Zəngəzur dəhlizi: Türkiyədən 110 milyardlıq investisiya...
Siyasət 21 Avq 2025 23:52:00 70 0
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu sabah təməli qoyulacaq Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin təxminən 110 milyard lirəlik (təxminən 4,6 milyard manat) investisiya dəyərinə malik olduğunu açıqlayıb.
Bu xəbəri də oxu: Danışıqların fiaskosu: ABŞ Kremlin nəfəsini necə kəsir
Son.az xəbər verir ki, nazir layihə üçün daha əvvəl 2,4 milyard avro həcmində xarici kreditin təmin edildiyini xatırladaraq, bu xəttin ölkəyə valyuta gəliri gətirəcəyini bildirib.
Uraloğlu Türkiyənin Avrasiyanın logistika mərkəzindəki mövqeyini möhkəmləndirəcək dəmir yolu xəttinin 22 avqust, cümə günü təməl atma mərasimi ilə start götürəcəyini qeyd edib. O, xəttin Zəngəzur dəhlizinin əsas hissələrindən biri olacağına diqqət çəkib.
Nazir layihənin texniki xüsusiyyətləri barədə də məlumat verib. Onun sözlərinə görə, dəmir yolu xətti 224 kilometr uzunluğunda olacaq, ikizolaqlı, elektrikləşdirilmiş və siqnallaşdırma sistemi ilə təchiz ediləcək.
Layihə çərçivəsində illik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşınması planlaşdırılır. Xəttin inşasında 5 tunel, 19 açıq-qapalı tunel, 3 viyadük, 10 körpü, 144 yerlatı keçid, 27 yürüstü keçid və 480 suötürücü qurğu tikiləcək.
Uraloğlu bu layihənin yalnız yükdaşıma gücü ilə deyil, həm də tikinti keyfiyyəti, tunel və viyadük dizaynı ilə qabaqcıl mühəndislik nümunəsi olacağını vurğulayıb. Xəttin 2029-cu ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur. (Qaynarinfo)
Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva paylaş

Azərbaycanda 100 MVt-lıq günəş elektrik stansiyaların enerjisistemə inteq

Bir neçə gün öncə nəhəng gül buketinin görüntüləri sosial şəbəkə

Məşhur kolumbiyalı müğənni Şakira, Meksikanın Kabo şəhərində istirah

Ağdərədə baş verən güclü yanğın Ağdam rayon Papravənd kəndi ər

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar ol

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Xəbər verildiyi kimi, avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik

"WhatsApp" digər şəxs zəngə cavab vermədikdə səsli mesaj burax

Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişinin paraflanmasından so

Hadisə, Nicki Minajın başladığı trendlə çəkdirdiyi fotoda təsbeh və x

Əməkdar artist Suğra Bağırzadə imicində dəyişiklik edib.

Ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq istəyən abituriyentlər

Bakının mərkəzində çəkilən görüntü diqqət çəkib.
