı
RusiyaUkrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu like
  • 23 Avq 11:09  
Digərləri RusiyaUkrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu

Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak ed

arrow Ətraflı
Valentina Matviyenko Mehriban Əliyevanı təbrik edib like
  • 23 Avq 11:00  
Siyasət Valentina Matviyenko Mehriban Əliyevanı təbrik edib

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina M

arrow Ətraflı
Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu like
  • 23 Avq 11:00  
Digərləri Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu

Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyinat alıb.

arrow Ətraflı