Tramp görüşü dayandırıb Putinə zəng etdi 40 dəqiqə nə danışıblar?


Siyasət 19 Avq 2025 11:20:00 76 0

Tramp görüşü dayandırıb Putinə zəng etdi  40 dəqiqə nə danışıblar?

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə Ağ Evdə görüşərkən iclası dayandıraraq Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı aparıb.

Son.az xəbər verir ki, Tramp və Putin arasında baş tutan telefon danışığı 40 dəqiqə davam edib. Uşakov bunu "açıq və olduqca konstruktiv" görüş adlandırıb. Ən əsas mövzunun Moskva və Kiyev arasında danışıqlarda təmsil səviyyəsinin artırılması olduğunu bildirib.

Bu açıqlama Trampın iddialı bəyanatları ilə bir qədər fərqlidir. Tramp görüşdən sonra Rusiya və Ukrayna liderləri arasında ikili zirvənin planlaşdırıldığını, hətta gələcəkdə üçtərəfli görüşün də mümkün ola biləcəyini söyləmişdi. Kremlin "təmsil səviyyəsinin artırılması" ifadəsi Putinin birbaşa zirvəyə qatılıb-qatılmayacağına dair suallar doğurub.

Almaniya Kansleri Merz bildirib ki, ABŞ, Ukrayna, NATO Baş katibi Mark Rutte və digər Avropa liderləri ilə Ağ Evdə görüşərək Zelenskini dəstəkləmək və Avropanın birgə maraqlarını qorumaq məqsədilə ABŞ-yə gediblər. Merz vurğulayıb ki, müzakirələrə Ukrayna da daxil olmalıdır və belə bir zirvə yalnız atəşkəs əldə olunduqda baş tuta bilər. Merz əlavə edib ki, Trump görüş zamanı Putin ilə danışaraq Rusiya və Ukrayna liderləri arasında iki həftə içində bir görüş təşkil olunmasına qərar verib.

Merz qeyd edib ki, Rusiyanın Ukraynanın Donbas bölgəsini tərk etməsini istəməsi, ABŞ-nin Floridadan imtina etməsinə bənzəyir və suveren dövlət belə bir qərarı asanlıqla verə bilməz. Merz Trampın Ukraynaya təhlükəsizlik təminatı verəcəyini açıqlamasını müsbət addım kimi qiymətləndirib.

NATO Baş katibi Mark Rutte isə görüşdən sonra açıqlama verərək, 30 ölkənin Ukrayna üçün təhlükəsizlik təminatları üzərində işlədiyini bildirib. O, ABŞ-nin də bu çərçivəyə qatılmaq istədiyini və rolunun detalları ilə bağlı müzakirələrin yaxın günlərdə davam edəcəyini qeyd edib.

Rutte bildirib ki, Tramp Rusiya Prezidenti Vladimir Putin ilə dialoq quraraq vəziyyəti yumşaltmağa çalışıb və eyni zamanda Rusiyaya təzyiq göstərib, buna görə də görüşü "çox uğurlu" adlandırıb. O qeyd edib ki, Trampın Putin ilə telefon danışığı zamanı Rusiya liderini Zelenski ilə üçtərəfli görüşdən əvvəl danışıqlara razı salıb və görüşün yeri tərəflər tərəfindən müəyyən ediləcək.

O əlavə edib ki, görüş zamanı Ukraynanın torpaq güzəştləri məsələsi müzakirə olunmayıb. Gələcək günlərdə təhlükəsizlik təminatları üzərində işlər davam etdiriləcək, onlayn iclaslar keçiriləcək və daha sonra ABŞ-Rusiya-Ukrayna üçtərəfli görüşünə hazırlıq aparılacaq.

