Qazla bağlı yeni sabit aylıq tarif olacaq


Digərləri 19 Avq 2025 15:43:00 73 0

Qazla bağlı yeni sabit aylıq tarif olacaq

Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) müəyyənləşir, bu sıraya sabit tarif daxil edilir.

Son.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı "Qaz təchizatı haqqında" qanunda əksini tapıb.

Qanuna əsasən, qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) 2028-ci il iyulun 1-dən tənzimləyici tərəfindən müəyyən ediləcək və onun rəsmi internet saytında dərc olunacaq.

Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) aşağıdakılardır:

- qazın topdansatış tarifləri; - qazın nəqli tarifləri; - qazın saxlanması xidmətlərinin tarifləri; - qazın paylanması tarifləri; - istehlakçılara qazın pərakəndə satış tarifləri; - qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri; - qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri; - sabit tarif.

Sabit tarif qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif element olacaq.

Qaz təchizatı sektorunda qiymətlərin (tariflərin) müəyyən olunması zamanı nəzərə alınmalı olan itkilər sistem operatorlarının qaz itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydalarına uyğun olaraq hesablanacaq. Qaz təchizatı subyektləri və onlarla istehlakçılar arasında qarşılıqlı hesablaşmaların aparılması məqsədilə qazın ölçülməsi ilə bağlı məsələlər kommersiya uçotu qaydaları ilə tənzimlənəcək.

Keçid maddələrinə əsasən, qazın topdansatış, nəqli, saxlanması xidmətləri, istehlakçılara pərakəndə satış, qazın nəqli şəbəkəsinə qoşulma xidmətləri, və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri, o cümlədən sabit tarif bu qanunun qüvvəyə mindiyi gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək. Qazın paylanması tarifləri isə 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək. Qeyd edilənlər nəzərə alınmaqla, tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Bununla bərabər, qaz nəqli sistem operatoru, qazpaylayıcı sistem operatoru və qazın saxlanması sistem operatoru, habelə topdan və pərakəndə qaz satıcıları tərəfindən tənzimləyiciyə tənzimləmə haqqı ödəniləcək. Tənzimləmə haqqının məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək və həmin məbləğ 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək.

Bakıda cütlük nişan günü ayrıldı  Film kimi məhkəmə like
  • 19 Avq 15:28  
Digərləri Bakıda cütlük nişan günü ayrıldı Film kimi məhkəmə

Bakı məhkəmələrinin birində film ssenarisini xatırladan cinayət işi ara

arrow Ətraflı
Azərbaycanda SOCARın tabeliyində yeni hüquqi şəxslər yaradılacaq  FƏRMAN like
  • 19 Avq 15:21  
Siyasət Azərbaycanda SOCARın tabeliyində yeni hüquqi şəxslər yaradılacaq FƏRMAN

Azərbaycanda Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində yeni hüquqi şəx

arrow Ətraflı
Prezident “Qaz təchizatı haqqında” qanunu təsdiqlədi like
  • 19 Avq 15:14  
Siyasət Prezident “Qaz təchizatı haqqında” qanunu təsdiqlədi

Prezident İlham Əliyev Milli Məclisin iyulun 8-də qəbul etdiyi "Qaz t�

arrow Ətraflı
Finlandiyada parlament binasında ölüm hadisəsi baş verib like
  • 19 Avq 15:12  
Dünya Finlandiyada parlament binasında ölüm hadisəsi baş verib

Finlandiya parlament binasında dəhşətli hadisə qeydə alınıb.

arrow Ətraflı
Tərtərdəki əməliyyatda həbs edilən məmur azadlığa buraxıldı like
  • 19 Avq 14:58  
Digərləri Tərtərdəki əməliyyatda həbs edilən məmur azadlığa buraxıldı

Tərtər Rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti şöbəsini

arrow Ətraflı
Yataqxanalarla bağlı yeni qərar like
  • 19 Avq 14:44  
Digərləri Yataqxanalarla bağlı yeni qərar

"Yataqxana və hostellər. Layihələndirmə normaları" təsdiq edili

arrow Ətraflı
Ağac aşdı, “Möhtəşəm Yüz il"in aktyoru altında qaldı  FOTO like
  • 19 Avq 14:22  
Şou-biznes Ağac aşdı, “Möhtəşəm Yüz il"in aktyoru altında qaldı FOTO

Türkiyəli aktyor İbrahim Yıldız güclü küləyin təsiri ilə ağacın aş

arrow Ətraflı
ABB kartı olanlar DİQQƏT: Daha bir limit qoyuldu, faiz tutulacaq like
  • 19 Avq 14:21  
Digərləri ABB kartı olanlar DİQQƏT: Daha bir limit qoyuldu, faiz tutulacaq

Azərbaycan Beynəlxalq Bankı bank kartları ilə bağlı daha bir limit tətbi

arrow Ətraflı
Ev tikintisinə sərmayələr artdı: 7 ayda 1,5 milyard manat.. like
  • 19 Avq 14:10  
Digərləri Ev tikintisinə sərmayələr artdı: 7 ayda 1,5 milyard manat..

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş inves

arrow Ətraflı
Təyyarədə bələdçi Aydanla rastlaşdı  “Daha qəza olmayacaq...” like
  • 19 Avq 13:51  
Digərləri Təyyarədə bələdçi Aydanla rastlaşdı “Daha qəza olmayacaq...”

"AZAL təyyarəsinin qəzaya uğrama videolarını izləyən qardaşım oğ

arrow Ətraflı
Zelenski Trampla görüşə kostyum geyinməsindən danışdı like
  • 19 Avq 13:32  
Dünya Zelenski Trampla görüşə kostyum geyinməsindən danışdı

Zelenski Trampla görüşdə geydiyi kostyum barədə zarafat edib.

arrow Ətraflı
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ like
  • 19 Avq 13:15  
Digərləri Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Avqustun 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə

arrow Ətraflı
İrandan Azərbaycana 40 kq narkotik keçirilməsinin qarşısı alınıb like
  • 19 Avq 13:01  
Digərləri İrandan Azərbaycana 40 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

arrow Ətraflı
Unun topdansatış qiymətləri açıqlandı like
  • 19 Avq 12:48  
Digərləri Unun topdansatış qiymətləri açıqlandı

Avqustun 18-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəq

arrow Ətraflı