Uşaq beyin xərçənginin təkrarlanmasının səbəbi aşkarlandı
Digərləri 16 Avq 2025 06:06:00 62 0
Sanford Burnham Prebys Tədqiqat Mərkəzinin alimləri müəyyən ediblər ki, uşaqlarda aqressiv beyin xərçəngi növlərindən biri olan neyroblastomanın yenidən yaranmasının səbəblərindən biri xromosomlardan kənar yerləşən dairəvi DNT elementləri - halqavari xromosoməvəzi DNT (vkDNK) strukturları ola bilər.
Bu xəbəri də oxu: Lökbatanda yaşayış binasında partlayış xəsarət alan var
Son.az xəbər verir ki, bu mühüm araşdırmanın nəticələri nüfuzlu "Cancer Discovery" jurnalında dərc olunub.
Bu dairəvi DNT hissəcikləri xromosomlardan ayrılan DNT fraqmentlərinin zədələnmiş genetik materialın bərpası zamanı səhv birləşməsi nəticəsində yaranır. Son araşdırmalar göstərir ki, belə strukturlar xüsusilə uşaqlarda rast gəlinən bərk (solid) şişlərdə əvvəl düşündüyümüzdən daha geniş yayılıb və bu hallar adətən zəif müalicə proqnozu ilə əlaqələndirilir.
Siçanlar və insan hüceyrə xətləri üzərində aparılan təcrübələr göstərib ki, vkDNK-lərində çoxlu sayda MYCN onkogeni daşıyan şiş hüceyrələri sürətli böyümə qabiliyyətinə malikdir, lakin kimyaterapiyaya daha yaxşı cavab verirlər. Əksinə, bu onkogenin az sayda nüsxəsini daşıyan hüceyrələr qocalma mərhələsinə daxil olur - yəni bölünməni dayandırır, lakin hələ də orqanizmdə qalmağa davam edirlər. Alimlər bu hüceyrələri "zombi hüceyrələr" adlandırır.
Məhz bu "zombi hüceyrələr" müalicədən bir-iki il sonra yenidən aktivləşə bilər və xəstəliyin təkrarına səbəb ola bilər. Ən pisi isə odur ki, bu hüceyrələr standart müalicə metodlarına qarşı davamlı olurlar.
Nankin Tibb Universitetinin alimləri bağırsaqda Odoribacter bakteriyalarını

Rəsmi statistika göstərir ki, evli kişilərin təxminən 68 faizi təklikdə

Qadın sağlamlığı ilə bağlı kritik əlamətlər açıqlanıb

Türkiyəli aktrisa Sinem Ünsal 1993-cü il iyunun 21-də İzmirin Foça qəsə

Rusiyada məhkumluğu olan şəxslər kuryer işləyə bilməyəcək.

Rusiya Prezidenti Vladimir Putin, Prezident Donald Tramp və baş müşavirləri

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin Ankoricdə yer

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü Almaniya kansleri Fri

Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın zalda g

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Bakıda tanınmış kouç və psixoloq Nilufər Abdulla liposaksiya əməliyyat�

Rusiya Prezidenti Vladimir Putin hava limanında jurnalistlərin ona verdiyi at�

Rusiya Prezidenti Vladimir Putin Tramp ilə prezident limuzinində qoşularaq t

Səs-küy,söyüş,ətrafa yayılan musuqi... Sakinlər nə rahat yata, nə də