İslam Son.az

Zaman ermənilərin əleyhinə işləyir like
  • 19 Avq 11:07  
Siyasət Zaman ermənilərin əleyhinə işləyir

Müharibələr nadir hallarda nöqtə ilə bitir. Onlar yalnız demarkasiya xət

arrow Ətraflı
Azərbaycanlı turistlər pulu nəyə xərcləyir?  ARAŞDIRMA like
  • 19 Avq 10:52  
Digərləri Azərbaycanlı turistlər pulu nəyə xərcləyir? ARAŞDIRMA

Bu ilin I yarısında Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki tu

arrow Ətraflı
Usta müştərisinin 700 min manatlıq "Ferrari"sini yararsız hala saldı  VİDEO  FOTO like
  • 19 Avq 10:42  
Digərləri Usta müştərisinin 700 min manatlıq "Ferrari"sini yararsız hala saldı VİDEO FOTO

İstanbulun Büyükçekmece səmtində 17 milyon lirə dəyərində ( təxminə

arrow Ətraflı
“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü like
  • 19 Avq 10:35  
Digərləri “Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü

Sərfəli xidmətləri ilə yanaşı cəmiyyətə dəyər qatan təşəbbüşlə

arrow Ətraflı
Paşinyanla Pezeşkianın görüşü başlayıb like
  • 19 Avq 10:33  
Digərləri Paşinyanla Pezeşkianın görüşü başlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan İrana yeni seçilən Prezident Məsu

arrow Ətraflı
Bakıda kirayə ev tapmaq çətinləşdi  Tələbələr bahalaşmadan şikayət edir like
  • 19 Avq 10:30  
Digərləri Bakıda kirayə ev tapmaq çətinləşdi Tələbələr bahalaşmadan şikayət edir

Tədris ilin başlanmasına az qalıb. Bu da tələbələrin Bakıya axını dem

arrow Ətraflı
Sovet dövründən qalan sənədsiz evlərə "kupça" verilir like
  • 19 Avq 10:20  
Digərləri Sovet dövründən qalan sənədsiz evlərə "kupça" verilir

Bir müddətdir ki, Azərbaycanda texniki pasportu olan tikililərin qeydiyyat p

arrow Ətraflı
Məbədin qarşısında rəqs edən tələbə qızlar universitetdən qovuldular  VİDEO like
  • 19 Avq 10:13  
Digərləri Məbədin qarşısında rəqs edən tələbə qızlar universitetdən qovuldular VİDEO

Rusiyada rəssamlıq universitetinin üç tələbə qızı xristian məbədini

arrow Ətraflı
100 milyardlıq layihə uçurumun kənarında: Parislə Berlin liderlik üstündə çarpışır like
  • 19 Avq 10:04  
Siyasət 100 milyardlıq layihə uçurumun kənarında: Parislə Berlin liderlik üstündə çarpışır

Avropanın müdafiə sənayesində "strateji müstəqillik vitrini" ki

arrow Ətraflı
Bakıda bu sexlərin fəaliyyəti dayandırıldı like
  • 19 Avq 09:57  
Digərləri Bakıda bu sexlərin fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy

arrow Ətraflı
Son günüdür like
  • 19 Avq 09:52  
Digərləri Son günüdür

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etm�

arrow Ətraflı
Ayda 12 dəfədən artıq yemək olmaz!  Həkim xəbərdarlıq etdi like
  • 19 Avq 09:41  
Digərləri Ayda 12 dəfədən artıq yemək olmaz! Həkim xəbərdarlıq etdi

Dondurmanın qaraciyərə zərərli təsiri barədə xəbərdarlıq edilib.

arrow Ətraflı
Avro, rubl ucuzlaşdı  Bu dəfə lirə və dollar isə... like
  • 19 Avq 09:24  
Digərləri Avro, rubl ucuzlaşdı Bu dəfə lirə və dollar isə...

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Çimərlik mövsümü başlayandan boğulma təhlükəsi ilə üzləşən neçə nəfər xilas edilib? like
  • 19 Avq 09:12  
Digərləri Çimərlik mövsümü başlayandan boğulma təhlükəsi ilə üzləşən neçə nəfər xilas edilib?

Fövqəladə Hallar Nazirliyi tərəfindən nəzarət olunan çimərliklərdə �

arrow Ətraflı