Alparslan Bayraktardan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Digərləri 02 Avq 2025 13:10:00 60 0
Yaxın zamanda Zəngəzur dəhlizi üzərindən bütün enerji qaynaqlarının və digər logistik həllərin Türkiyəyə çatdırılacağına ümid edirik.
Trend-in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycandakı təbii sərvətlərin - neft, qaz, bununla yanaşı, elektrik enerjisinin Türkiyəyə ixracı ilə bağlı bütün layihələr birlikdə aparılır:
"Bu istiqamətdə mühüm irəliləyişlər var. Bugünədək həyata keçirilən layihələrə misal olaraq Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzurum kəmərləri, eləcə də, Naxçıvan-Türkiyə elektrik interkonnektorunu qeyd edə bilərəm".
"Hazırda Azərbaycandan Türkiyəyə elektrik enerjisi Gürcüstan üzərindən ixrac edilir. Amma yaxın zamanda Zəngəzur dəhlizi üzərindən bütün bu enerji qaynaqları və digər logistik həllər Türkiyəyə çatdırılar. Eyni zamanda, Orta Asiyadakı digər enerji mənbələri və digər logistik məsələlərin Azərbaycan üzərindən Türkiyəyə, Türkiyə üzərindən isə Avropaya çatdırılacağına ümid edirik", - deyə nazir vurğulayıb.
Yay aylarında isti hava şəraiti ilə bağlı olaraq bəzi qidaların qəbulu

İspaniyada tətilə gedən valideynlər 10 yaşlı övladlarını Barselona hav

Suriyaya tədarük olunacaq qazın ümumi həcmi ilk mərhələdə 1,2 milyard k

"Övladım SAT imtahanlarından 1310 bal toplayıb. Amma ADA universitetin�

Qaz təchizatı layihəsində Qətər dövlətinin də mühüm töhfəsi var. Az

Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidov vəfat

Yay mövsümü ailələr üçün səyahət vaxtıdır, amma uşaqla tətilə ç�

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Türkiyənin Trabzon vilayətinin Beşikdüzü rayonunda dəhşətli bir hadisə

Bu gün burada baş verən hadisə birgə işin, birgə nəticənin aydın nümu

Quba rayon sakini Rövkət Yunusovun idarə etdiyi "QAZ-3302" markalı

Şəki Dövlət Dram Teatrının aktrisası Brilyant Babayeva vəfat edib.

Şokolad milyonlarla insanın sevdiyi dadlı ləzzətdir. Kiçik bir parça tün

Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiy

Türkiyənin İzmir vilayətinin Çeşmə rayonunda yerləşən əyləncə məka
