Ən güclü rəqabət hansı qrupdadır? Qəbulla bağlı real gözləntilər


Digərləri 22 Avq 2025 09:46:00 48 0

Ən güclü rəqabət hansı qrupdadır?  Qəbulla bağlı real gözləntilər

Bu gün ali təhsil müəssisələrinə qəbul üçün ixtisas seçimi prosesi  başa çatıb. 

Bu xəbəri də oxu: Generalın yerinə o təyin edildi

Son.az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, ümumilikdə 86 460 abituriyent və subbakalavr elektron sistem vasitəsilə ixtisas seçimini təsdiqləyib. Onların paylanması ixtisas qrupları üzrə fərqlidir və rəqabət hər qrupa görə müxtəlif səviyyədədir.

I qrupun alt qruplarında abituriyent çatışmazlığı: Plan yerləri sənəd verənlərdən daha çox olub

Birinci ixtisas qrupu üzrə 20 385 plan yeri mövcud olduğu halda, 23 919 nəfər ərizəsini təsdiqləyib. Riyaziyyat-kimya alt qrupunda 12 955 plan yeri mövcuddur və burada təxminən 11 800 nəfər iştirak edir. Riyaziyyat-informatika alt qrupunda isə 7 430 yerə qarşı 6 850 nəfər ixtisas seçib. Nəticədə bu qrupda 3 500-ə yaxın abituriyentin müsabiqədə uğur qazanmayacağı gözlənilir.

II qrup üzrə namizədlərin sayı plan yerlərini üstələyib: 4 100-ə yaxın namizəd qəbul ola bilməyəcək

İkinci ixtisas qrupu üzrə 14 935 plan yerinə təxminən 19 000 nəfər ərizə verib. Bu rəqəmlər əsasında 4 100-ə yaxın namizədin qəbul imkanını əldə edə bilməyəcəyi proqnozlaşdırılır.

Ən yüksək rəqabətin müşahidə olunduğu qrup: 6000-dən çox abituriyent qəbul şansını itirib

Üçüncü ixtisas qrupu ölkədə ən yüksək rəqabətin müşahidə olunduğu qrupdur. Burada 15 583 plan yerinin təqdim olunmasına baxmayaraq, 24 414 abituriyent və subbakalavr ixtisas seçimi ərizəsini təsdiqləyib. Dil-tarix alt qrupunda 13 558 yer mövcuddur və təxminən 24 min nəfər bu qrupda iştirak edir. Tarix-coğrafiya alt qrupunda isə 2 025 plan yerinə qarşı 7 620 nəfər müraciət edib. Bu isə 6000-dən çox abituriyentin qəbul şansı qazana bilməyəcəyini göstərir.

IV qrupda 2 200-ə yaxın abituriyent kənarda qalacaq

Dördüncü ixtisas qrupu üzrə 4 732 yer mövcud olub, lakin 6 966 nəfər ərizə verib. Müsabiqədə iştirak edənlərin sayı isə 5 420 civarındadır. Burada qəbul imkanı əldə edə bilməyənlərin sayı 2 200-ə yaxın olacaq. Bu ixtisas qrupunda balı 600-dən çox olan abituriyentlərin sayı 960-980 nəfər arasındadır ki, bu da rəqabətin səviyyəsini əks etdirir.

V qrupda kritik vəziyyət: 4 700 yer üçün 16 500 nəfər mübarizə aparacaq

Beşinci ixtisas qrupu üzrə 4 700-dən bir qədər çox plan yeri mövcuddur, müraciət edənlərin sayı isə təxminən 16 500 nəfərdir. Bu, 11 000-dən çox abituriyentin müsabiqədən kənar qalacağını göstərir.

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə qeyd edib ki, ölkə üzrə ümumilikdə 60 914 plan yeri mövcuddur və onların təxminən 28 600-ü dövlət sifarişi əsasında təmin edilir. Dövlət sifarişli yerlərə qəbul şansı isə seçimini diqqətlə edən namizədlər üçün daha yüksəkdir.

Ümumilikdə, keçid ballarında müəyyən azalmalar proqnozlaşdırılır. Məsələn, 600-700 bal aralığında keçid balları ötən illə müqayisədə təxminən 5 ballıq azalma göstərə bilər. 500 baldan yuxarı ballarda keçid ballarının səviyyəsi əsasən sabit qalacaq, 400-300 bal aralığında isə ciddi dəyişiklik gözlənilmir.

Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri ilə təkbətək görüşü olub  FOTO like
  • 22 Avq 09:27  
Siyasət Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri ilə təkbətək görüşü olub FOTO

Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prez

arrow Ətraflı
Bu günün valyuta məzənnələri like
  • 22 Avq 09:20  
Digərləri Bu günün valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Meşəlik ərazidə əməliyyat  Saxlanılan var like
  • 22 Avq 09:13  
Digərləri Meşəlik ərazidə əməliyyat Saxlanılan var

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik

arrow Ətraflı
Muraddan Ülviyyə ilə bağlı PAYLAŞIM  FOTO like
  • 22 Avq 08:48  
Şou-biznes Muraddan Ülviyyə ilə bağlı PAYLAŞIM FOTO

Aktyor Murad İsmayıl ayrıldığı xanımı Ülviyyə Xalinbəyova ilə bağl�

arrow Ətraflı
Dişlərinizin rəngi xəstəliyinizdən xəbər verir like
  • 22 Avq 08:08  
Digərləri Dişlərinizin rəngi xəstəliyinizdən xəbər verir

Diş rəngindəki dəyişiklik sadəcə estetik məsələ deyil, bəzən ciddi x

arrow Ətraflı
"Qadınlar pul qazanmağın yolunu tapıb, kişilər isə..." like
  • 22 Avq 07:07  
Şou-biznes "Qadınlar pul qazanmağın yolunu tapıb, kişilər isə..."

"Qadınlar pul qazanmağa daha meyillidilər, fərasətlidirlər. Kişilər

arrow Ətraflı
Əla səhər yeməyi fikri: Yalnız 5 dəqiqəyə sağlam yaşıl smuzi like
  • 22 Avq 06:06  
Digərləri Əla səhər yeməyi fikri: Yalnız 5 dəqiqəyə sağlam yaşıl smuzi

Səhər enerjinizi artırmaq və ya gün ərzində özünüzü təravətləndirm

arrow Ətraflı
Krispi albalı piroqu  McDonald'sdakı kimi: Əfsanəvi desertin resepti like
  • 22 Avq 05:05  
Digərləri Krispi albalı piroqu McDonald'sdakı kimi: Əfsanəvi desertin resepti

McDonald's-ın məşhur, xırtıldayan albalı piroqunu ev şəraitində haz

arrow Ətraflı
Bu gün nadir təbiət hadisəsi olacaq like
  • 22 Avq 04:04  
Digərləri Bu gün nadir təbiət hadisəsi olacaq

Avqustun 22-də səma nadir kosmik hadisəyə "Qara Ay"a şahidlik ed�

arrow Ətraflı
"Sony"nin hər bir oyunçunun istədiyi 5 yeni PC oyun cihazı satışa çıxdı like
  • 22 Avq 03:03  
Digərləri "Sony"nin hər bir oyunçunun istədiyi 5 yeni PC oyun cihazı satışa çıxdı

Sony özünün InZone brendi altında PC oyun aksesuarları bazarına tamhüquql

arrow Ətraflı
Bu supermeyvə ürək və beyin sağlamlığını gücləndirə bilər like
  • 22 Avq 02:02  
Digərləri Bu supermeyvə ürək və beyin sağlamlığını gücləndirə bilər

Üzüm həm ilin ən dadlı, həm də ən sağlam mövsümi meyvələrindən bir

arrow Ətraflı
Bağırsaq və sümük sağlamlığı üçün qatığın yeyilməsi üçün ən yaxşı vaxt like
  • 22 Avq 01:01  
Digərləri Bağırsaq və sümük sağlamlığı üçün qatığın yeyilməsi üçün ən yaxşı vaxt

Qatığın düzgün zamanda yeyilməsi həzmi yaxşılaşdırır və bağırsaq

arrow Ətraflı
Məşhur ağrıkəsici şizofreniya simptomları yaratdı like
  • 22 Avq 00:42  
Digərləri Məşhur ağrıkəsici şizofreniya simptomları yaratdı

Amerikalı tədqiqatçılar qeyri-adi bir klinik hadisənin şahidi olublar.

arrow Ətraflı
Sami Yusifin İstanbuldakı konserti ilə bağlı maraqlı addım like
  • 22 Avq 00:28  
Şou-biznes Sami Yusifin İstanbuldakı konserti ilə bağlı maraqlı addım

Dünyaca məşhur müğənni Sami Yusif bu günlərdə Türkiyədə konsert verm

arrow Ətraflı