22 yaşlı gəncə ömürlük həbs verildi
Digərləri 11 Avq 2025 17:10:00 84 0
Üç il əvvəl Tovuz rayonunda iki ahıl qadını öldürüb evi yandırmaqda ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bu xəbəri də oxu: Azərbaycanda məktəbli formaları UCUZLAŞDI
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dəhşətli cinayətdə təqsirli bilinənlərdən biri qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilib.
Cinayət işində əsas epizod üç il əvvəl Tovuzun İbrahimhacılı kəndində 68 yaşlı Yaqut Quliyevanın evində yanğın baş verməsi ilə başlayır. Həmin yanğın nəticəsində evin böyük hissəsi külə dönüb. Yanğın söndürüldükdən sonra Yaqut Quliyeva və yaxın qonşusu - 70 yaşlı Həqiqət Cabbarovanın yanmış meyitləri aşkar edilib.
Prokurorluğun keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin üstü isti izlərlə açılıb. 19 yaşlı Elcan Bağırov və 17 yaşlı Q.Quliyev oğurluq məqsədilə evə giriblər. Yaşlı qadınların onları görməsi səbəbindən hər iki şəxsi bıçaqla öldürdükləri, sonra izlərini gizlətmək üçün evi yandırdıqları müəyyən edilib.
Bu əmələ görə, təqsirləndirilən şəxslərə bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə, quldurluq və ya hədə-qorxu ilə iki nəfəri öldürmə maddələri ilə ittiham elan edilib. Davam edən araşdırmalar Elcan və Q.Quliyevin başqa cinayətlərini də üzə çıxarıb. Onlar Anar, Samir, Roma, Naməddin və Novruz adlı kənd sakinləri ilə əlbir olaraq əvvəlki vaxtlarda da ətraf rayonlarda və kənddə müxtəlif oğurluq cinayətləri törədiblər. İttihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla da təsdiqini tapıb.
Məhkəmə hazırda 22 və 20 yaşı olan gənclərə heç bir güzəşt tətbiq etməyərək onları ən ağır şəkildə cəzalandırıb.
Hökmə əsasən, Elcan Bağırov ömürlük, Q.Quliyev 10 il müddətinə (yetkinlik yaşına çatmayanlar üçün qanunun icazə verdiyi ən ağır cəza-red) azadlıqdan məhrum edilib. Oğurluqda təqsirli bilinən digər dəstə üzvlərinə isə 2 ildən 9 il 6 aya qədər həbs cəzası verilib.
Azərbaycan və Ermənistan sərhədi ayrı-ayrı saziş - sülh müqaviləsi la

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilk dəfə olaraq "

Bakı və Yerevan itkin düşmüş şəxslərin taleyi ilə bağlı məlumat mü

Azərbaycan və Ermənistan sərhədində üçüncü ölkə qüvvələri olmayac

Azərbaycan və Ermənistan bir-birinə qarşı güc tətbiqindən imtina edirl�

Bakı və Yerevan bir-birinə qarşı beynəlxalq hüquqi iddialardan imtina edi

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir

Bakı və İrəvan indi və gələcəkdə bir-birinə qarşı ərazi iddiaların

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanla sülh sazişinin tam mət

Azərbaycan və Ermənistan Minsk Qrupunun buraxılması ilə bağlı ATƏT-in b

Azərbaycan və Ermənistan SSRİ dövrünün sərhədlərini tanıyırlar.

Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan İranla ikitərəfl

Dənizə tökülən çayların ekosistemləri də iqlim dəyişmələrinin təsi

Bakı şəhəri, Nərimanov rayonu, "Bağırov" körpüsünün üzəri
