“Sənə yalvarıram, oyan, bizi sənsiz buraxma”
Şou-biznes 31 İyl 2025 15:00:00 87 0
"Kimə üz tutaq, kimə yalvaraq?!"
Əməkdar artist Aybəniz Haşımova paylaşım ilə diqqət çəkib.
Son.az xəbər verir ki, xanım sənətçi reanimasiyada olan Xalq artisti Arif Babayevi yuxuda gördüyünü bildirib:
"Bu gecə Arif müəllimi yuxumda gördüm. Amma onu o halda görmək istəməzdim. Sanki məni görmürdü, təkcə səsimi eşidirdi. Hərəkətsiz və sakitcə nəfəs alırdı, sanki içində son segahını oxuyurdu. Necə pis olurmuş bülbülün susması. Sənə Leylidən oxuyummu, - dedim. Elə bil hiss etdi, duydu dediyimi. Oxudum...Sanki səsimin izini axtarırdı ki, görsün hardayam. Yanındayam, ustad, yanındayam, Arif müəllim. Təəssüf ki, yuxuda yanındayam... Kaş ki bunlar hamısı yuxu olaydı, oyanaydın... "Qorxma, qızım, yaxşıyam" - deyəydin. Çox pisəm, ustad, çox pis, oyan.
Ömrümdə ağlıma gəlməzdi belə yuxu. Kaş ki görməsəydim, bu yuxunu, Arif müəllim. Birdən yadıma uşaqlığımda o günlərdən biri, Arif müəllimin mənə bağışladığı broşuranı xatırladım.
Dərhal şəkillərimin arasından tapdım onu, əlimə aldım, baxdım...
Və bir cümlə gözümə sataşdı: "Mən səndən bir müəllim kimi həmişə razı qalmışam. Qoy sənin incə səsindən zövq almaq üçün xalqımız səni öz köməyinə çağırsın".
İndi mən səni səsləyirəm, Arif müəllim, oyan.
Mən kimi köməyimizə çağırım? Kimə üz tutaq, kimə yalvaraq? Bircə sən oyanasan...
Sevdiyin xalqın xatirinə, oyan. Sənsiz qalmış evin xatirinə, oyan. Səssiz-sədasız çarpayının xatirinə oyan. Naxışlı fincanının xatirinə, oyan... Oyan, Arif müəllim...
Sənə yalvarıram, oyan! Bizi bu sınaqda tək qoyma. Səsin, nəfəsin, nəfəsinlə yoğrulmuş muğamın hələ çox ürəyə yol tapmalıdır. Bizi sənsiz buraxma...".
Fövqəladə Hallar Nazirliyi (FHN) isti və quru hava şəraiti ilə əlaqədar

Xəbər verdiyimiz kimi, iyunun 29-da saat 21 radələrində 20 yaşlı Könül

Xəbər verdiyimiz kimi, dünən saat 19:30 radələrində Nəsimi rayonu ərazi

İstifadəçilərin böyük əksəriyyəti TP-Link, Nokia, Huawei və ZTE markal

Azərbaycanlı şoumen Həmid Sultana ağır itki üz verib.

İyulun 31-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində zərərçək

ABŞ-li alimlər hesab edir ki, Tesla-nın rəhbəri İlon Maskın siyasi fəal

Dünya müharibəni statistik rəqəmlərlə tanıyır: itkilər, generallar, ə

Bakının "Sovetski" məhəlləsi kimi tanınan ərazinin söküntüs�

Prezident İlham Əliyev Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi mag

Amerikanın "Dallasın Gerçək Evdar Qadınları" realiti şousunun

Ödənişli ixtisaslara qəbul olan şəxslərin təhsilə əlçatanlığını t

Qeyri-hökumət təşkilatları tərəfindən xidmətlərin göstərilməsi və

Mədəniyyət Nazirliyinə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı yeni
