Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual məsələləri müzakirə edildi
Siyasət 16 Avq 2025 16:31:00 59 0
16 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andriy Sıbiha arasında telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyindən Son.az-a bildirilib ki, Ukraynanın xarici işlər naziri Azərbaycan Respublikasının Prezidentinin ABŞ-yə səfəri zamanı Azərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.
Telefon danışığı zamanı Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq müzakirə olunub. Tərəflər Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının işinin əməkdaşlığın inkişafı baхımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Ukrayna xarici işlər naziri öz növbəsində Azərbaycan tərəfinin Ukraynaya göstərilən humanitar yardımlar, o cümlədən münaqişədən zərər çəkmiş ərazilərdə bərpa və yenidənqurma sahələrində dəstəyinə görə təşəkkür edib.
Nazir Andrey Sıbiha həmçinin Rusiya-Ukrayna münaqişəsi ətrafında aparılan danışıq prosesi barədə məlumat verib.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
İranın Xarici İşlər naziri Abbas Ərağçi IRNA-ya verdiyi müsahibədə bi

2025-ci ilin payız mövsümü yaxınlaşır və bu, yeni macəralar, fərqli m�

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət S

Ali Məhkəmədə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş H�

16.08.2025-ci il tarixində saat 10:50 radələrində Respublika Təcili və Tə

İllər keçdikcə insanın görünüşü dəyişir, amma bəzi bürclər əksin

Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddin bəyin ad günü münasib

Havaların hər keçən gün daha da isinməsi təkcə insan sağlamlığına de

Rusiya Federasiyasının Kamçatka bölgəsində güclü zəlzələ qeydə alın

Avqustun 17-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıq

"Möhtərəm cənab Prezidentin Ermənistanın baş naziri ilə Vaşinqtond

Pakistanın şimal-qərb hissəsində son iki gündə daşqın fəlakəti nətic

Aktyor Azər Axşam növbəti mövsümdə yeni kanalda tamaşaçıqarşısına �
