Bakıda kirayə mənzillər bahalaşdı Səbəb nədir?


Digərləri 17 Avq 2025 18:00:00 63 0

Bakıda kirayə mənzillər bahalaşdı  Səbəb nədir?

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Bu səbəbdən kirayə mənzil bazarında canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta üz tutan tələbələr üçün münasib qiymətə, universitetə yaxın və normal şəraitli ev tapmaq bu il də çətindir.   Yay aylarında nisbətən sakit olan əmlak bazarında avqustdan etibarən ciddi hərəkətlilik başlayır ki, bu da qiymət artımına səbəb olur. Araşdırmalar göstərir ki, tələbələrin əksəriyyəti aylıq 300-500 manat aralığında kirayə mənzil axtarır. Lakin bu qiymətə uyğun ev tapmaq mümkünsüz olub. Mütəxəssislər isə sentyabr ayında vəziyyətin daha da gərginləşəcəyini proqnozlaşdırırlar.

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Modern.az-a açıqlamasında deyib ki, son illər kirayə mənzil bazarında aparılan monitorinqlər göstərir ki, hər il bazarda təklif həcmi, xüsusilə də ucuz mənzillər üzrə azalır.

"Sözügedən proses əsasən söküntülər nəticəsində, kirayə bazarının əsas hissəsini təşkil edən köhnə və münasib qiymətli mənzillərin sürətlə bazardan çıxarılması ilə bağlıdır. Onların yerini isə daha bahalı və yeni tikililər tutur. Nəticədə ucuz mənzillərə olan tələb yüksək olaraq qalır, amma təklif azalır. Bu da öz növbəsində qiymət artımına səbəb olur".

Əmlak eksperti qeyd edib ki, qiymət artımına təsir edən digər bir amil isə ümumilikdə kirayə mənzillərə olan tələbin yüksək olmasıdır:

"Eyni zamanda bəzi pilot layihələr çərçivəsində tikinti şirkətləri binalar tikildikdən sonra mənzilləri vətəndaşlara kirayə verməklə təqdim edirlər və bu da kirayə bazarında tələbin bir qədər də artmasına səbəb olur.

Bütün bu amillərin nəticəsində, bir neçə il əvvəllə müqayisədə Bakı şəhərində kirayə mənzil bazarında ciddi qiymət artımı müşahidə olunur. Əvvəllər yay aylarında - iyun-avqust aylarında tələbələrin öz rayonlarına qayıtması ilə bazarda nisbətən ucuzlaşma baş verirdi. Lakin son dövrlərdə bu mövsümi ucuzlaşma müşahidə olunmur. Artıq il boyu demək olar ki, qiymətlərdə davamlı artım müşahidə edilir".

R.Osmanlının sözlərinə görə, bu il də əvvəlki illərdə olduğu kimi, paytaxta tələbə axınının qiymətlərə əlavə təzyiq göstərəcəyi gözlənilir. Hətta bu tendensiya indidən özünü göstərməyə başlayıb:

"Regionlara gəldikdə isə, məlumdur ki, tələbələr əsasən iqtisadi (ekonom) sinif kateqoriyasına aiddirlər. Bu səbəbdən onlar üçün 1-2 otaqlı mənzillər daha münasib hesab olunur. Məsələn, 2-3 tələbə birləşərək 2 otaqlı mənzil kirayələməyə üstünlük verirlər. Bu baxımdan şəhərin mərkəzinə nisbətən yaxın ərazilər, məsələn, mikrorayonlar, Həzi Aslanov, Əhmədli kimi yerlər daha münasib hesab edilir. Mərkəz ərazilərdə isə qiymətlər daha yüksəkdir. Eyni zamanda, ictimai nəqliyyata yaxın olan ərazilər tələbələr üçün daha əlverişli sayılır. Bu səbəbdən onların bu il də eynilə sərfəli ərazilərə üstünlük verəcəyi gözlənilir",- deyə ekspert bildirib.

Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır like
  • 17 Avq 17:55  
Şou-biznes Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır

Azərbaycan bir neçə illik fasilədən sonra "Uşaq Avroviziyası" m

arrow Ətraflı
Cinayətlər ən çox hansı bölgədə törədilir?  RƏQƏMLƏR like
  • 17 Avq 17:45  
Digərləri Cinayətlər ən çox hansı bölgədə törədilir? RƏQƏMLƏR

Azərbaycanda ötən il qeydə alınmış cinayətlərin sayı 2023-cü illə m�

arrow Ətraflı
Azərbaycanda noutbuk istehsalı 42 faizdən çox artıb like
  • 17 Avq 17:35  
Digərləri Azərbaycanda noutbuk istehsalı 42 faizdən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 2 144 ədəd stolüstü kompüter i

arrow Ətraflı
Zelenski və Avropa liderləri sabah Tramp ilə görüşə yollanacaqlar like
  • 17 Avq 17:22  
Dünya Zelenski və Avropa liderləri sabah Tramp ilə görüşə yollanacaqlar

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen 18 avqust tarixində ABŞ P

arrow Ətraflı
Daha bir rayonda dəbdəbəli yas mərasimləri ləğv edildi like
  • 17 Avq 17:06  
Digərləri Daha bir rayonda dəbdəbəli yas mərasimləri ləğv edildi

İmişli rayonu və kəndlərində yas mərasimlərində dəbdəbəli ehsan veri

arrow Ətraflı
Blogerjurnalist İlhami Nəsibov həbs edildi like
  • 17 Avq 16:40  
Digərləri Blogerjurnalist İlhami Nəsibov həbs edildi

Ağdam rayonunda bir neçə nəfərdən barələrində rüsvayedici məlumatlar

arrow Ətraflı
“Sanksiyalar davam edəcək”  Avropadan Rusiyaya sərt mesaj like
  • 17 Avq 16:30  
Dünya “Sanksiyalar davam edəcək” Avropadan Rusiyaya sərt mesaj

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında Aly

arrow Ətraflı
29 sm boy fərqi belə olmur  PutinTramp görüşündə müəmma like
  • 17 Avq 16:13  
Digərləri 29 sm boy fərqi belə olmur PutinTramp görüşündə müəmma

15 avqustda Alyaskada baş tutan ABŞ və Rusiya liderləri Donald Tramp və Vla

arrow Ətraflı
Rubio: Tramp və Putin arasında danışıqlar çox məhsuldar keçib like
  • 17 Avq 16:00  
Dünya Rubio: Tramp və Putin arasında danışıqlar çox məhsuldar keçib

ABŞ dövlət katibi Marko Rubio Rusiya və ABŞ prezidentləri arasında baş t

arrow Ətraflı
Nesrin Cavadzadədən qalmaqal: "Cavan oğlanların qanını içirəm" like
  • 17 Avq 15:51  
Şou-biznes Nesrin Cavadzadədən qalmaqal: "Cavan oğlanların qanını içirəm"

Son dövrlər həm rolu, həm də şəxsi həyatı ilə gündəmdə olan aktrisa

arrow Ətraflı
Rusiya deputatı: Əmək miqrantlarının ailələrini ölkəyə gətirməsi qadağan olunmalıdır like
  • 17 Avq 15:35  
Digərləri Rusiya deputatı: Əmək miqrantlarının ailələrini ölkəyə gətirməsi qadağan olunmalıdır

Rusiya Dövlət Dumasının deputatı Sergey Mironov əmək miqrantlarının ail

arrow Ətraflı
Azərbaycanın kartof ixracı 43 faizdən çox artıb  Bəs yerli bazarda vəziyyət necədir? like
  • 17 Avq 15:17  
Digərləri Azərbaycanın kartof ixracı 43 faizdən çox artıb Bəs yerli bazarda vəziyyət necədir?

2025-ci ilin ilk yarısında Azərbaycanın kartof ixracı kəskin şəkildə ar

arrow Ətraflı
Avqust “restartı”: Zehni və emosional yüklərdən necə azad olaq? like
  • 17 Avq 15:00  
Digərləri Avqust “restartı”: Zehni və emosional yüklərdən necə azad olaq?

Yay aylarının sonu avqust, təbiətin də yeniləndiyi, insanın daxili dünya

arrow Ətraflı